Elmi adı “Anethum graveolens” olan və Azərbaycanda yetişən şüyüd, aromayik ləzzətiylə süfrələrimizin bəzəyidir. Mensturasiya sancılarına yaxşı təsir edir. Kalsium, manqan, dəmir minerallarıyla zəngindir və güclü antioksidandır.
Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kökü və 120 santimetrə qədər böyüyə bilən tünd yaşıl yarpqları olur. Xren may-iyun aylarında böyüyür, yarpaqları böyüdükcə onun kökü də inkişaf edir.
Bağayarpağı çoxillik ot bitkisidir.Təbiətdə onun 200 növü yayılıb. Bağayarpağına planetin hər bölgəsində rast gəlmək mümkündür. Onun boyu 0,5 metrə qədər hündürə qalxa bilir. Bağayarpağının çiçəkləri kiçik olur. Onun yarpaqları torpağa yaxın hissədə qalır, yarpaqların orta hissəsindən uzun saplaq çıxaraq hündürə qalxır. Saplaqların baş hissəsində isə bağayarpağının xırda çiçəkləri və çiçəklərdən əmələ gələn toxumları olur. Bağayarpağı ləklərinin ləçəkləri olmur, toxumları isə əsasən külək vasitəsilə çoxalır.
Fındıq yağından ötən əsrin 70-ci illərindən istifadə eddilməyə başlanılıb. Fındıq yağı ilk dəfə həmin illərdə istehsal olunmağa başlanılıb. Bu yağın eksportu ilə əsasən Fransa, İtaliya və Türkiyə məşğul olur. Fındıq yağı badam yağı qədər orqanizmə faydalıdır.
Qoz qədim zamanlardan intellektin və müdrikliyin meyvəsi hesab edilib. Qədim zamanlarda İran alimləri qozu insan beyninə bənzətmiş və ondan alınan yağın insan zəkasına və ağlına təsir etdiyini söyləmişlər. İllər keçdikcə isə bu söz öz təsdiqini tapmış və mübahisə doğurmamışdır.
Alma sirkəsi təbii məhsul olduğuna görə onun güclü təsirə malik olmasına şübhə ola bilməz. Alma sirkəsinin tərkibində mikrobları və bakteriyaları öldürmək qabiliyyətinə malik olan çoxlu bioloji aktiv maddələr var. Kokosun yetişdiyi tropik ölkələrdə bir çox müxtəlif problemlərdən xilas olmaq üçün kokos yağından istifadə edirlər. Bizim bu məqsədlə istifadə etmək üçün isə ən qiymətli məhsulumuz təbii yolla hazırlanmış alma sirkəsidir.
Yüksək arterial təzyiq insanın ümumi sağlamlığı üçün ən ziyanlı amillərdən biridir. Bu səbəbdən arterial təzyiqi normada saxlamaq həyati vacib olan məsələdir.
Damotu bitkisi çoxillik bitki olub, aslanquyruğu, ürək otu, tüklü damotu kimi də adlandırılır. Onun boyu 2 metrə qədər qalxa bilir, yarpaqlarının kənarları kəsik-kəsik, barmaqlara oxşayır və tünd yaşıl rəngdə olur. O mil kökə sahibdir. Damotutun ən iri yarpağı budağının aşağı hissəsində olur, yuxarı hissəyə keçdikcə isə yarpaqlar kiçilməyə başlayır. Ən iri yarpağın uzunluğu isə 15 sm olur. 
