Gözəllik – insan övladının lap qədimnən uzun bir inkişaf yolu keçərək yaratdığı hər şeydə, gördüyü hər mənzərədə axtardığı bir meyardır. Gözəllik insanın ruhunun qidasıdır da demək istərdim.
Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin digər Sovet respublikalarında baş verən hadisələr haqqında xeyli sənədli filmlərə baxdım, çoxlu yazılar və müsahibələr oxudum, müzakirələrə qulaq asdım. İntellektual pafos kimi çıxmasın, ümumiyyətlə, hadisələrin fəlsəfəsini tutmaq istəyirdim.
Kim deyir, kişilər doğmur? Kişilər də doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Bir az cəsarətindən, ən çox sevgisindən, bir xeyli də verdiyi güvəndən dünyaya gəlirlər. Necə, analar sancını, ağrını, əzabı, gələcək bütün fəlakətləri bilə-bilə uşaq dünyaya gətirirlər, eləcə də həmin kişilər bu riski gözə alır.
Ziqmund Freyd həyatının böyük bir hissəsini yuxunun psixologiyasını araşdırmağa ayırıb. Froyd tədqiqatlara öz yuxularından başlayıb. Psixoanalizin inkişafına Froydun atasının ölümü çox böyük təsir göstərib. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan ruhunun bütün problemləri uşaqlıqda yaşadığı faciələrlə əlaqəlidir. “Edip kompleksi”nin də kəşfi həmin ilə təsadüf edir. Psixoanaliz təlimini inkişaf etdirən Froyd müxtəlif vaxtlarda tezislərinə düzəlişlər edərək təkmilləşdirir.
Bir qadının ən böyük haqqı ana olmaq istəməsidi. İstəməməsi də haqqıdı. Təkrar edirəm, bir qadın ana olmaq istəmirsə, bu, onun haqqıdı. Ancaq istəyirsə, mental olmazlarla buna əngəl yaratmaq, mütləq “ərə getməlisən” şərti qoymaq vəhşilikdi. Biz kimik başqa birinə yaşam şərtləri qoyaq. Təsəvvür edirsiz, biz kiminsə necə yaşamalı olduğuna qərar veririk. İnsana deyirik ki, ərə getmədən ana ola bilməzsən. O da ailə qura bilməyəndə düşür problemin içinə. Heç nədən olur bədbəxt. Halbuki dünyada həyatı gözəlləşdirən min bir mətləb var. Adamları əzab içinə salmağa nə haqqımız var? Kimik biz?
Rafiq Tağı ilə çox söhbətlərim olurdu. Bu söhbətlərdə adəta, o susar, mən danışardım. Amma çalışardım ki, onunçün maraqlı olsun. Bir qayda olaraq İNSANlar diqqətini çəkirdi. Sosial vəziyyətləri, sevgiləri, kaprizləri, sağlamlığa və kitaba münasibətləri… 