Psixologiya kateqoriyası üzrə məqalələr

Klaustrofobiya nədir?

Klaustrofobiya qapalı yerlərdə olmaqdan qorxma və ya həyəcanlanma deməkdir. Sanki çıxış tapa bilməyəcək hissi və boğulacaq düşüncəsi çox zaman hakim olur. Əgər kinoya getdiyinizdə sıxılma, darıxma hissi sizi bürüyür və ordan tez çıxmaq istəyirsizsə, və ya liftə minəndə lazımsız qorxu sizi bürüyürsə o zaman sizdə klaustrofobiya var deməkdir.
Davamı →

Unutqanlıq haqqında bilgilər və onu yaradan səbəblər

Unutqanlıq, yaddaşsızlıq, diqqətdə azalma, konsentrasiya problemləri çox insanın şikayət etdiyi problemlərdir. Bu problemlərin səbəbi əsasən iki cürdür. Bunlardan birincisi orqanik mənşəli xəstəliklərin nəticəsində yaranan, ikincisi isə psixiatrik/psixolojik səbəblər nəticəsində yaranan səbəblər.
Diqqət əksikliyi, konsentrasiya pozulması, adi unutqanlıqlar kimi şikayətlər əgər uşaqlıqdan varsa (belə uşaqlar adətən hərəkətli, impulsiv olurlar (ancaq belə olmaları şərt deyil)), Diqqət Əksikliyi Hiperaktivlik Pozuntusu adlı xəstəliyin əlamətləri ola bilər.
Davamı →

Geştalt Terapiya

Tərifi
Geştalt terapiya humanistik dəyərləri ön plana çəkən,insanların keçmişdəki yox,bu andakı duyğu və davranışlarına diqqəti yönləndirən bir terapiya texnikasidir.Terapistin vəzifəsi xəstənin təcrübələrini təxmin etmək deyil,onun öz təcrübələrini və duygularını anlamasına kömək etməkdir.Geştaltın önəm verdiyi sahə keçmiş deyil,indiki zamandır.Terapiya görən insanlara empose edilən düşüncə bu ankı ehtiyac və problemlərinə konsentrasiya olmalarıdır.
Davamı →

Auditoriya qarşısında çıxış etmə qorxusuna necə qalib gələk?

Heç birimiz peşəkar natiq olmasaq da, işgüzar həyatda iclaslardan iş müsahibələrinə qədər bir çox məqamlarda insanların qarşısında çıxış etmək zərurəti ilə qarşılaşırıq. Əmin ola bilərsiniz ki, belə çıxışlar etmək heç kəs üçün düşünüldüyü qədər asan deyil. Tanınmış şəxslər belə auditoriya qarşısında çıxış edərkən stress keçirə və fikirlərini çatdırmaq da çətinlik çəkə bilərlər.
Bu şəxslərdən biri də “Virgin Group” – un CEO – su, uğurlu sahibkar Riçard Bransondur. O da çoxlarımız kimi bir vaxtlar insanların qarşısında çıxış etməkdən qorxurdu. Lakin bu qorxunun öhdəsindən gəlmək üçün 3 prinsipdən ibarət bir strategiya müəyyənləşdirdi.
Davamı →

Məqsədyönlü fəaliyyət nailiyyətdir

Məqsədyönlü fəaliyyət, məqsəd uğrunda planlı şəkildə fəaliyyət göstərməkdir. Düşüncəni, fikrini, xəyalını reallaşdırmaq üçün hərəkət etmək, düşüncələrlə davranışlar arasında balans yaradıb məqsədə doğru inamla, qətiyyətlə addımlamaqdır.
Məqsədyönlü fəaliyyət düşüncənə, inamına, xəyalına uyğun davranmaqdır.
Davamı →

Ən çox yalanı kimlər danışır?

Sizcə kişilər çox yalan danışır yoxsa qadınlar??? Amma məsələyə obyektiv yanaşın ki, düzgün cavabı tapasınız.
Almanlar isə belə düşünür ki, kişilər qadınlara nisbətən daha çox yalan danışır. Almaniyanın avtomobil istehsalçılarından olan BMW-nin xidmət departamenti tərəfindən aparılan araşdırma belə deməyə əsas verir.
Davamı →

Daxilimizdəki tənqidçiyə qalib gəlməyin 4 yolu

Bəlkə səsini kəsəsən?
Üzr istəyirəm. İşim sizinlə deyil. Bu – mənim daxili səsimdir… Və elə bilməyin ki, problem tək məndədir. Əslində, hər birimizin daxili tənqidçisi var.
Bir çox problemlərimiz və pis davranışımız bu səslə əlaqəlidir. Narahatlıq, depressiya, prokrastinasiya. Xoşagəlməz hisslər duymaq insanın təbiətində var və biz bu axınını dayandırmaq və ya ümumiyyətlə qarşısını almaq üçün demək olar ki, hər şeyə hazırıq.
Davamı →

Utopik realizm

İnsan həyatı həm bir ömrə sığan günlər, aylar, illərdir, həm də illərə, aylara, hətta günlərə sığa bilən bir ömürdür. Zaman etibarilə kiçik olanın böyük olana sığması təbii və məntiqidir. Ancaq böyüyün kiçiklərə sığması zaman məfhumunu xeyli dərəcədə dəyişir. Onu nisbiləşdirir, məna və mahiyyət etibarilə başqa bir boyuta daşıyır. Necə deyərlər, əsrə bərabər günlər, saatlar, hətta dəqiqələr mövcuddur. Aytmatovu bilmirəm, ancaq mən bu ifadəni bədii obraz və yaxud da metafora olaraq işlətmirəm. Mənim üçün zaman dəqiq hesablanmış bir məfhumdur.
Davamı →

Uğurun açarı

Biz əminliklə deyə bilərik ki, uzunmüddətli uğurun açarı – minnətdarlıqdır.
Həyatını minnətdarlıq hissi ilə keçirən insanlar onun necə bir möcüzə olduğunu daim xatırlayırlar. Çünki onlar öz uğurlarının bəhrəsini görürlər, ondan zövq alırlar və daha böyük uğurlara can atırlar.Hətta nəsə plan üzrə getmədikdə belə, şükürlü insanlar buna müvəqqəti bir hal kimi baxırlar.
Bu insanların əksinə olaraq naşükür insanlar heç vaxt həqiqətən xoşbəxt ola bilmirlər. Onlar işlərində uğur qazananda belə sevinmirlər. Onlar üçün uğur qazanmaq – içində çox böyük bir dəliyi olan qabı doldurmağa çalışmaq kimi bir şeydir. Xoşagəlməz hallar isə onları məyus edir və qəzəbləndirir.
Davamı →

Çəntinliklərin öhdəsindən necə gəlməli

Olanları qəbul edin
Yaşadığınız çətin anların öhdəsindən gəlmək vaib addımdır. Özünüzü yaxşı hiss etmədikdə, başınıza gələnlərə layiq olmadığınızı düşünmək yerinə qəbul etmək yükünüzü azaldacaq. İnkar etmək, əsəbiləşməyinizə səbəb olacaq. Qəbul etdikdən sonra düzgün addımlar ata bilərsiniz.
Davamı →
Top