Mustafa Kamal Atatürk: “Milli həyatımızda yeddidən yetmişə, hamımızın bilməsi vacib olan zəfər günlərimiz olmaqla bərabər, ağrısını dünya durduqca içimizdən çıxara və unuda bilməyəcəyimiz milli fəlakət günlərimiz də var… 1877-ci il Rusiya ilə müharibədən sonra böyük köçlər… Türkün Avropadan kökünü kəsmək məqsədi ilə xortlayan xaçlı zehniyyətinin təsiri altında türklərə qarşı həyata keçirilən kütləvi qətliamlar… 1912-ci il Balkan savaşları və türklərə rəva görülən zülmlər… Tarixin bu acı mirasları hər türkün qəlbində qalmalı, unudulmamalı və əbədiyyətə qədər yadda saxlanmalıdır. Millətimizin qəlbində intiqam hissi olmalıdır. Bu hansısa bir intiqam deyil, onun həyatına, yaşamasına, rifahına düşmən olanların xain əməllərinin qarşısını alacaq, onu təcrid edəcək bir intiqam olmalıdır”. Yunanların vəhşiliyini əks etdirən bəzi faktlara diqqəti cəlb etmək istəyirik. Bunlardan biri türklərin yunanlar tərəfindən kütləvi şəkildə qətlə yetirildiyi Tripoliçe qəsəbəsi ilə bağlıdır. Tanınmış tarixçi Allison Filips yazır: “Tripoliçe qəsəbəsində yunanlar 3 gün 3 gecə türkləri qırdılar. Onlardan bəziləri qaçmağa çalışırdılar. Ancaq yunanlar qətliamdan sağ qalanları ələ keçirdilər. Onların sayı 2000 nəfər idi. 2000 nəfərin hamısını yaxın dağlardakı dərələrə apardılar. Burada onları qoyun kimi bir-bir kəsdilər”. |
Mora üsyanı haqqında tarixi sənədlər əsasında kitab yazaraq, onu 1861-ci ildə çap etdirən Georq Finlay baş verənləri belə təsvir edir: “Yunanlar dinc sakinlərə, qadınlara, uşaqlara, qocalara rəhm etmədən amansızcasına öldürür və bundan peşmanlıq hissi keçirmirdilər. Hətta indinin özündə (1850-1859-cu illər nəzərdə tutulur) yaşlı yunanlar öldürülən türklərin üzərinə yığılan daş qalaqlarını göstərərək qəhrəmanlıqlarından danışırlar. |
Osmanlını yıxmaq və onu tarixin səhnəsindən silmək istəyən Avropa dövlətləri bu məsələdə türklər üçün olduqca həssas olan bir etnik qrupu — yunanları seçmişdilər. Digər tərəfdən də, yunanlara Avropada böyük bir rəğbət vardı və bu müstəvidə onları Osmanlı əleyhinə qaldırmaq ciddi problem kimi də görünmürdü. Buna paralel olaraq, əsrlərlə Osmanlının himayəsi altında əmin-amanlıq içində yaşamalarına baxmayaraq, yunanlarda onların dillərinə, dinlərinə hörmət edən dövlətə qarşı bir naşükürlük və kin vardı. Osmanlını parçalamaq istəyən Avropa dövlətləri də məhz yunanların türklərə qarşı bu kin və nifrətini körükləməyə başladılar. Həmin dövrdə müxtəlif yollarla yunanlar yaşayan ərazilərə Avropanın müxtəlif dövlətlərindən, o cümlədən Fransa və İngiltərədən yüzlərlə casus göndərilmişdi. Onların arasında Morada türklərə qarşı qətliamlarda iştirak edən tanınmış şair Bayron da var idi. Casusların çoxu qısa müddətdə yunan dilini mükəmməl öyrənərək onların arasında tanınmaz olmuşdu. Yunanları Osmanlı əleyhinə üsyana qaldıran da məhz bu casuslar oldu. Üsyanın mərkəzi isə bugünkü Yunanıstanın cənubundakı Mora yarımadası seçilmişdi. 1821-ci ildə Morada başlanan üsyan siqnalını bölgədəki yunan baş yepiskopu verdi. O, kilsədəki bir mərasimdə: “Xristianlara hüzur, türklərə ölüm” şüarını irəli sürərək, yunanları üsyana səslədi. Bunun ardınca minlərlə yunan silaha sarılaraq bölgədəki xarici ölkə casuslarının təhriki ilə əllərinə keçən türkləri qətlə yetirməyə başladı. |
Tarixin lap qədim zamanlarından başlayaraq türklər gündoğandan günbatana kimi uzanan böyük bir ərazidə at oynatmış, onlarla imperiyalar qurmuş və ən yenilməz sərkərdələri önlərində baş əyməyə məcbur etmişlər. Eramızdan min il əvvəl başlayan yeni ərazilər fəthi ilə gündoğana və günbatana köç edən türklər getdikləri hər yerdə qəhrəmanlıqları, ədalətləri ilə milyonların sevgisini qazanmışlar. Bu baxımdan türk tarixi bir köç tarixidir desək, səhv etmərik. Bugünki Avrasiyanın da sivil xəritəsinin formalaşdırılmasında türklər önəmli rol oynamışlar. Amma sonradan, belə demək mümkünsə, tale türklərdən üz döndərdi və onlar bir vaxtlar sevgi və məhəbbətlə rəftar etdikləri xalqlar tərəfindən sonsuz zülmlərə məruz qaldılar. Halbuki, Osmanlı imperiyası həmin xalqları ədalətlə idarə etmiş, bir nəfər belə qeyri-müsəlmanın zərrə boyda da olsa, haqqının tapdalanmasına imkan verməmişdi. Lakin 17-ci yüzilliyin sonlarına yaxın Osmanlının müxtəlif səbəblər üzündən zəifləməsi, xüsusi ilə Vyana ətrafındakı məğlubiyyət (1683) türklər üçün yeni fəlakətlərin başlanmsı demək oldu.
XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular.
Osmanlı dövlətinin yaradılması. Osmanlı imperatorluğunun qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Çingiz xanın Mərkəzi Asiyaya yürüşü ilə əlaqədar 70 min nəfərə yaxın oğuz türkü Anadoluya köçmüşdü. Təxminən 400 çadırdan ibarət qəbilənin başında Gündüz Alp dururdu. Qayı sərkərdəsi Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşmışdılar. Ərtorğrul 1231-ci ildəqayı tayfasını Ankara sərhədlərinə gətirmiş və səlcuq sultanından Söydlü qəsəbəsini və Domançı yaylağını iqta olaraq almışdı. Bunun müqabilində qayılar Bizansla olan sərhədləri qorumalı idilər.
Söyüddə yaşayan qayılar ətrafdakı Bizans hakimlərini özlərindən asılı vəziyyətə salaraq, onları xərac verməyə məcbur etdilər. Ərtoğrul bəy 1289-cu ildəvəfat etdikdən sonra, oğlu Osman bəy qayıların başçısı oldu. Əmisi Dündar bəy ona qarşı çıxsa da, Osman Qazi qalib gəldi və öz sərhədlərini genişləndirməyə başladı.Əskişəhər-İraq yolunu ələ keçirməklə osmanlılar Konya sultanlığının varlığına son qoydular və 1299-cu ildə öz dövlətlərini yaratdılar.
Monqol işğalları dövründə, XIII əsrin 40-cı illərində Şərqi Avropada yeni bir türk dövləti yarandı. Rus mənbələrində bu dövlət Qızıl Orda, şərq mənbələrində isə Cuci Ulusu, Dəşti Qıpçaq və ya Göy Ordu adı ilə məlumdur. Qızıl Ordu dövlətinin tərkibinə qıpçaq-ların, peçeneqlərin yaşadığı ərazilər, qərbdə Dnestr sahillərindən başla-yaraq, şərqdə Tobol çayınınİrtış çayına töküldüyü yerə və Sırdərya çayının aşağı tərəflərinə qədər uzanan torpaqlar daxil idi. Krım, Qafqazın Dərbəndə qədər olan hissəsi, Ürgənc şəhəri iləbirlikdə Şimali Xarəzm, Volqa-Kama bulqarları və mordvin torpaqları da Qızıl Ordunun hakimiyyəti altında idi. Rus knyazlıqları ərazicə Qızıl Orduya daxil deyildi, ondan vassal asılılığında idilər.
Qızıl Ordu qoşunlarının içərisində monqollar sayca az idilər. Qoşunun əsas hissəsini türk tayfalarındən ibarət hissələr təşkil edirdi. Qızıl Ordu xanlarının rəsmi fərmanları XIV əsrdən etibarən türk dilində yazılırdı. Qızıl Ordunun köçəri-monqol cəmiyyətifeodal münasibətlərinin ilk pilləsində dururdu. Xarəzmdə qədim əkinçilik mədəniyyəti və böyük şəhərlər vardı. Ürgənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. Krım da iqtisadi və mədəni inkişaf səviyyəsinə görə Qızıl Ordunun qabaqcıl vilayətlərindən biri sayılırdı. XIII əsrdə Krımın liman şəhərləri Kiçik Asiya, Qafqaz və Bizansla qızğın alver edirdi. Həmin şəhərlərdə bizanslılara,italyanlara, türklərə, ərəblərə, yəhudilərə, alanlara və qıpçaqlara rast gəlmək olardı. Volqa bulqarları əsrlər boyu əkinçiliklə məşğul olduqları üçün yüksək əkinçilik mədəniyyətinə malik idilər.
Qazan xanlığı ilə eyni vaxtda Qızıl Ordudan ayrılaraq müstəqil dövlətə çevrilən Həştərxan xanlığının mərkəzi Həştərxan şəhəri idi. Bu şəhər indiki Həştərxan şəhərindən təxminən 12 km məsafədə yerləşən Hacıtərxan kəndinin yerində yaranmışdı. Xanlığın əsası Qızıl ordu xanlarından biri olan Kiçik Məhəmmədin nəvəsi Qasım xan tərəfindən qoyulmuşdur. Böyük karvan yolu və su qovşağında yerləşən bu kənd sürətlə böyüyərək ticarət mərkəzinə çevrildi. Bu ərazidə Həştərxan türkləri ilə yanaşı, xəzər, bolqar,peçeneq və kuman türkləri də yaşayırdılar.
XIV əsrdə Volqa çayının aşağı və orta axarlarında iqtisadi və mədəni yüksəliş baş verdi. Bu yüksəlişdə İdil Bulqar padşahlığının ənənələri böyük rol oynadı. XV əsrin birinci yarısında Orta Volqaboyunun Qızıl Ordudan ayrılması nəticəsində Kama çayının Volqa çayına töküldüyü yerin yaxınlığında müstəqil Qazan xanlığı yaradıldı. Qızıl Ordu xanı Ulu Məhəmməd 1437-ci ildə Qızıl Orduda baş verən daxili çəkişmələr nəticəsində Saray-Bərkə şəhərini tərk etdi və Qazan şəhərini öz dövlətinin paytaxt elan etdi. Ulu Məhəmməd yeni yaratdığı dövlətin mövqelərini möhkəmləndirmək üçün ayrı-ayrı türk bəylərini itaət etməyə çağırdı. Volqanın sol sahilində yaşayan çəmən çeramisləri, çayın uca sağ sahilində yaşayan dağ çeremisləri, udmurtlar, çuvaşlar Qazan xanlığının hakimiyyətini qəbul etdilər.