şəxsi gigiyena kateqoriyası üzrə məqalələr

Tibbi əlcəklərdən nə vaxt və necə istifadə edilir

Son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsi gündəmdən düşmür. Bəzi vətəndaşlar tərəfindən tibbi əlcəklərdən düzgün istifadə edilməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılmış “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən  verilən məlumata görə, bunu nəzərə alaraq əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatlar hazırlanıb. Bu səpkidə  məlumatlar mütamadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək: «Bu məlumatlar əhalinın maarifləndirilməsinə xidmət edir. Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyil. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır».
Davamı →

Xəstə əməkdaşın evdə qalması daha çox kimə sərf edir?

«Yalvarıram, çıx, get evinə» — bunu mənə müdirim dedi. "İşçilər şikayətlənirlər. Onlar sənin pis virusuna yoluxmaqdan qorxurlar".
Nə qədər israr etsəm də ki, bu, sadəcə soyuqdəymədir və mən özümü o qədər də pis hiss etmirəm, qulaq asan olmadı. Təslim olmaq məcburiyyətində qaldım, yoxsa işlədiyim xəbərlər şöbəsindən məni zorla çıxaracaqdılar.
Düzdür, vəziyyətim lap da əla deyildi, ancaq inanırdım ki, bütün günümü ədyal altında keçirəcək qədər xəstə deyiləm.
Davamı →

Ortaq daraqdan istifadə xəstəlik yarada bilər

Mütəxəssislər yoluxucu xəstəliklər səbəbilə daraqların kimsə ilə paylaşılmaması ilə bağlı xəbərdarlıq edir.
Dermatoloq, dr. Ata Nejat Ertek yoluxa biləcək xəstəlik riskinə qarşı darağınızı heç kimlə paylaşmamanızı tövsiyə edir. Bədəndə meydana gələn göbələk xəstəliyinin dəri xəstəliyi olduğunu ifadə edən Ertekin fikrincə, xəstəlik üzərilərində çox tük olmayan dərilərin düz hissələrini təsiri altına alır.
Davamı →

Ağız qoxusu – səbəbləri və çarələri

Ağız qoxusu dünya əhalisinin hər beş nəfərindən birinin əziyyət çəkdiyi bir problemdir. Bəzi hallarda bu hal o qədər narahatlıq verir ki, belə insanlar əsəb xəstəliyinə belə tutulurlar. Ağız qoxusu olan zaman nəyə diqqət etməli və bunun səbəbini harda axtarmalı?
İlk növbədə ağız boşluğundan başlamaq lazımdır; çürük dişlər, metal-keramika qapaqlı dişlər və ən çox da belə qapaqların boşalması zamanı ağızdan pis qoxu gələ bilir. Ağız suyunun (tüpürcək istehsalının) azalması da qoxuya səbəb olur. Az miqdarda çiy su içən adamlarda uzun zamandan sonra tüpürcək istehsalı azalır və ağızda bakteriyaların artıb çoxalması üçün yaxşı şərait əmələ gəlir. Deməli, gündə ən azı 2 litr çiy suyun içilməsinin ağız qoxusuna da təsiri var.
Davamı →

Paltar və ayaqqabı gigiyenası

Paltarın əsas funksiyası — metereoloji təsirdən (soyuq, isti, yağış) və çirklərdən qorumaqdır, həm də mədəniyyət səviyyəsini göstərir (müəyyən dərəcədə şəxsiyyəti və yaşı). Böyüklərlə yeniyetmə geyimi seçilir. Hər ikisi yaxşı zövqə və gigiyena tələblərinə uyğun olmalıdır.

Yeniyetmə elə geyinməlidir ki, paltar çox da gözə çarpmasın, ümumi diqqəti cəlb etməsin, gigiyenik və estetik nöqsanları olmasın.
Davamı →

Dəri, saçlar və dırnaqların gigiyenası

Dəri bədəni yalnız çöldən örtmür, müxtəlif funksiyalar daşıyır, başlıcası müdafiədir. Dəridə tər və piy vəziləri yerləşir. Tər vəziləri xaricə tər ifraz edir, piy yağlarını piy vəziləri hasil edir. Buna görə də dəridəki tüklər nəmliyini və elastikliyini saxlayır, dəri qurumur, qatlaşmır.

Dəri xəstəliklərinin qarşısını almaq, sağlam görəm saxlamaq üçün dəriyə düzgün qulluq etmək lazımdır. Dərinin açıq hissəsini her sutkada, örtülü hissəsini həftədə 1 deəfədən az olmamaq şərtilə sabunla, çox tərlədikdə və piy vəzləri daha aktiv olduqda daha tez-tez yumaq lazımdır. Səhərlər duş qəbulu vərdişi pis deyil, amma sabunsuz, sabun dərini müdafiə edən maddələri yuyur və qurudur.
Davamı →

Auranı necə təmizləmək və gücləndirmək olar?

Aura — bədənimizin ətrafında enerji sahəmizi əhatələyən qoruyucu qalxanımızdır.

Auranın təmizlənməsi nə üçün zəruridir? 
Gündəlik həyatda neçə-neçə insanla ünsiyyətdə oluruq və özümüzdən asılı olmayaraq, bütün neqativ enerjiləri auramıza toplayırıq. Gün ərzində insanların astral bədənləri bir-birinə qarışır və nə qədər çox insanla görüşsək, astral bədənimizə bir o qədər çox düşüncə forması və enerji bağlanır.

Viruslar və fiziki mikroblar kimi, nifrət, kin, paxıllıq, dilxorluq və qanqaralıq və s. neqativ düşüncə və duyğular auramızda toplanır, bütün enerjimizi azaldır, bu da səhətimizi pisləşdirir, insanları bizdən uzaqlaşdırır, qəzalar-bəlalar əmələ gətirir.
Davamı →

Ayaq qoxusunun qarşısını alan təbii vasitə

Səndəllərin içində ayaqlarınızın yumşaq və qüsursuz görünməsini istəyirsinizsə, üzünüzə etdiyiniz kimi, pilinq vasitəsilə ayaq dərisini də ölü hüceyrələrdən təmizləyə bilərsiniz. Pilinqin tərkibindəki nanə ayaqlardan həm tər qoxusunun qarşısını alacaq, həm də rahatladacaq.

Ərzaqlar:
Yarım stəkan dəniz duzu
4 xörək qaşığı zeytun, ya da kokos yağı
Bir neçə damcı nanə esansı
1 yemək qaşığı nanə çayı ya da nanə yarpağı

Hazırlanması:
Bütün bunları bir qabın içində yaxşı qarışdırın. Daha sonra əldə edilən məhlulu ayaqlarına çəkin. İstifadə etmədiyinizi isə soyuducuda saxlaya bilərsiniz.
Davamı →

Ağız qoxusu problemi

Ağız qoxusu sadəcə insanların sizdən uzaqlaşmasına səbəb olmur, həm də sizdə olan ciddi xəstəliklərdən xəbər verir. Tabloid.az xəbər verir ki, kiçik bir problem kimi görünsə də, əslində bu, insanın həm şəxsi həyatına, həm ictimai həyatına, həm də iş həyatına mənfi təsir edə biləcək qədər ciddi xəstəlikdir.

Ağız qoxusunun səbəbinin 90 faizi ağızdakı problemlərdən qaynaqlanır. Davamlı olaraq ağız baxımı edilmədiyi təqdirdə, qidaların artıqları dişlərin arasında, dilin və diş ətinin üzərində yığılmağa başlayır və bu da bir müddət sonra xoşagəlməz ağız qoxusuna səbəb ola bilir.

Ağızdakı çürümüş dişlər, köhnə diş plombları da pis ağız qoxusuna səbəb olan digər faktorlardandır.Ağız və dişlərə tam uyğunlaşmamış pis və keyfiyyətsiz protez ciddi ağız qoxularına səbəb olarlar.

Bəs insanın üzünü qızardan problemdən necə xilas olmaq olar?

Bunun üçün ilk öncə diş həkiminə müraciət edib, dişlərlə, plomblarla, protezlə bağlı problem varsa, onu aradan qaldırmaq lazımdır.

Ancaq səbəb bunlar deyilsə və ağız baxımınızı vaxtı-vaxtında edirsinizsə, deməli ortada başqa problemlər var.

Bronxit xəstəliyi ağız qoxusuna səbəb ola bilir.

Davamı →

Sağlamlığınız üçün vacib olan - şəxsi gigiyena

Gündəlik həyatda fərqinə varılmayan gigiyenik səhvlər sonradan insan sağlamlığında müxtəlif problemlərə yol açır. Bu baxımdan şəxsi gigiyena qaydalarında ev təmizliyi ilə yanaşı hər şey nəzərə alınmalıdır. Buna əməl olunarsa orqanizmə təsir edən bioloji, fiziki, kimyəvi təsirlər neytrallaşır, insan sağlamlığı qorunur.

Günümüzdə bu istiqamətdə vacib məslələrdən biri də şəxsi gigiyena üçün  istifadə olunanantibakterial  sabunlardır. Məlumata görə antibakterial sabunlar insanın hormonal tarazlığına təsir göstərir  və  zənn edildiyi qədər faydalı deyil. Bunu heyvanlar üzərində edilən testlər müəyyən edib. Testlərdə antibakterial sabunların tərkibində hormon tarazlığını pozan 'Triclosan' adlı kimyəvi maddənin aşkar edildiyi bildirilir. Bu maddənin evdəki təmizlik vasitələrində və diş pastasında olduğu deyilir.

Davamı →
Top