Psixologiya kateqoriyası üzrə məqalələr

Büdcəyə qənaət, şəxsi büdcə

İnsanların tələbatını təmin etmək üçün qənaət edilmiş pul vəsaiti lazımdır. Bu məqsədlə ailə büdcəsini elə xərcləmək lazımdır ki, müəyyən miqdarda vəsait israf edilməmiş qalsın.
Qənaət edilmiş vəsait nə deməkdir?
Ailənin ümumi gəlirindən yaşayış üçün sərf olunmuş pulların qənaəti hesabına yığılmış pul kütləsi qənaət edilmiş vəsaitdir. Qənaət edilmiş vəsaitin əsas funksiyası qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün ailə büdcəsində pul ehtiyatının yaradılmasıdır.
Davamı →

Nevrozu təbii vasitələrlə yox etməyin yolları

Hal hazırda nevroz çox yayılmış pozulma sayılır. Nevroz psixoterapevt tərəfindən müalicə olunur. Mütəxəssis xüsusi psixoterapevtik metodikalardan istifadə edir, müəyyən dərman preparatları təyin edir.
Müalicə ilə yanaşı bəzi xalq təbabəti vasitələrindən də istifadə etmək olar. Bu vasitələr çox yaxşı müalicəvi effekt verir.
Davamı →

Boşanmış psixoloqdan evlilik məsləhətləri

16 illik evliliyi boşanma ilə nəticələndi və o da, izləyicilərinə tövsiyələr etdi. Tövsiyələrində bir az peşmanlıq da hiss edilirdi. Boşanmış amerikan psixoloq Gerald Rogersin tövsiyələri izləyicilərindən minlərlə bəyənmə və rəy aldı.
Gerald Rogers tövsiyələrinin bəlkə başqa münasibətlərini xilas edəcəyini düşünərək, Facebookda bunları yazdı: “Çox sevdiyim bir qadını 16 il davam edən bir evlilikdən sonra itirmiş biri olaraq sizə bəzi məsləhətlər vermək istəyirəm.” Onun bəzi tövsiyələrini sizlərə təqdim edirik:
Davamı →

Karma qanunu

Ətrafımızda baş verənlərin dövr etməsi Karmadır. Nə edirsənsə onu da geri qazanırsan. Odur ki, ətrafınıza, düşüncələrinizə diqqət edin və qanunlarla tanış olun!
Səbəb və təsir qanunu
Nə əkərsən, onu da biçərsən! Başqalarına nə arzu edirsənsə, özün də onu yaşayacaqsan. Başqalarına sevgi və hüzür arzulayırsansa, əlbəttə ki, özün də eynisini yaşayacaqsan. Yəni səbəbsiz heç bir şey olmur. Nəsə pis bir şey yaşayanda bunu da fikirləşin: Bəlkə mən başqasına bunu arzulamışam nə vaxtsa?
Davamı →

Bipolyar pozuntu

İnsanın bir anda özünü çox yaxşı hiss edərkən, bir müddət içində qapanıq hala gəlməsinə səbəb ola bilir. Dünyada bipolyardan əziyyət çəkən təxminən 46 milyon insan yaşayır. Bu qədər ani duyğu dəyişiklikləri insanın həm zehni, həm də sosial fəaliyyətlərinə ciddi təsir edir. Bipolyar pozuntunun əlamətləri heç gözlənməyən şəkildə inkişaf edir. Həmin 7 əlaməti araşdırıb yazdıq.
1. Yata bilməmək
Bipolyar pozuntunuz varsa, yuxu rejiminiz olduqca dəyişkən olur. Həftələrlə davam edən yuxusuzluq həyatınıza mənfi yöndə təsir edir. Bununla yanaşı az yuxu da sizə bəs edə bilər. Daha az yatıb, gün ərzində enerjik hiss edə bilərsiniz.
Davamı →

Utancaqlıq həyat fəaliyyətinizə zərər verir

Utancaq insansınızmı?

Utancaqlıq, ətrafınızda yad insanlar olduğu zaman özünü gərgin və bacarıqsız hiss etməkdir. Kim oluruqsa olaq, elə vaxtlar olur ki, hamımız utancaqlıq hiss edirik. Məsələn, iş yerindəki ilk gününüzdə, bir yığıncağa getdiyiniz zaman və ətrafınızda olan hər kəs yad ikən ya da xoşunuza gələn, əks cinsdən olan insanın yanında olarkən, hətta dinləyici kütləsinin qarşısında çıxış edərkən hamımız bu hissi yaşayırıq.

Utancaq olduğumuz vəziyyətlər qarşısında bir sıra fiziki əlamətlər; üzün qızarması, tərləmə, ağız quruluğu, döyüntü, nəfəs kəsilməsi, nəfəs darlığı, mədə-bağırsaq sistemində narahatlıq, əzələ gərginliyi, titrəmə kimi problemlər yaranır. Bu məqamda ağıldan keçən düşüncələr “gücsüzəm, çirkinəm, bəyənilmirəm, sevilməyə layiq deyiləm, səhv etməməliyəm, mükəmməl olmalıyam, qayğılı olduğumu bəlli etməməliyəm, rahat davranmalıyam, qüsursuz görünməliyəm, hər kəs tərəfindən bəyənilməliyəm” kimi düşüncələrdir.
Davamı →

Daim uğur qazanmaq istəyirsizsə - 10 QIZIL QAYDA

Həyatda uğur qazanan insanlar hər zaman başqalarının diqqətində olur. Kimisi dünyanın ən zəngin adamı, kimisi hər gün gördüyü işlərlə minlərlə insanın həyatında müsbət rol oynamaqla. Çox zaman insanlar onlar kimi olmaq istəyir.

Türkiyəli professor Dərya Uludüz həyatda daim uğur qazanan insanların ortaq xüsusiyyətlərini açıqlayıb.Onun sözlərinə görə, uğurlu insanların həyatları araşdırılan zaman xüsusən uşaqlıqda çətin günlər keçirdikləri məlum olur. Həmçinin İQ ilə yanaşı EQ — emosional zəkanın rolu böyükdür.
Davamı →

Psixoloq məsləhət edir

  1. Mən uğurun yolunu bilmirəm. Ancaq uğursuzluğun yolunu bilirəm – bu digərlərinə xoş gəlməkdir.
  2. Kişi yaxud qadın məntiqi yoxdur, düşünə bilmək yaxud düşünə bilməmək qabiliyyəti var.
  3. Əsl düşmənini tanımaq istəyirsən? Güzgüyə bax. Onu yensən digərləri qaçacaqdır.
  4. Dostla söhbət maraqlıdır, düşmənlə faydalı.
  5. İşdən çıxmağın tək vacib səbəbi var – şəxsi inkişafın mümkün olmaması.
Davamı →

Əhvalınız Pisdirsə Bu Qidaları YEYİN!

Alimlər məhsulların və qidaların insanlarinsanların emosional və psixoloji vəziyyətlərinə necə təsir etdiyini öyrənmək üçün bir sıra eksperimentlər keçiriblər.

Araşdırmaları aparmaq üçün isə təxminən 15 minə yaxın könüllü qatılıb.Iştirakçılar 2 qrupa ayrılıblar.Bir qrupda olanlar tamamilə sağlam məhsullarla — təzə tərəvəz və meyvələrlə, qoz fındıqla, paxlalı məhsullarla qidalanıblar.Ikinci qrupda olan şəxslər isə şirniyyat və çoxlu miqdarda ət ilə qidalanıblar.
Davamı →

Dostluq və sevgidə yatan dərin psixoloji məqamlar

Sevgilin və dostunla münasibətin sənin güzgüdəki əksindir
Nifrət etdiyin adamlarla niyə hələ də dostluq edirsən? Onlar sənin qüsurlarını sənin görməyəcəyin şəkildə əks etdirirlər. Bir neçə il əvvəl mən Nyu York şəhərindəki meditasiya təlimlərindən birində iştirak edirdim. Elə oldu ki, yanımda oturan qızla söhbətimiz tutdu və biz dərhal dostlaşdıq. Həmin gün axşam birgə nahara çıxdıq, saatlarla söhbət elədik. İşləmək üçün mərkəzə qayıdanda isə biz görüşməyə və günlərimizi birlikdə keçirməyə başladıq. Mən onun dostlarıyla, o da mənim dostlarımla görüşürdü. Həyatımızda baş verənlər barədə bir-birimizə ətraflı yazırdıq. Qıraqdan baxan elə bilərdi, biz çox yaxın dostuq, amma belə deyildi.

Bir neçə həftədən sonra dostluğumuz başa çatdı. Hansısa “pis” bir şey, faciə baş verməmişdi. Bir-birimizi incitməmişdik. Sadəcə yollarımız ayrıldı və hərə öz həyatını yaşamağa getdi. O zaman mən bunu başa düşməsəm də, həmin vaxt o və mən bir-birimizin həyatında çox vacib bir məqsədə qulluq etmişdik.
Davamı →
Top