Qış aylarında həm uşaqlar, həm böyüklər boğaz iltihablardan əziyyət çəkir.
Bir çox hallarda bu zaman həkimlər köməkçi müalicəvi vasitə kimi qarqara təyin edirlər. Qarqara çox sadə və eyni zamanda çox effektli prosedurdur.
— Tonzillit (angina) zamanı badamcıqlarda irin yığılır. Xəstə ağzını açdıqda bu irin badamcıqlarda ağ nöqtələr kimi görünür. Qarqara iltihabın mənbəsi olan irini mexaniki olaraq yuyub aparır.
— Qarqara boğazda bakteriyaların yaşaması və çoxalması üçün uyğun olmayan mühit yaradır.
— Selikli qişanı yumşaldır, iltihabı azaldır.