Amerika kosmetika şirkətinin təsisçisi Estee Lauder (1906-2004) vurğulayır ki, «gözəllik yanaşma tərzindən asıldır. Burada heç bir sirr yoxdur. Nə üçün bütün gəlinlər gözəl görünür? Çünki toy günü necə görünəcəklərini əvvəlcədən fikirləşirlər. Çirkin qadın yoxdur, yalnız özünə baxmayan və cazibədar olduğuna inanmayan qadın var!» nowadays
Müasir qadm çox məşğuldur. 0 təhsil alır, xarici dil öyrənir, karyera yaratmaq, bununla yanaşı, ailə qurmaq və ana olmaq kimi ənənəvi missiyalarını yerinə yetirmək istəyir. Bu iş bolluğu içərisində onun hər gün özünə vaxt ayıra bilməsi çətinləşir. Həqiqətən də asan iş deyil. Nəticədə də özünə vaxt ayırmağın mümkünsüz olduğunu düşünən qadmlar bu işdən vaz keçirlər. «Heç nəyə vaxtım çatmır» ifadəsi az qala müasir qadının devizinə çevrilib. Amma gününü düzgün planlaşdıran qadın görkəminə diqqət yetirmək istəsə, bunu bacaracaq.Mən tam əminliklə deyə bilərəm ki, qadınlar istədikləri zaman gözəl, cazibədar və eleqant görünə bilərlər.