qədim Şərq tarixi kateqoriyası üzrə məqalələr

Qədim Mesopotamiya mədəniyyəti

Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir. Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Qafqazdan cənubda olan dağlardan başlayan Fərat və Dəclə çayları İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Cənubi Mesopotamiya qısa sürən qışda yağışlar yağır, hər yer keçilməz gil palçıq olur, yazda isə dağlarda qar əriyir, Dəclə və Fərat çayları daşıb sahilləri basır, daşqından sonra hər yer yaşıllığa qərq olur. Hələ Paleolit dövründə Mesopotamiyada ilk insanlara təsadüf edirik. Neolit dövründə isə insanların İkiçayarası ərazilərində məskunlaşması sürətlənir, daha mütərəqqi təsərrüfat növünə keçmək zərurətini yaradır. Köçəri həyat tərzindən oturaq həyat  tərzinə keçid əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açır.

Davamı →

Qədim Misirin mədəniyyəti

Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq” adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər, bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları qırır, bəndlər düzəldir, kanallar çəkir, əkinçiliklə məşğul olurdular. Misirlilərin başlıca məşğuliyyətləri əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə etmişdilər. Onlar torpaqları toxa və sadə xışlarla şumlayırdılar. Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə məşğul olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.

Davamı →

Qədim Hindistan tarixi

Təbiəti. Əhalisi. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Yarımadanın şimalında Himalay dağları ucalır. Hindistan yarımadası, əsasən, yaylalardan ibarətdir. Yayla ilə Himalay dağları arasında düzənlik yerləşir. Düzənliyin qərb hissəsində Hind, şərq hissəsində Qanq çayları axır. Hindistan ərazisi mis və dəmir yataqları ilə zəngindir.
İnsanlar Hindistanda ən qədim zamanlardan məskən salmışlar. Burada e.ə. III minilliyə aid şəhərlərin (Mohenco-Daro və Harappa) xarabalıqları aşkar olunmuşdur. Onların hansı səbəbdən süqut etdiyi hələlik məlum deyil. E.ə. II minillikdə köçəri ari tayfaları Hindistana hərəkət etmiş və yerli əhali ilə qaynayıb-qarışmışlar.
Davamı →

Qədim Çin tarixi

Təbiəti və əhalisi. Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və Yantszı çayları axır. Xuanxe vadisinin torpaqları çox məhsuldar olduğundan burada insanlar sıx məskunlaşmışdılar. Xuanxe çayında güclü daşqınlar olurdu. Bu zaman çoxlu şəhər və kəndlər dağılır, böyük insan tələfatı baş verirdi. Ona görə də çinlilər Xuanxe çayını «Çinin bəlası», «min fəlakət çayı», «gəzən çay» adlandırırdılar.
Xuanxe çayının aşağı axarında əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Sənətkarlar ipək parçalar toxuyur, dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. Elə ilk Çin dövlətini də e.ə. II minillikdə burada yaşayan şan qəbilələri yaratmışdılar.
Davamı →

İskit dövlətləri

Kimmer, İskit, sak tayfaları. Qara dənizin şimalında və Krım yarımadasında türk mənşəli kimmer, iskit və sak tayfaları yaşayırdılar. E.ə. VII əsrin əvvəllərində bu tayfalar yaşadıqları ərazilərdən köç etməyə başladılar. Onlar Cənubi Qafqazda və Ön Asiyanın müxtəlif yerlərində məskunlaşdılar. E.ə. VII əsrin ortalarında Van gölü ilə Urmiya gölü arasındakı ərazilərdə Kimmer-lskit-Sak padşahlığı yarandı. Bu dövlətin ən qüdrətli hökmdarı Tuqdamme olmuşdur.
Kimmer, iskit və sakların bir qismi qədim Azərbaycan torpaqlarında məskunlaşmış, burada yaranmış Manna dövləti ilə ittifaq yaratmışdılar. Onların gəlişi Aşşur dövlətinin bu bölgədəki nüfuzuna böyük zərbə vurdu. Manna Aşşur ilə ittifaqı pozdu.
Davamı →

Parfiya dövləti

Dövlətin yaranması. Parfiya dövlətinin əsasını parn qəbilələri qoymuşdur. Bu qəbilələr ilk vaxtlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı çöllərdə köçəri həyat sürürdülər. Onlar, əsasən, maldarlıqla məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar.
Makedoniyalı İsgəndərin vəfatından sonra sərkərdələri onun yaratdığı imperiyanı öz aralarında bölüşdürdülər. Selevk adlı sərkərdə Suriya və Babili ələ keçirdi.
Davamı →

Qədim Finikiya

Finikiyalılar Aralıq dənizinin şərq sahilində məskunlaşmışdılar. Ölkənin təsərrüfatında bağçılıq geniş yer tuturdu. Kəndlilər, əsasən, üzüm, xurma və zeytun becərirdilər. Onlar üzümdən çəkdikləri şərabı və zeytun yağını qonşu ölkələrdə taxıla dəyişirdilər.
Sahilboyu dağlar sidr və palıd meşələri ilə örtülmüşdü. Qiymətli tikinti materialı olan sidr ağacı Misirə və başqa ölkələrə göndərilirdi. Sidr ağacı müqəddəs hesab edilirdi.
Şəffaf şüşə Finikiyada icad olunmuşdu.
Davamı →

Qədim Şumerlər

Mesopotamiyanın təbiəti və əhalisi.Qədimdə Dəclə və Fərat çayları arasındakı düzənlik Mesopotamiya adlanırdı. Mesopotamiya yunan dilində «İkiçayarası» deməkdir. Bu ərazi münbit və məhsuldar torpaqlara malik idi. Türkdilli xalq olan şumerlər e.ə. VII—VI minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gələrək burada məskən salmışdılar.
Davamı →

Əhəmənilər

İran yaylasının qədim əhalisi. Qədimdə İran yaylasında yaşayan əhalinin tərkibi müxtəlif olmuşdur. Bu yerlərin ən qədim sakinləri elamlar idilər. Çox sonralar bu əraziyə ari tayfaları gəlmişlər. Əvvəllər arilər Şərqi Avropa çöllərində yaşamış və maldarlıqla məşğul olmuşdular. Е.ə. II minilliyin axırlarında ari tayfalarının bir hissəsi Xəzər dənizinin qərb sahilləri ilə Qafqazdan, digər hissəsi Mərkəzi Asiyadan keçib indiki İran ərazisində məskunlaşmışlar. Gəlmə arilər tədricən yerli əhali ilə qarışmışdır və yerli əhali onların dilini qəbul etmişdir. Е.ə. VIII əsrin 2-ci yarısından başlayaraq Qərbi İranda irandilli tayfalar üstünlük təşkil etmişdir.
Davamı →

Qədim Midiya

Dövlətin yaranması. Midiya əvvəllər müasir İranın mərkəzində yerləşən xırda vilayətlərdən ibarət ərazi idi. Vilayətləri canişinlər idarə edirdilər. E.ə. VIII əs — rin sonunda Midiyada Deyok adlı canişin dövlət yaratmağa təşəbbüs göstərdi. O, Ekbatan (Həmədan) şəhərini saldırdı və oranı Midiya dövətinin paytaxtı elan etdi.
 
Aşşur hökmdarları Midiyaya tez-tez hücum edir, onun vilayətlərini talayır, hətta əhalini xərac verməyə məcbur edirdilər. Əhali aşşurlara qarşı müqavimət göstərirdi. Midiyalıların aşşurra qarşı mübarizəsinə Kaştariti başçılıq edirdi. E.ə. 672-ci ildə Midiya tayfaları Aşşur dövlətinin əsarətindən xilas oldular. Onlar xırda vilayətləri bir mərkəzdə birləşdirib vahid dövlət yaratdılar.
Davamı →
Top