1. Əvvəlcə çuğundur haqqında və hazırlanması haqqında.
Çuğundurun faydasını demək olar hamı bilir, tarixdən bizim insanlarımız qan azlığında, zəiflikdə, bədən soyuqluğunda, qəbizlikdə həmişə istifadə edib. Çuğunduru birazda dərindən araşdırsaq insan oğlu üçün başdan-başa şəfa mənbəyidir, çuğundur revmatizm və revmatoidli poliartrit xəstələri üçün olduqca faydalı qidadır, Çuğundur qanın tərkibində oksigenin miqdarını artırır, bununla da beyin qidalanmasını yaxşılaşdırır, yaddaşsızlığı aradan qaldırır, skleroz xəstələri üçün faydalı qidadır. Axşamlar çuğundur şirəsi içmək əsəbləri rahatlaşdırır, yuxunu dərinləşdirir, Ağciyər xəstəliklərində, yüksək təzyiqdə çuğundur çox faydalıdır.