Psixologiya kateqoriyası üzrə məqalələr

Savant sindromu

Düşünün ki, yıxıldınız və  başınız bir yerə dəydi və bir neçə gün özünüzə gələ bilmədiniz. Oyandığınızda isə hər şeyi fərqli görməyə, hiss etməyə başlayırsınız, musiqini, rəsmi, riyaziyyatı və bir çox şeyi fərqli duymağa başlayırsınız. Birdən heç çala bilmədiyiniz musiqi alətlərini çalmağa, şəkil çəkməyə ya da riyazi düsturlar həll etməyə başlayırsınız. Bu xəstələrə fransızcadan gələn ifadə ilə «idiot savant» deyilir. Axmaq dahilər də adlandırılan savantların bir qismi autizmli, bir qismi də beyin xəsarəti almış insanlar olur.
Davamı →

Depressiya və panik atak tutmalarına qarşı kompleks müalicə

Son zamanlar insanlar arasında stress, panik atak tutmaları və  epilepsiya tutmaları artmışdır. Bu da insanların psixoloji durumu və həyat tərzindən qaynaqlana bilir. Hər 5-7  nəfərdən biri ömründə ən az bir dəfə panik halını yaşayır. Əgər bu hal tez- tez təkrarlanarsa onda bu Panik pozuntusu adlanır. Bu zaman xəstələr ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar. Panik pozuntusu zamanı baş verən simptomlar: baş gicəllənməsi, ürək çırpıntısı, təşviş, uyuşma, nəfəsi kəsilmək hissi, titrətmə, qarın ağrısı hissi, ətrafdakıların gerçək olmadığını düşünmək, keyimə və iynə batmaq kimi hisslər  ürək və ya döş qəfəsi orqanları ilə əlaqədar olmur, səbəbsiz olaraq bu simptomlar beyindən başlayaraq bədənə yayılan sinir impulsları nəticəsində yaranır.
Davamı →

Şiddətlə savaşan rəng, Baker Miller çəhrayısı nədir?

Rənglərin insan psixologiyası üzərindəki təsirləri bir neçə dəfə sübut olunmuşdur. Mavi rəngin verdiyi güvən, yaşıl rəngin yaradıcılığın qaynağı olması kimi teoremlər bəllidir. Rənglərin psixologiyası bir çox araşdırma mövzusu oldu. İnsanları və əşyaları gördüyünüz anda onlar haqqındakı düşüncələriniz təxminən 90 saniyə ərzində formalaşır. Bu düşüncənin isə 60-90%-i tamamilə rənglərə bağlıdır. Bu səbəblə rənglərin insanlar üzərində təsiri var. Xüsusilə qızların istifadə etdiyi rəng olaraq da tanınan çəhrayı rəng, bir müddətdir ki, həbsxanalarda da istifadə olunur.
Davamı →

Yaşamağa bir ilimiz qalsa

Antoni Burgers hələ ömrünə bir il qaldığını öyrənəndə 40 yaşı var idi.Onda beyin şişi var idi və bu onu bir il ərzində öldürə bilərdi.Antoni bilirdi ki,mübarizə onun öz əlindədir.O,tamami ilə müflis idi və öləndən sonra dul qalacaq olan arvadı üçün heç bir şeyi yox idi.
Antoni keçmişində heç vaxt yazıçı olmamışdı,ancaq o bilirdi ki ,onun içində yazıçılığa qarşı böyük bir potensial var.Arvadı üçün yeganə edə biləcəyi şey bu oldu:
Davamı →

Yersiz danışmağın ziyanları

Yersiz danışmaq dilin bəlalarındandır ki, insana dünya və axirət ziyanı vurar. Bu ziyanları tanıyaraq, yersiz danışmaqdan çəkinək:
1. Ömrü zay edər. Yersiz danışmağın vurduğu ən az ziyan – ömrün zay edilməsidir. İnsan bu dünyada nə əldə edirsə, ömür sərmayəsinə görədir. İnsan ömründən axirəti üçün azuqə toplamaq üçün istifadə etməlidir. İnsan yersiz sözlər danışan zaman nə dünyasına və nə də axirətinə fayda verə bilir. Bu fürsəti əldən verir.
Davamı →

Tənha olmağın üstünlükləri

Əgər təzəcə tərk edilmiş və ya tərk etmiş birisinizsə üzüntüyə tam qapılmamış bu təkliyin pozitiv tərəfləri ilə tanış olun. Məhz bu səbəblərə görə birindən ayrılırkən üzülməyə dəyməz.
Hər bir qadın tənhalığı başqa cür yaşayır. Kim isə bir neçə uğursuz sevgi romanından sonra özünü tamamı ilə karyeraya sərf edir, amma rəfiqələri ilə görüşlərdə həyatın ədalətsizliyindən şikayətlənir. Bəziləri isə depressiyaya düşür və həyatda daha ləyaqətli kişilərin qaldığına inam azalır. Bəzi xanımlar isə bu tənhalığı fürsətə çevirir və özünü inkişaf etdirir.  Sizə tənhalığın fərqli üstünlüklərini təqdim edirik.
Davamı →

Çətin zamanlarda nikbin olmağı necə bacaraq?

Nikbin düşüncəli insanlar çətin mühitdə qərar tutan zaman streslərinə qalib gələrək, daha doğru nəticələr çıxarda bilirlər. Bu insanlar başqalarından daha sağlamdırlar. Başqaları ilə daha yaxşı rabitə qurmağı bacarırlar. Onlar çətinliklərdən qorxmurlar və tez də çıxış yolu tapırlar. Onların özlərinə etimadı tamdır. Ona görə də həyatlarında müvəffəqdirlər. Başqalarından fərqli olaraq, daha şad həyata malikdirlər.
Bəs nikbin olmaq üçün nə etməli?
Davamı →

Mənəvi həyatı yaşamaq üçün

Əgər hüzurlu və sakit bir həyata malik olmaq istəyirsinizsə, gərək bir neçə mühüm işi görəsiniz. Bu işlərdən biri də bizi narahat edə bilən mühitlərdən qaçmaqdır. Mənfi ruhiyyəli insanlardan, fırıdaqçılardan, məntiqsiz və kinli insanlardan, insanları narahat edənlərdən, ürəkləri təşvişə salan insanlardan. Bu cür insanlar öz çirkin əməlləri ilə başqalarına ancaq əziyyət verər. Bu cür insanların yanında qalmaq və onların olduğu mühitdə iştirak etmək – insanən batinini təlatümə gətirər. Ola bilsin ki, bəzi ictimai səbəblərə görə insan bu işi etməli olsun, lakin çalışmalıdır ki, bu mənfi insanların ruhiyyəsi ona təsir etməsin.
Davamı →

Qısqanclıq hissi nə dərəcədə normaldı?

Bəzi tədqiqatların nəticələrinə əsasən qisqanc insanlar 10-15 il daha az yaşayır. Adətən onlar hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkir və təxminən 60-65 yaşında vəfat edirlər. İstisnalar isə azdır. Qısqanclığın həddi müxtəlifdir. Belə ki, sivil ölkələrdə yaşayan insanlarda qısqancların sayı çoxdur. İnkişaf etməmiş ölkələrdə isə seksual inama əhəmiyyət vermirlər.
Qadınlar kişilərə nisbətən daha qısqanc olurlar. Kişilərdə bu hiss ağır və qətidir. Lakin onlar iki dəfə artıq xəyanət edirlər. Sosioloqların araşdırmalarına əsasən hər 5-ci ailə qısqanclığa görə dağılır.
Davamı →

Psixoloji taktikalar

Bu üsullar instinktiv sfera və şüuraltı ilə baglı olduğu üçün əksəriyyət hallarda özünü dogruldur.(Təcrübədə dəfələrlə sınaq olunub)
1.Adamlar qrup halında gülərkən, hər kəs bu qrupda daha çox simpatiya bəslədiyi adama nəzər salır.Yaxud, xoşuna gələn və yaxın münasibət qurmaq istədiyi adama.
2.Məsuliyyətli iş öncəsi əsəbi vəziyyət yaranıbsa,saqqız çeynəyin.Bu əsəb halını yüngüləşdirməyə kömək edəcək.Çünki orqanizm qida qəbulunu təhlükəsizlik hissi ilə asossasiya edir.
Davamı →
Top