Dizenteriya. Dizenteriyanın inkubasiya dövrü 1 gündən 7 günə qədər çəkir. Əksər hallarda xəstəlik kəskin başlanır. Xəstələr titrətmədən və ya üşütmədən, qızdırma hissindən şikayətlənirlər. Bədən temperaturu tez maksimal rəqəmlərədək (38-40° C) yüksəlir. Bu səviyyədə bir neçə saatdan 2-5 günə qədər qalır.
Xəstələr qarında, daha çox sol qalça çuxuru nahiyəsində lokallaşan kəsici tutmaşəkilli ağrılardan şikayətlənirlər.
Dizenteriyanın qızğın dövrü 1 — 2 gündən 8-9 günə qədər davam edir. Xəstəlik simptomlarının sönməsi zamanı intoksikasiya sindromu əlamətləri zəifləyir.
Hepatit C geniş yayılmış bir xəstəlikdir və Hepatit C virusu (HCV) tərəfindən törədilir. ABŞ əhalisinin ~1,8%-ində (~4 milyon insan) HCV ilə yoluxma qeyd olunur və hər il ~30000 insan daşıyıcıya çevrilir və 8-10 min insan bu xəstəliyin ağırlaşmalarından həyatını dəyişir. Rəsmi statiskaya görə bu gün dünyada 170 milyon insan HCV-yə yoluxmuşdur. HCV bu günə qədər tapılmış altı hepatit viruslarından (A,B,D,E və G) biridir. HCV bu virusların içərisində ən təhükəlisi hesab edilir.
Hepatiti B virusu (HBV) ilə yoluxma qaraciyər iltihabına səbəb ola bilir. Bir çox insanlarda HBV infeksiyası xroniki hal alır və tədricən qaraciyərdə çapıqlaşma (sirroz) və ya qaraciyər xərçənginə gətirib çıxarır. Xəstə insanın qanı və ya daxili mayesi ilə (ağız suyu, sperma, vaginal sekresiya) təmasda olama nəticəsində HBV ilə yoluxma mümkündür. Hepatit B ilə xəstə olan yaşlı insanlarda əlamətlərin kəskinliyinə baxmayaraq tam sağalma mümkündür. Yenidoğulmuşlar və uşaqlar xəstələnərsə infeksiyanın xroniki xarakter alması ehtimalı artmış olur.
Hepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da qaraciyərin funksinal vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi insanlarda virus uzun müddət heç əlamət vermir. Digərlərində isə qripə bənzər şikayətlər ola bilir. Mülayim A hepatiti olan insanların adətən müalicəyə ehtiyacı olmur və xəstəlik qaraciyərdə heç bir qalıcı zədələnmə olmadan tam sağalma ilə yekunlaşır.
Mikroorqanizmlər mikroskopik — gözlə görünməyən canlılardır. Mikrobların həyat fəaliyyətini, hüceyrə quruluşunu mikrobiologiya elmi öyrənir. Mikroorqanizmlərin ölçüləri o qədər kiçikdir ki, məsələn, bir damla suda bir neçə milyona qədər mikrob hüceyrəsi ola bilər. Buna görə də onları min, on min dəfələrlə böyüdən mikroskoplarda görmək mümkündür. Bu kiçik orqanizmlərə sadə quruluşlu bakteriyalar, viruslar, ibtidai göbələklər, yosun və ibtidai heyvanlar aiddir.