Bədənin dərisini unutmaq cinayətdir. Ona tək bircə dəfə krem çəkməklə, son dərəcə zərif və hamar görünəcəyinə əmin ola bilərsiniz. Üstəlik, onu masaj da etsəniz, ikiqat müsbət nəticəyə nail olarsınız.
Çirkin bir qadına kişilərin necə heyranlıqla tamaşa etməsinin şahidi olmusunuzmu? Adi bir misal. Məşhur müğənni və aktrisa Barbara Streyzend Hollivudun ən çirkin qadınıdır. Buna baxmayaraq, o, həm də ən arzuolunan qadındır. Gündəlik həyatımızda da belə hallara az rast gəlmirik. Maraqlıdır, görəsən, bu qadınlar nə ilə diqqət mərkəzində qala bilirlər? Əvəzsiz şarm, hədsiz cazibə, qüsursuz zövq və parlaq stillə! Fransızlar hesab edirlər ki, hər bir qadın mütləq şarma və fərdi stilə malik olmalıdır. İndi bütün dünyada qadınlar öz imicləri üzərində gecə-gündüz çalışırlar. Əgər sizi də bu az-çox maraqlandırırsa, onda bəzi məsləhətlərlə tanış olun. Amma unutmayın ki, hər yaşın öz gözəlliyi var!
Daim gözəl və formada olmağı sevən qadınlar yəqin bilirlər ki, üzün quruluşunu əsaslı şəkildə dəyişən cizgi məhz qaşlardır. Sıx, enli və səliqəsiz qaş istənilən gözəl üzü çirkin göstərə bilər.
BUXAQ. Buxağı xüsusi gimnastika və arıqlamaq yolu ilə əritmək olar. Boş vaxtlarınızda və təbii ki, sizi heç kim görməyəndə ağzınızın qıraqlarını bacardığınız qədər aşağı istiqamətdə gərginləşdirməyə çalışın.