İntellekt və təhsil kateqoriyası üzrə məqalələr

Çox ağıllı olmaq üçün çalışmayın

Adamlar tez-tez beyinlərini daha yaxşı işləməyə məcbur etmək, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün hər cür preparatlardan istifadəyə can atırlar. Lakin alimlər xəbərdarlıq edirlər ki, insan artıq öz inkişafının son həddinə çatıb və o, daha ağıllı ola bilməz, həblər isə düşüncə prosesini yalnız korlaya bilər.
İngiltərənin Uorik Universitetində çalışan psixoloq Tomas Hills xatırladıb ki, təkamüldə hər şey bir-birilə qarşılıqlı əlaqədədir. Orqanizmin hətta hansısa xırda xüsusiyyətinin dəyişməsi dərhal bütün sistemin dəyişməsinə gətirib çıxaran zəncir yarada bilər. Əlbəttə, yaxşı olardı ki, insanın boyu 2,5 metr olsun. Onda bu zaman ürək qanı belə yüksəyə qovmaq üçün gücləndirilmiş rejimdə işləməli olardı. Ona görə də insanın orta boyu 180 santimetrdən çox olmur.
Davamı →

İndiqo uşaqlar

İndigo — qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsl insanlar.
İndiyə qədər elm hesab edirdi ki, Homo Sapiens təkamülün ən yüksək dərəcəsidir. Amma alimlər indi daha çox ehtimal edir ki, bizim öz növümüz də inkişaf mərhələsindədir. Söhbət indigo uşaqlardan gedir.
“İndigo uşaqlar” haqqında ilk dəfə amerikan ekstrahiss və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə çıxardığı “İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar” kitabında qeyd etmişdir. Ekstrahiss insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə — tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indigo insanlar adlandırmışdır.

Davamı →

Daun sindromu

Müasir dövrdə səhiyyənin qlobal problemlərindən biri gen xəstəlikləri və onlarla mübarizədir. Gen xəstəlikləri hələ xeyli vaxt bundan öncə aşkarlanıb. 1865-ci ildə çex bioloqu Qreqor Mendel apardığı təcrübələr zamanı bəzi xəstəliklərin məhz genlər vasitəsilə keçdiyini müəyyənləşdirib. Həmin illərdə alimlər tərəfindən birmənalı qarşılanmayan Mendelin bu kəşfi onun ölümündən 16 il sonra qəbul edilib.

Gen xəstəlikləri arasında birinci yeri Daun sindromu tutur. Bu xəstəliyi 1866-cı ildə ingilis həkimi Con Daun aşkarlayıb. O, xəstəliyi başqa cür adlandırsa da, sonradan bu sindroma həkimin adını veriblər. Ancaq xəstəliyi aşkarlayan həkim onun müalicəsini tapa bilməyib. İllər keçməsinə baxmayaraq, mütəxəssislər hələ də bu xəstəliyin müalicəsini tapa bilmirlər. Belə körpələrin yaşamaq şansı yarıbayarıdır. Sağ qalanların da əksəriyyəti yeniyetməlik yaşına çatdıqda dünyasını dəyişir.

Davamı →

Dama oyunu

Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beəliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayarq udmaq olar.Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır.

Davamı →

Oxumuram, əl çəkin!

Uşağın məktəbdəki uğuru və uğursuzluğuna heç kim etinasız yanaşmır.  Nəyə  görə bəzi uşaqlar asant və həvəslə oxuyur, digərləri çətin öyrənsədə çalışır, üçüncü tip isə  yaxşı qabiliyyəti var amma oxumaq istəmir, bütün bunlar uşağı məktəbə gedən hər bir valideyini düşündürür.  Ümumilikdə isə məktəbdə uğur əldə etməyən uşaqları 2 qrupa bölmək olar. Biri bacarmır, digəri isə oxumaq istəmir. Bu uşaqlarla işləmək üçün müxtəlif yanaşma və müxtəlif metoddan istifadə etmək lazımdır. Oxumaq istəyən lakin müəyyən səbəblərdən oxuya bilməyən uşaqlarla işləmək nisbətən asandır bununla bağlı mütəxəssislərin təcrübəsi  də var. Bəs oxumaq istəməyən uşaqlarla nə etməli? Bunun üçün valideyinlər müxtəlif metodlar düşünə bilər, onlardan bəziləri ilə sizi tanış edək.
Qədim öyrətmə üsulana görə oxumaq bayram, hədiyyə hesab olunurdu. Uşağa yalnız özünü yaxşı aparanda kitab oxumaq imkanı verilirdi. Özünü pis aparanda ona kitab oxumaq qadağan edilirdi.
Davamı →

Zehni fəaliyyəti gücləndirən qida məhsulları

Rusiya Tibb Elmləri Akademiyasının Qidalanma institutunun alimləri müxtəlif qidaların beyin fəaliyyətinə təsirini öyrənərək maraqlı nəticəyə gəlmişlər. Məlum olmuşdur ki, beyin hüceyrələrinin fəaliyyətini ən adi qida məhsullarının köməyi ilə stimulə etmək olar. Əsas məsələ hansı məhsulun tərkibində nədən nə qədər olduğunu bilməkdir.
İnsan beyni mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün sinir hüceyrələri (100 milyarddan artıqdır) çoxlu miqdarda enerji almalıdır.

Davamı →

İnformatika test sualları

101.Kataloqlar uzərində icra olunan əməliyyatlar hansılardır?
A)yenisini yaratmaq,baxmaq,icra etmək,silmək
B)yenisini yaratmaq,birləşdirmək,koçurmək,silmək
C)yenisini yaratmaq,baxmaq,koçurmək,silmək
D)baxmaq,icra etmək,silmək
E)silmək,koçurmək,icra etmək,yenisini yaratmaq
102.Köçürmə və silmə əməliyyatlarını tətbiq etmək olmaz..
A)muxtəlif kataloqlardakı fayllar qrupuna
B)ayrı-ayrı fayllara
C)butun kataloqa
D)bir fayla
E)bir kataloqdakı fayllar qrupuna
Davamı →

Test sualları: Dünyanın iqtisadi və sosial coğrafiyası

6. OPEK təşkilatına daxil olan ölkə:
A) Portuqaliya     B) Əfqanıstan     C) İndoneziya
D) Efiopiya          E) Yunanıstan


14. Adambaşına düşən elektrik enerjisi istehsalına görə irəlidə olan ölkə:
A) Türkiyə            B) Çin                    C) Norveç
D) Yaponiya        E) ABŞ

Davamı →

Biologiya testləri-1

1. Fiziologiya fənni orqanizmin hansı xüsusiyyətlərini öyrənir?
A) Funksiyaları, uyğunlaşmanı və fəaliyyəti
B) Quruluşu, inkişafı və uyğunlaşmanı
C) İnkişafı, uyğunlaşmanı, hüjeyrəvi quruluşu
D) Prenatal və postnatal inkişafı
E) Morfoloji əlamətləri,uyğunlaşmanı və inkişafı.
Davamı →

İnformatika testləri

1.Hansı yaddaş qurğuları daxili yaddaşdır?
A)əməli yaddaş qurğusu,keş yaddaşı
B)sərt disk,əməli yaddaş qurğusu,elastik disk
C)daimi yaddaş qurğusu,elastik disk
D)elastik disk,sərt disk
E)keş yaddaşı,elastik disk
2. Dot – matrix hansı qurğunun xüsusiyyətidir?
A) Printer
B) Klaviatura
C)Monitor
D)CD-ROM
E)Mikroprosessor
2. Mətn faylları hansıdır?
A)Doc, txt, lex
B)Com,exe,bat
C) Bmp, com, rtf
D)doc,exe, bat
E)xls,exe,bat
Davamı →
Top