Biz fanilərin vəziyyəti necə də qəribədir! Hər birimiz dünyada müvəqqəti olaraq mövcuduq; niyə burada olduğumuzu bilmədən və bəzən bu məqsədin nə olduğunu bildiyimizi zənn edərək. Ancaq çox dərinə getmədən, gündəlik həyatdan çıxış edərək digər insanlar üçün mövcud olduğumuzu deyə bilərik; ilk növbədə, xoşbəxt ola bilmək üçün üzlərinin gülməsini və rifahının yaxşı olmasını arzuladığımız yaxınlarımız üçün, sonra isə şəxsən tanımadığımıza baxmayaraq, emosional əlaqələrlə ortaq taleyi bölüşdüyümüz digərləri üçün.
“Görürsünüzmü, həyat nə biz düşünən qədər yaxşı, nə də pisdir...” Bu cümlə fransalı yazıçı Gi de Mopassanın ilk romanı olan “Həyat”(‘Une Vie’) əsərində yazılıb. Roman həmin cümlə ilə sonlanır.
Bugünlərdə, xalaoğlu ilə Nizami küçəsində gəzişdikdən sonra, elə oradaca özümüzü bir kənara verib, kitab oxumağa girişdik. Elə həmin an bir polis nəfəri təbəssümlə xalaoğluya tərəf yaxınlaşıb, xoş dillə “baxım, nə kitabıdır” — dedi və xalaoğlu da onun mülayim həvəsinə adekvat olaraq kitabı qeyri-ixtiyari uzatdı. Polisimizin kitaba belə maraq göstərməsi təəccübümə səbəb oldu və sadəlövhcəsinə bu hala sevinərək, “siz də kitabsevərsiniz?” deyə soruşdum.
Mövlananın 60 min beytlik və bir neçə nəsr əsərindəki mirasını oxuyarkən, bir məqam diqqəti çəkir: Bu adam yalnız bir yerdə, bir misrada gileynəlir, o da ayrılıq dərdindən. Özü də dəfələrlə deyib, dünyada bir günah var, o da kədərdir.
Bir ildən çoxdur ki psixologiyanın qadın-kişi münasibətləri sahəsini mənimsəyirəm. «Facebook»da da bacardıqca tez-tez bu münasibətlərdən yazıram. Bildiyim informasiyaları insanlarla bölüşməyi özümə borc bilirəm. Hər zaman aktual olan bu münasibətlər barədə maariflənmək ölkəmizdəki insanlara bu gün hava və su kimi vacibdir. Niyə?
İnsan çox mürəkkəb varlıqdır. Beynimizdə kainat boyda fikirlər, təlatümlər, ziddiyyətlər var. Bu gün dünyanın 40-dan çox ocağında fəal və qeyri-fəal şəkildə müharibə gedir. Bütün bunlar həm də insanın özünün öz daxilində sülh yaratmaması ilə bağlıdır. Daxili sülh bərqərar olmasa, bu kimi hallar təbii şəkildə çox olacaq.
«Facebook» da tez-tez qadın-kişi münasibətlərindən yazıram. Bu sahə üzrə araşdırmalar aparır, çoxlu insanla və cütlüklərlə görüşür, onların aralarında yaranan böhranları təhlil edirəm. Həmçinin, o insanlara böhrandan çıxmaqda əlimdən gəldiyi qədər yardımçı oluram. Çalışıram xoşuma gələn bu sahə üzrə özümü daha da inkişaf etdirim. Məqsədim insanlara faydalı olmaqdır. İnsan mürəkkəb varlıqdır. Bizim cəmiyyətimizdəki insanlar isə ağır sosial-iqtisadi məngənəsində daha çox mürəkkəb varlığa çeviriliblər. İnsanlar bir-biri ilə normal dil tapıb, dolana bilmirlər. Təəccüblü deyil ki, son statistikaya görə, ölkəmizdə bir ayda 1000 boşanma halı qeydə alınır.