Alkoqolizm — tərkibində etil spirti olan içkilərə meyletmə xəstəliyidir. Bir dəfə spirtli içki içmə nəticəsində baş verən kəskin sərxoşluq alkoqolizmi və xronik alkoqolizm fərqləndirilir. Xronik alkoqolizmdə alkoqola (spirtli içkilərə) qarşısı alına bilməyən aludəlik və xumarlıq sindromu inkişaf edir. Birdəfəlik kəskin alkoqolizm sərxoşluğu zamanı kəskin alkoqol intoksikasiyası baş verir. Yüngül və orta dərəcədə alkoqol sərxoşluğu xüsusi müalicə tələb etmir. Ağır sərxoşluq hallarında isə komatoz hala qədər inkişaf edən müxtəlif şüur pozğunluqları, qıcolma tutmaları baş verə bilər.
Xəstələr çox vaxt ağlayırlar və nəyin bahasına olursa-olsun, narkoz əldə etmək üçün yalandan onlarda ağrı tutması olduğunu göstərməyə cəhd edirlər, çünki abstinensiyalı xəstələrin orqanizminə narkoz yeridildikdə çətin dözülən əzabverici ağrılar tamamilə kəsilir. Qeyd etmək lazımdır ki, xəstələr çox vaxt preparatları oğurlayırlar, qıfılları sındırarkən qeyri-adi məharət göstərirlər. Abstinensiyanın dayandırılması həkimin təyinatına görə tibb bacısı tərəfindən həyata keçirilən bir sıra təşkilati və müalicə tədbirlərindən ibarətdir. Bu zaman xəstəyə baxım xüsusi əhəmiyyət kəsb edir. Xəstə üçün yataq rejimi və ən ciddi gündəlik nəzarət təyin edilir. Onun başqaları ilə görüşməsi qadağan edilir, çünki xəstənin qohumları ona narkotiklər gətirə bilərlər. Buna görə də tibb bacısı xəstə üçün gətirilən bütün şeyləri diqqətlə nəzərdən keçirir. Xəstə üçün ancaq yüngül həzm olunan, zülallar və vitaminlərlə zəngin pəhriz təyin edilir. Abstinensiyanın dayandırılması üçün, həkimin təyinatına görə əzələyə insulin, neyroleptiklər (aminazin, tizersin, etaperazin, xlorprotiksen) və trankvilizatorlar (diazepam, seduksen, xlordiazepoksid — elenum), venaya qlükoza və kalsium-xlorid yeridilir. Tibb bacısı dərmanların vaxtlı-vaxtında qəbul edilməsinə ciddi fikir verməlidir, çünki xəstələr çox vaxt müalicədən imtina edirlər. Xəstələrin narkotikləri oğurlamasına yol verməmək üçün dərmanların yaxşı qorunması qayğısına qalmaq lazımdır.