0-6 yaş mərhələsi uşaqların, həyatın da mühüm və özünəməxsus yerə malikdir. Erkən yaşdan etibarən uşaq bütün bilik və bacarıqlarını ailə üzvlərindən əldə edir. Bu uşağın həm fiziki, həm də mənəvi inkişafına təsir edir.
Müxtəlif hazırlıq səviyyəsi olan uşaqlar vericilərdən alınan məlumatları öyrənməyə başlayır. Uşaq səhv, yaxşı, pis arasındakı fərqi görmür. Uşaq dünyaya ünsiyyət etməyə hazır olan bir şəkildə gəlir və rast gəldiyi hər kəsi təqlid edir, yamsılayır. Erkən yaşlarda öyrəndikləri, gördükləri gələcəyində şəxsiyyətində öz əksini tapır. Uşağın sosial, mənəvi, əxlaqi və ruhi sağlamlığında ailə ilə keçirtdiyi zamanla bərabər, televiziyada və ya komputerdə izlədikləri cizgi filmləri də özünə məxsus yerə malikdir. Uşağın məktəbdən kənar həyatı, ictimai mühit və ən təsirli Kütləvi informasiya vasitələri həmişə onlara təlimat verir və öyrədir. Kütləvi informasiya vasitələrini (media) televiziya, radio, kitablar, jurnallar, qəzetlər, filmlər, video oyunlar əhatə edir.