Yay aylarında uşaqlar qurdalar xəstəliklərinə daha tez-tez hallarda tutulur.
Buna səbəb uşaqların daha çox müddət ərzində çöldə olması, torpaq və qumla oynaması, yuyulmamış meyvələrin yeyilməsi və s.-dir.
Qurdları aşkar etmək çox da asan iş deyil. Müəyyən fasilələrlə 3 dəfə nəcis analizi verilməlidir. Bundan əlavə ümumi qan analizi də verilməlidir. Qanda eozinofil hüceyrələrin artması uşaqda qurdların olmasına işarə edə bilər. Lakin hətta bu analizlər də 100% dəqiq nəticə verməyə bilər.
Qurdlarla mübarizədə istifadə olunan bir çox dərman preparatları orqanizmə toksik təsir edir. Bu səbəbdən qurdlarla mübarizə apardıqda ilk növbədə xalq təbabəti üsullarına üz tutmaq (təbii ki, həkimlə məsləhətləşdikdən sonra), bu vasitələr kömək etmədikdə isə dərmanlardan istifadə etmək olar.
Qara ciyərin iltihabi xəstəliyi hepatit adlandırılır. Hepatit müxtəlif səbəblərə görə inkişaf edə bilər — viruslar, dərmanlar, toksik maddələr, zəhərlər və s.
Lakin səbəbindən asılı olmayaraq bu xəstəliyin müalicəsi zamanı pəhriz əsas rollardan birini oynayır. Bu pəhrizin əsas vəzifəsi qara ciyərin bərpasına kömək etməkdən ibarətdir.
Qida tamdəyərli vitamin və mikroelementlərlə zəngin və eyni zamanda orqanizm tərəfindən asan mənimsənilən məhsullardan ibarət olmalıdır:
Hər il milyonlarla insan qripə yoluxur. Qrip soyuqdəymə nəticəsində yayılan virusdur. Sağlamlığımızda ciddi problemlərə yol açan bu xəstəlik haqqında təəssüflər olsun ki, çox şeyi səhv bilirik.
Dünyada hər il yüz milyonlarla insan qrip olur, hətta bəziləri qripdən dünyasını dəyişir. Xəstəliklə birlikdə qrip dünya iqtisadiyyatına da böyük zərər verir.
Bu kəskin infeksion xəstəliyi qızılca virusu törədir. İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (asqırarkən, öskürərkən) digər insanlara keçir. Virus çox uçucu və davamlı olub uzaq məsafələrə yayıla bilər.
İstənilən yaşda olan uşaqlar və böyüklər bu xəstəliyə yoluxa bilərlər.
Xəstəlik hərarətin yüksəlməsi ilə başlayır, uşaq əzgin, zəifləmiş olur, burundan xeyli miqdarda əvvəlcə selikli, daha sonra selikli-irinli ifrazat xaric olur, xırıltılı səs, öskürək qeyd edilir. Gözlər qızarır, işıqdanqorxma, gözün tez-tez yaşarması baş verir.
Xəstəliyin 2-3-cü günü praktik olaraq bütün bədən xırda qırmızımtıl səpgilərlə örtülür. Xəstəliyin 4-5-ci günü səpgilər qəhvəyi rəng alır. Qızılca zamanı müxtəlif fəsadlar da (pnevmoniya, otit, enterokolit) baş verə bilər. Qızılca xəstəliyindən ölüm halları da baş verə bilir (xoşbəxtlikdən çox nadir hallarda — əksərən kiçik yaşlı körpələrdə).
Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəxanaya ancaq kiçik yaşlı uşaqları yerləşdirirlər (fəsad vermək qorxusu olduğundan). Uşağın olduğu otaq mütəmadi olaraq nəm əsgi ilə silinməli, havası tez-tez dəyişdirilməlidir. Otağa işıq düşməsini maksimal şəkildə məhdudlaşdırmaq lazımdır. Uşağın əl-üzünü tez-tez yumaq, gündə 1-2 dəfə gözlərini yumaq, hər qida qəbulundan sonra isə ağızı yaxalamaq (stomatitin profilaktikası üçün) lazımdır.