Qadınlarda ən çox təsadüf olunan qüsurlardan biri hipertrixozdur (ifrat tüklənmə). O anadangəlmə, hormon pozğunluğu üzündən (əsasən, cinsi və mədəüstu vəzilərin disfunksiyası-zamanı) və hətta sinir sistemi fəaliyyətinin pozğunluğundan əmələ gələ bilər.
Tüklənmə ancaq bir yerdə, ya da bütün bədəndə ola bilər. Ümumən tüklənmə zamanı tüklər sifətdə, sinədə (ən çox məmələrin ətrafında) qarnın ortasında və həmçinin əllərdə və ayaqlarda çıxır. Bir yerdə olduqda isə tüklər ancaq sifətdə çıxır, lakin bəzən, əsasən cavan qadınların kürəyində, budlarında, qollarında və topuqlarında da olur.
Adi civzələr piy vəzilərinin fəaliyyətinin ən çox təsadüf olunan təzahürüdür. Civzələr əsasən cavanlarda, bəzən yaşlılarda da müşahidə olunur..s
Qara civzələr, adətən, civzə səpkisindən sonra əmələ gəlir. Onların əmələ gəlməsinə səbəb piy vəzilərinin ağzını qopan epitel hissəciklərinin tutmasıdır ki, bu da ifrazatın çıxmasını çətinləşdirir. Dəri piyinin parçalanma məhsullarının yığılması və onun içində bakteriyaların çoxalması nəticəsində dəridə və onun daha dərin qatlarında irinli sızanaqlar əmələ gəlir. Bəzən çivzə səpkiləri 20—30 yaşlarında özündən sonra heç bir əlamət qoymadan keçib-gedir. Əksər hallarda psə, ələlxüsus sızanaqlar olduqda dəridə boz-sarı ləkələr və çapıqlar qalır.
Çillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur. Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən üzlərnni günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olan krem və kirşandan istifadə etməlidirlər. Bu kosmetik preparatların tərkibində sifəti günəş şüalarından qoruyan kimyəvi maddələr vardır. Belə kremi və kirşanı sizə həkim-dermatoloq məsləhət görə bilər. Xüsusi kirşana sizin dərinizə uyğun rəng vermək üçün ona adi kirşan qarışdırın.
Əgər çillər artıq əmələ gəlmişsə, onları xüsusi krem və məlhəmlərin köməyi ilə aradan qaldırmaq olar. Bu krem və məlhəmlər dərini qurudur və onun çıxmasına kömək edir. Lakin dərini çıxaran vasitələrdən həkim, ya da təcrübəli kosmetoloqla məsləhətləşmədən istifadə etmək olmaz, çünki belə vasitələr dərini bərk qıcıqlandırar, ya da onun iltihabına səbəb ola bilər. Dəri çıxaran vasitələrdən mədə və böyrəkləri xəstə olan qadınlar istifadə edə bilməzlər. Bundansa, onlar ağardıcı maddələrdən istifadə etsələr daha təhlükəsiz olar.
Kosmetikanın birinci şərti dərinin təmizliyidir. Insanın ən vacib orqanı kimi dəri orqanizmin bütün həyat fəaliyyətində iştirak edir, dərinin yaxşı saxlanılması nəinki gözəllik üçün, həmçinin sağlamlıq üçün də böyük əhəmiyyətə malikdir.