Xalq təbabəti kateqoriyası üzrə məqalələr

Təbii antibiotik

Orta əsrlərdə hələ anbiotik olmayan dövrdə Avropada epidemiya vaxtı bu resept düşünülmüşdü. Virus, bakteriya və göbələkləri məhv edən bu eliksir qan və limfa sistemini təmizləyir. Öz dövründə minlərlə insanı ölümdən qurtaran bu dərman müasir insanlar üçün də lazımlıdır.

Ərzaqlar:
Alma sirkəsi – 500 ml
Sarımsaq – 5 diş
Soğan -1 ədəd
Qırmızı çili bibəri – 2 ədəd
Zəncəfil – 50 qr
Xren – 30 qr
Sarkök – 1 x.q

Hazırlanması:
Soğan və sarımsaq çox xırda doğranılır. Zəncəfil və xren sürtgəcdən keçirilir. Acı bibərlər bir neçə yerə bölünür. Bütün quru ərzaqlar qarışdırılır.
Davamı →

Ağ ciyərləri tərtəmiz edən təbii sirop

Hazırda ağciyərləri, bronxları təmiz insan tapmaq çətindir. Ağciyərlər təmiz olmadıqda, orqanlara təmiz oksigen az və gec çatır, insan öskürür, halsız olur.

Cəmi 3 ərzaqdan hazırlanan, ağciyərləri təmizləyən, öskürəyi kəsən, eləcə də immuniteti qaldıran, damarları təmizləyən təbii siropu özünüz evdə hazırlaya bilərsiniz.
Davamı →

Amarant

Qədim zamanlarda amarant dini ayinləri zamanı və həm də qida kimi çox geniş istifadə olunurdu. Əsrlər keçdi, amarant unuduldu və daha çox yabanı bitki kimi tanınmağa başladı.

Lakin indi bu bitkiyə olan maraq artmaqdadır, onun inanılmaz qidalı və müalicəvi xüsusiyyətləri aşkar olunub.

Rusiya KİV-lərinə istinadla amarantın unikal müalicəvi xüsusiyyətləri:
Davamı →

Qarağat çayı

Qarağat və qaragat yarpaqları xalq təbabətində yüksək təzyiqi salmaq üçün çox geniş istifadə olunur. Təzyiqi tənzimləyən faydalı qara qarağat çayının resepti belədir.

3 x.q. qara qaragatı əzin, termosa tökün, 10 nanə yarpağını əlavə edin, üzərinə 2 stəkan isti su tökün, axşamdan səhər qədər dəmləyin. Səhər süzün və gün ərzində adi çay kimi için.

Bu çay damarları genişləndirir, təmizləyir və möhkəmləndirir, xolesterinin səviyyəsini aşağı salır.
Davamı →

Monastr resepti

Mədə-bağırsaq, ürək qan-damar xəstəlikləri zamanı istifadə olunan reseptlərdən biri də monastr reseptidir. Alman rahibə Gildeqard Bingenin yaratdığı monastr reseptinin 1 era yaşı var. 

Bu qadın «təbii müalicənin himayədarı” kimi müqəddəslər siyahısına düşüb. Gildeqard bacı 1179-cu ildə 82 yaşında vəfat edib və özündən sonra çoxlu reseptlər qoyub.
Davamı →

Amosov pastası


Akademik Amosovun tərtib etdiyi və əməliyyat etdiyi xəstələrinə verdiyi bu pasta orqanizmin xəstəlik və əməliyyatlardan sonra tez özünə gəlməsi üçün effektivdir. Bu pastanı hər kəs qəbul edə bilər, faydası hədsiz çoxdur. 

500 qr kişmiş, 500 qr qaysı qurusu, qara gavalı, əncir qurusu, qoz ləpəsi və 1 ədəd limon. Hamısı ətçəkəndən keçirilir. Bura 500 qr təmiz bal qatılıb qarışdırılır, bankaya yığılır. Bol vitamin və mikroelement mənbəyi olan bu məcundan gündə 1 xörək qaşığı qəbul edin.
Davamı →

Qarpız qabığı

“Qarpız qabığının ağ hissəsi kişilər üçün reseptlə alınmış dərmanlar qədər faydalı olduğu halda, bu qabıqları uzunqulaqlara veririk”. Bu açıqlama cinsi əlaqə üzrə mütəxəssis məsləhətçilərdən gəlib.

Mütəxəssislərin fikrincə, qarpız qabığının ağ hissəsi cinsi istəyi artıran “Viaqra”dan da faydalıdır. Belə ki, bu giləmeyvənin ağ hissələrində böyük miqdarda sitrülin maddəsi var. Bu maddə vücuda daxil olduqdan sonra isə cinsi istəyi artıran argenin maddəsinə çevrilir. Argenin damar divarlarında daha çox nitrik-oksidin istehsalını təmin edir və cinsi istəyi artıran maddə təsiri verir.
Davamı →

1000 illik resept

Bu qarışımın reseptinə bir neçə qədim sivilizasiyaların tibbi əlyazmalarında rast gəlinib. Bədəndə olan bir çox ağrıların kökünü kəsir. İnsanı rahatladır.

Resept:
10 ədəd təzə, ev yumurtası
Təmiz bal – 0,5 kq
Limon – 15 ədəd
Konyak – 0,6 litr
Davamı →

Mavi yod

Yəqin ki, çoxunuz mavi yod barədə eşitməmisiz. Bu möcüzə təsirə malik yod qanda xolesterini azaldır, şəkəri normallaşdırır, damarları təmizləyir, qanda leykositlərin aktivliyini artırır, imminiteti gücləndirir, baş ağrısı, miqren və təzyiqdə effektivdir.

Bu məhlul həftədə 2 dəfə gündə 1 dəfə 1 çay qaşığı olmaqla qəbul olunur. Onkoloji xəstəliklərdə isə 1 gündən bir sutkada bir dəfə 2 çay qaşığı qəbul olunur. Kurs müalicə 1-2 aydır.
Davamı →

Badımcan şirəsi

Şərqdə uzun ömürlülük tərəvəzi adlandırılan, suyu belə insan orqanizmi üçün möcüzəvi təsirə malikdir. Bəzi mənbələr bu suyu içərkən çox insanda ürəkbulanma, tərkibindəki bəzi maddələrdən zəhərlənmə baş verdiyini desə də, təmiz bostan badımcanını mövsümündə şirəsini çəkib içməklə bu mənfi təsirlər baş vermir.

Şirə üçün hələ kiçik, tam yetişməmiş, rəngi bir qədər açıq bənövşəyi, yəni sütül badımcan götürülür. Şirəsi çəkilməzdən öncə doğrayıb mütləq duzlu və ya sirkəli suda saxlanılır.

1. Podaqra, oynaq iltihabında xaricə istifadə edilir, kompres olunur, antiiltihab və antibiotik təsiri göstərir. Tərkibində olan molibden maddəsinin podaqranı müalicə etdiyi hələ. 1953-cü ildə sübut olunub.
Davamı →
Top