Türklərin tarixi kateqoriyası üzrə məqalələr

Xəzər xaqanlığı

Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi.

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.
Xəzər xaqanlığı VII-IX əsrlərdə qüdrətli dövlət idi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik xaqan idarə edirdi. Xaqanın baş məsləhətçisi irsi olan «məlik» və ya «xaqanbəyi» adlanırdı.

Davamı →

Oğuz dövləti

Oğuz tayfa ittifaqı. Oğuzlar haqqında ərəb, Orxon-Yenisey slavyan mənbələri məlumat verir. Oğuz sözü boy, qəbilə, tayfa mənasını verən ox, cəm şəkilçisi uz-un birləşməsindən ibarətdir Oğuz sözüboylar, qəbilələr deməkdir. «Oğuz» sözünə ilk dəf Orxon-Yenisey abidələrində rast gəlinmişdir. Bu ad ərəb mənbələrində «quz», bəzən «uz», slavyan mənbələrində «türk» şəklində işlənib. Oğuz eli boz ox, üç ox adı ilə iki qola ayrılır.

Oğuzlar 24 boydan ibarət idilər. 12 boy boz oxlar, 12 boy isə üç oxlar adlanırdı. Hər boyun öz nişanı var idi. Qayı, qınıq bayat boyları çoxsaylı və nüfuzlu idi. VII əsrin əvvəllərində Göytürk dövlətinin tərkibində 9 oğuz tayfa ittifaqı var idi. Bu imperatorluq 634-cü ildə dağılandan sonra Tola-Selenqa hövzəsində yaşayan 9 oğuzlar birləşib xaqanlıq yaratdılar.

Davamı →

Qəznəvilər

Qəznəvi dövlətinin yaranması. Bu dövlət 962-1187- ci illərdə mövcud olmuşdu. Qəznəvi dövlətinin əsasını X əsrin 60-cı illərində Alptəkin (962-963) qoymuşdu. O, Samanilər dövlətinin görkəmli sərkərdəsi idi və Samanilərin türk qulamlarında xidmət etmişdi (Qulamlar türk əsilli gənc qullardan təşkil edilmiş daimi süvari qvardiya idi). Alptəkin şəxsi şücaətinə görə hərbi əyanlar sırasına daxil olmuşdu. Alptəkin Samanilərin hakimiyyətini tanımaqla yanaşı, Qəznəvi dövlətini yaratdı. Onun ölümündən sonra hakimiyyətə Səbutəkin (977-997) gəldi və o, Hindistana dəfələrlə hərbi səfər etdi.

Sultan Mahmud Qəznəvi. Qəznəvi dövləti ərazisinin genişlənməsi. Səbutəkin öləndən sonra oğlu Sultan Mahmud Qəznəvi (998-1030) hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı.

Davamı →

Qərbi hun imperiyası

«Xalqların böyük köçü». Qərbi Hun dövlətinin yaranması. Böyük Hun imperiyası dağılandan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların qərbə doğru əziyyətli hərəkəti sonra da uzun müddət davam etdi. Hunların və digər xalqların qərbə axını «Xalqların böyük köçü» adlanır.


«Xalqların böyük köçü» eramızın IV əsrindən hunlarla başlayaraq VI əsrə qədər davam etdi. Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. «Xalqların böyük köçü» VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. 370-ci ildə hunlar qərbə doğru hərəkət edərək Don sahilində alanları məğlub etdilər. Hunlar Krımda ostqot tayfalarıilə üzləşdilər, 371-ci ildə ostqotlar məğlub oldular, onların başçısı Germanirix bu məğlubiyyətə dözməyib özünü öldürdü.


Hunlar Dnestr çayı sahillərində yaşayan vestqotlarla qarşılaşdılar. Hunlar çayı keçib vestqot kralı Atanarixin ordusuna arxadan zərbə vurdular, o isə ordusu ilə Roma imperiyasının hi­mayəsinə keçdi. Onun hunlara qarşı tikdirdiyi «Atanarix səddi» indi də qalmaqdadır.

Davamı →

Göytürk imperatorluğu

Göytürk dövlətinin yaranması. Hunlar çinlilərə məğlub olduqdan sonra knyaz Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. V əsrdən başlayaraq Jujan dövləti zəifləməyə başladı. Türk qəbilələrinin başçısı Bumin xaqan idi. 546-cı ildə teles tayfaları jujanlara qarşı üsyan qaldırdı. Bumin xaqan bu üsyandan istifadə etmək istədi. Jujan xanı Anaxuanınqızına elçi göndərdi. O isə «sən mənim filiz əridənimsən» deyib qızını Bumin xaqana vermədi. Bumin xaqan 552-ci ildə jujan xanının üzərinəhücum edib onu məğlub etdi və I Göytürk dövlətini yaratdı. Bumin xaqan özünü dövlətin hökmdarı (il xaqan) elan etdi. Dövlətin paytaxtı Onon çayı sahilində Ötükən idi. Bundan sonra hunlar türk adlandırıldı. «Göytürk»mürəkkəb sözündəki «göy» sözü həm səma, Tanrı, həm də rəng mənasında işlənir.
Davamı →

Türk sözünun mənası və qədim türklər haqqında

Türk Adının mənası(Kökeni) Türk millətinin tarixi az qala insanlıq,bəşər tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bu vəziyyət, alimlərin diqqətini çəkmiş  və onlar  Türk sözünün tarixini və mənasını araşdırmışlar. Türk adının qaynağını tapmaq məqsədilə aparılmış araşdırmalarda müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi mütəxəssislərə görə, Türk adına ilk dəfə bizim eradan əvvəl 14-cü əsrdə «Tik» və ya «Tiklər» şəklinde rast gəlinmişdir. Bəzi mütəxəssislər isə bu adın b.ə 14-cü əsrdən öncə də var olduğunu söyləmişlər.
Türklərlə bağlı biliklərin çoxunu qədim Çin mənbələrindən əldə edirik. Çinli tarixçilər  bizim eradan əvvəl 2000 -1000 ci illər arasında ilk Türk hökmdarlığından bəhs edirlər. Bununla bərabər, qədim çin  qaynaqlarındakı Türk hökmdarlarının və dövlətlərinin adı çincə yazılıb .Bunlarin Türkcə qarşılığı tam anlamıyla  bilinmir. Professor Erol Güngörün təbirincə, «bizim atalarımız o vaxt türk adı ilə çağırılmırdı. Türk kəlməsi bu gün belə  millətin adıdır amma atalarımız o vaxt bir millət halında deyildi. Boy və tayfalar halında yaşıyırdılar və hər tayfanın ayrı bir adı vardı. Türk adının tarix səhnəsinə çıxması 6-cı  yüzillikdə qurulan Göytürk milləti ilə bağlıdır. Orxon kitabələrində yer alan Türk adı daha çox „Turuk“  şəklində göstərilmişdir. Yəni, Türk sözünü ilk dəfə rəsmi olaraq istifadə edənlər Göy türklər Göy türk imperiyası olmuşdur. Göytürklərin ilk vaxtlarında Türk sözü bir dövlət kimi işlədilirdisə  daha sonra Türk millətni  ifadə etmək üçün işlədildi. Çin imperatoru 585 -ci ildə, Göy Türk xaqanı  işbaraya göndərdiyi məktubda „Böyük Türk Xaqanı›“ deyə xitab etmişdir. İşbra Xaqanın Çin imperatoruna cavabında da „Türk millətinin tanrı tərəfindən yaranmsından bu yana 50 il keçdi » ifadəsi işlədilmişdir Göy Türk yazılarında Türk sözü daha cox " Türk budun" şəklində işlədilmişdir. Türk Budun Türk Milləti mənasına anlamına gəlir. Dolayısıyla Türk adı  bu dövrlərdə bir toplumun  bir  qövmün adı kimi deyil daha çox siyasi bir mənsubiyyəti təyin edən bir söz kimi keçir. Yəni Türk soyuna mənsub olan bütün boyları və toplumları ifadə etmək üçün milli bir ad halına gəlmişdir.
Davamı →
Top