Çox tərləmə həyatı tətikləyəcək bir vəziyyət olmasa da ciddi qeyri-sağlamlıq halıdır.Bədənimizin ən çox tərləyən hissələri isə ilk növbədə bükülən hissələr (qoltuq altı,qasıq büküşü) ,daha sonra isə üz,əllər,ayaqlar və digərləri olmaqla sıralana bilər.
Alsheymer xəstəliyi üzrə mütəmadi olaraq müşahidə aparan ÜST nəzdində olan assosiasiyanın gəldiyi son qənaət artimik yuxunun əqli qabiliyyəti azaltdığı və bu xəstəliyin inkişafına səbəb olduğu istiqamətdədir.Vaxtsız və müddət etibarilə kifayət olmayan yuxu beyni daha 2 il tez qocalmağa təhrik edir.
Qərb mütəxəssislərinin orqanizmin ən sirli hissələrindən biri olan beyin üzərində tədqiqatları davam etməkdədir.Belə ki,universitet alimlərinin son açıqlamasına görə leykoareoz adlandırılan kifayət qədər geniş yayılmış bir vəziyyət sadəcə olaraq MRI vasitəsilə belə mmüşahidə aparılan zaman beyinin oksigensizləşməsini göstərən sadə qocalıq əlaməti deyil,tam və ayrıca bir xəstəlik halıdır.
Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq,nevroloq,psixoloq,toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməniz atılan ən doğru addımdır.Bu zamanında və düzgün diaqnozun qoyulması eyni zamanda düzgün müalicə taktikasının seçilməsi üçün olduqca əhəmiyyətlidir.Unutmayaq ki.düzgün diaqnoz yarı-yarıya müalicə deməkdir.Titrəmənin səbəbləri kkifayət qədər çoxdur.Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır.Tibbdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab olunmuşdur:patoloji və normal.
Müasir tədqiqatlar sübut etmişdir ki,bayılma və ya ürəkkeçməsi geetik olaraq əlaqəli olan xəstəliklər qrupuna aiddir.Belə ki,genetik bağlı insanlar (qohumlar) digərlərinə nisbət eitbarilə daha çox bayılma halları ilə üzləşə bilər.İdentik olan və olmayan əkizlər üzərində tədqiqat aparan amerikalı mütəxəssislər bayılmanı düşündüyümüzdən daha yüksək bir şəkildə genetik əlaqəli olduğunu iddia edirlər.Bayılma insanın öz huşunu hər hansı bir emosional stressə cavab olaraq ani şəkildə itirməsi ilə baş verir.İnsanların bəziləri daha tez,digərləri ara-sıra bu halı yaşasa belə başqa bir qrup insana bayılma ümumiyyətlə yad bir termindir.
Demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. İlk dəfə 1905 cı ildə alman psixiatoru Alis Alsheimer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65-dən yuxarı yaşlılarda qeyd olunsa da onun erkən yaşlarda da rast gəlinməsi mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon, 2050 ci ildə isə bu sayın dörd dəfə artıq olacağı gözlənilir.
Amerikanın Arizona universitetinin mütəxəssisləri depressiyadan əziyyət çəkənlərə maraqlı bir müalicə üsulu təklif ediblər.Onlar xəstələri daxilində iki saat ərzində temperaturun 38 dərəcəyə qədər qalxdığı bir tətil çadırına yerləşdirilməklə müalicə etməyin effektiv olacağını bildirirlər.