Xanımlar bəziləri son vaxtlar dodaqlara silikonların necə qoyulduğu və onun hansı təsirlərinin olacağı barədə düşünürlər. Həcimli və gözəl dodaqlar hər bir dövrdə cazibədarlığın simvolu sayılıb. Elə buna görə də dodaqlarının həcmindən narazı olan xanımlar çox zaman silikonlara əl atırlar. Dodaqlara silikon yerləşdirmək iki əsas metodla aparılır. Bunlardan biri Lipofilinq-bədənin piyini dodağa qoymaq, ikincisi isə dodaqları gellə doldurmaqdır. Dodağın lipofilingi ümumi narkozla cərrah tərəfindən aparılır. Bu əməliyyatdan sonra hüceyrələr daha gec sağalır və uzun müddət dodaqlarda ağrı qalır. İkinci metod olan gel üsulu daha ağrısız və rahatdır. Dodaqların gellə doldurulması kosmetoloq tərəfindən aparılır və nəticə 48 saatdan sonra bəlli olur.
Əziz xanımlar və gözəl qızlar. Sizlinlə sınanılmış və xeyri görülmüş bir diet novü paylaşacam. Bu diet sayəsində üzümüz təravətli olacaq, özumüz isə artıq kalorilərlə vidalaşa biləcəyik və ən əsası sevdiyimiz yeməklərdən və «fastfood» lardan bizi heçnə ayırmayacaq. Necə deyərlər doyana kimi yemək artıq sərbəstdir.
Əgər harasa tələsirsinizsə, vacib görüşünüz varsa və xarici görüşünüzdən narazısınızsa onda dərinizi gözəlləşdirmək üçün ardıcıl olaraq pilinq, kompres, maska prosesindən keçməli olacaqsınız. Həmçinin sizlərə təqdim edəcəklərimiz sizin daha da gözəl görünməniz üçün bəzi məsləhətlərdir.
Pilinq -Ölmüş dəri hüceyrələrinin təmizlədiyi üçün dəriniz daha da hamar görünəcək. Hazır alınmış skrabınız yoxdursa, narahat olmağa dəyməz. Üzünüzü təmizləyin, sabunla yuyun ya da kosmetik südlə silin, sonra nəm pambığa yarım çay qaşığı soda əlavə edin. Pambığın köməyi ilə üzünüzün əsas T-zonasını təmizləyin. (alın, burun, çənə)
Saçlarım çox cansızdı və tökülür — Saçların cansız olmasının bir çox səbəbi ola bilər ancaq ən böyük səbəbi qeyri-kafi qan dövranın olmasıdır. Bu, eyni zamanda sizinn saçlarınızın tökülməsinə də gətirib çıxarır. Bunun problemdən qurtulmağın ən faydalı yolu qan dövranını artırmaq üçün gündə iki dəfə saç dərinizə barmaqlarınızla masaj edin. Əmin ola bilərsiniz ki, faydasını görəcəksiniz. Daramaq da fərqli bir masaj üsuludur.
Saçlarım çox matdır heç parlamır — Saçlarınız bir neçə ayda bir, əlavə qulluq etməlisiniz. Müxtəlif kosmetik saç maskalarından istifadə edə bilərsiniz. Saç tipinizə ən uyğun olanını seçsəniz daha yaxşı olar. Ancaq diqqət yetirməniz 1-2 şeylərdə varki məsələn maskanı saçlarınızı yuduqdan sonra etməyin. Çünki çox maska sürtmək saçları daha da matlaşdırır.
Xanımların çoxu qara nöqtələri qorxulu yuxu hesab edirlər. Bu növ nöqtələrdən qurtulmağın çoxlu yolları təklif olunur. Dərinizdə və üzünüzdə qara nöqtələr və sızanaqlar var və siz bunları dırnaqla sıxaraq bu problemdən xilas olmağı düşünürsünüzsə böyük bir səhv etdiyinizdən xəbəriniz yoxdur. Sizə asanca bu qara nöqtələrdən xilas olmağın müəyyən yollarını söyləyək köməklik etməyə çalışacam.
Sızanaq xüsusilə də yetkinlik dövründəki gənclərin qarşılaşdığı problemlərdən biridir. Dəri problemlərindən biri olan sızanaq, sanki gənclərin qorxulu yuxusu olub. Ən çox da yanaq, burun, alın və sinədə çıxır. Həkimlər qara nöqtələrin, sızanağın xəbərçisi olduğunu deyir.
Sizlərə təqdim edecəyim çivzələrə qarşı 5 ən sadə reseptlərdir. Hazırlanması qaydasına diqqət yetirin və çivzələrin getdikcə yoxa cıxdığının şahidi olacaqsınız. Gəlin elə birinci reseptən başlayaq.
1-ci resept - Lazım olanlar: 100 qram spirt, 6 eded aspirin. Hazırlanması: Aspirinler ezilir ve spirtle qarışdırıldıqdan sonra 3 gün saxlanılır.Bu qarışıq üz derisine her gün çekilir.
2-ci resept — Lazım olanlar: yarım fincan pomidor suyu, yarım fincan qliserin, yarım fincan spirt. Hazırlanması: Her üçü bir şüşe qaba doldurulub yaxşı çalxalandan sonra her gün üze çekilir.