Atmosfer kateqoriyası üzrə məqalələr

Atmosferin quruluşu

Yer kürəsini əhatə edən qaz örtüyü, yəni atmosfer günəşdən gələn şüaları tənzimləşdirir. Əgər atmosfer olmasaydı, yer üzərində gündüz 100º isti və gecələr isə 200° şaxta olardı.
Alimlərin hesablamalarına görə atmosferin qalınlığı orta hesabla 1000-2000 km-ə qədərdir. Atmosferin yuxarı hissələrinə qalxdıqca hava seyrəkləşir, tərkibi dəyişir, temperatur get-gedə azalır, ağır qazların miqdarı dəyişir, əvəzinə isə tə¬sirsiz qazlar çox təsadqüf olunur. Su buxarı və toz yalnız atmosferin yerə yaxın hissəsində mövcuddur.
Atmosferdə gedən fiziki hadisələrə görə atmosfer müxtəlif qatlardan ibarət quruluşa malikdir. Yüksəkliklə temperaturun gedişi əsasında qəbul edilmiş atmos¬ferin quruluş sxeminə görə, atmosfer aşağıdakı beş şəbəkəyə bölünür.
Troposfer, stratosfer, mezosfer, termosfer və ekzosfer. Bu təbəqələrin sər¬həd¬ləri həmişə kəskin olaraq ayrılmır. Bu təbəqələrin qalınlıqları isə ilin vaxtından və en dairələrindən asılı olaraq kəskin surətdə dəyişilir.
Davamı →

Atmosfer təzyiqi və onun ölçülməsi

Yeri əhatə edən qaz təbəqəsinin öz ağırlığı olduğuna görə, yerin hər hansı bir nöqtəsinə təzyiq göstərir. Hava öz-özlüyündə çox (sudan 770 dəfə) yüngüldür. Bir kub metr havanın 1,3 kq ağırlığı vardır. Bir litr hava isə 1,3 qr-dır.  Bu rəqəmləri biz, havanın dəniz səthi səviyyəsində, yəni normal təzyiq 760 mm və 0°-li tempe¬raturda çəkdiyimiz zaman ala bilərik. Eyni şəraitdə quru havanın sıxlığı 1293 q/m3-ə bərabərdir. Havanın sıxlığı çəki üsulu ilə işarə olunur. Hava kütləsinin onun tutduğu həcminə olan nisbətinə onun sıxlığı deyilir. Bitkilərin inkişafıns və heyvan orqanizminə atmosfer təzyiqi bilavasitə təsir etmir, lakin hava təzyiqi, hava kütlə¬ləri təzyiq çox olan yerdən onun az olduğu yerə hərəkət etməsilə əlaqədardır.
Təzyiq yer kürəsində sahənin dəniz səviyyəsindən hündürlüyü, temperatur şəraiti, rütubətlik və başqa amillərdən asılı olduğu üçün müxtəlif istiqamətdə də¬yişir.
Davamı →

Atmosferin tərkibi

Yer kürəsinin qaz təbəqəsinə atmosfer deyilir, atmosfer yunan sözü olub, “atmos”, buxar, hava, “sfer” şar deməkdir. Digər sözlə, yer kürəsinin qaz təbəqəsi deməkdir. Atmosfer bir-birinə kimyəvi təsiri olmayan, qazların mexaniki qarışığından ibarətdir. Atmosferin yerə yaxın hissəsindəki quru havanın  tərkibi aşağıdakı qaz­lardan ibarətdir: həcminə görə azot 78,09 %, arqon – 0,94 %, karbon qazı – 0,03 % və çox cüzi miqdarda, neon, kripton, ksenon, helium, ammonyak qazları daxildir.

Aparılan tədqiqatlardan belə məlum olmuşdur ki, atmosferin 18,5 km hün­dür­lükdəki havanın tərkibində — 78,13 % azot, 20,95 %, oksigen, 0,92 % arqon qazı müəyyən edilmişdir ki, bu da havanın yerə yaxın hissəsinə uyğun gəlir.

Davamı →

Atmosferin tərkibi və quruluşu,temperatur

Yer kürəsini əhatə edən qaz təbəqəsinə atmosfer (yunanca “ atmos”-buxar, “sphaira”-təbəqə) deyilir.  Atmosfer hadisələrinini meteorologiya elmi öyrənir.Atmosferin qaz tərkibi:  78%-azot,  21%-oksigen, 1%-təsirsiz qazlar, karbon qazı.
Atmosferdə eyni zamanda buxar halında su və aerozol hissəciklər(his, toz, duz və s.) var. Aerozollar yağıntıların formalaşmasında əsas rol oynayaraq  kondensasiya nüvəsini təşkil edirlər. Atmosferin qalınlığı 3000 km-dən artıqdır.   Atmosfer müxtəlif xüsusiyyətləri ilə fərqlənən təbəqələrdən ibarətdir.
Davamı →

Rütubət və yağıntı

Suyun maye halından qaz halına keçməsinə buxarlanma deyilir.
Buxarlanmanın intensivliyi  səth örtüyündən, havanın temperaturundan və küləyin sürətindən asılıdır.
Tropik enliklərin okean səthində buxarlanma maksimal (2000mm), tropik səhralarda və qütbətrafı sahələrdə isə minimaldır (0-100mm). Müəyyən temperaturda maksimal buxarlana bilən rütubət miqdarına  mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Buxarlanma və mümkün buxarlanma arasındakı fərq quraqlıq dərəcəsi adlanır. Maksimal quraqlıq dərəcəsi tropik səhralarda müşahidə olunur.
İqlim xəritələrində buxarlanma qabiliyyəti eyni olan əraziləri birləşdirən  xətlər izoqaminlər adlanır.
Davamı →

Atmosfer təzyiqi,külək,hava kütlələri

Havanın yer səthinə və cisimlərə etdiyi təsirə atmosfer təzyiqi deyilir.Atmosfer təzyiqi barometr və ya barometr-aneroid cihazı ilə ölçülür. Normal atmosfer təzyiqi 760 mm c. st-dur.  İqlim xəritələrində eyni təzyiqli nöqtələri birləşdirən xətlər izobar adlanır. Havanın temperaturu kimi atmosfer təzyiqi də iki istiqamətdə dəyişir:  
*    Şaquli istiqamətdə — yer səthindən yuxarı doğru qalxdıqca cazibə qüvvəsinin azalmasına görə təzyiqin azalması (barik pillə);   
*    Üfüqi istiqamətdə -Yerin qeyri-bərabər işıqlanması(termik) və öz oxu ətrafında fırlanmasına görə ( dinamik) təzyiq qurşaqları formalaşır.
Davamı →

İqlim tipləri

Troposferin aşağı qatlarının anlıq fiziki vəziyyəti hava adlanır.
Müəyyən ərazidə xarakterik  olan hava  tiplərinin təkrarlanan çoxillik rejimi isə iqlim adlanır.
İqlim əmələgətirən əsas amillər aşağıdakılardır:
* Coğrafi enlik(günəş radiasiyası);
* Atmosferin ümumi sirkulyasiyası (hava dövranı, okean cərəyanları və s.)
* Səth örtüyü ( su, quru ,dağ, düzənlik və s)
Davamı →

Atmosferdə temperatur

Havanın temperaturu termometr adlı cihazla ölçülür. Termometri metereoloji stansiyada 2 m hündürlükdə quraşdırılan qutuya qoyurlar. Orta sutkalıq temperaturu bilmək üçün hər 3 saatdan bir (sutkada 8 dəfə) temperaturu ölçürlər. Sonra temperaturları toplayaraq ölçmələrin sayına (8-a) bölürlər. Əgər gün ərzində həm müsbət həm də mənfi temperaturlar olarsa, müsbət və mənfi temperaturlar ayrılıqda toplanır, böyük rəqəmdən kiçik rəqəm çıxılır və ölçmələrin sayına bölünür. Bu zaman nisbətdə bölünənin işarəsi saxlanılır. Orta sutkalıq temperaturları toplayıb, aydakı günlərin sayına bölməklə orta aylıq temperaturu, orta aylıq temperaturları toplayıb ilin 12 ayına bölməklə orta illik temperaturu tapmaq olar.

Davamı →

Buludlar və yağıntı

Atmosferdə su buxarının kondensasiyası və sublimasiyası məhsullarının toplanmasına bulud deyilir. Formasına görə buludlar 3 cür olur:
1. Laylı buludlar — 2 km hündürlükdə yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir.
2. Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 8-10 km hündürlükdə yaranır.
3. Lələkvari buludlar — daha hündürdə (10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır.

Davamı →

Külək

Havanın yüksək atmosfer təzyiqi sahəsindən alçaq atmosfer təzyiqi sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsinə külək deyilir Külək Yerdə təzyiqin qeyri-bərabər paylanması nəticəsində yaranır. Təzyiq fərqi nə qədər çox olsa, küləyin gücü və sürəti bir o qədər böyük olar. Külək – istiqaməti, sürəti və gücü ilə xarakterizə olunur. Küləyin sürəti anemometr ilə, küləyin istiqaməti və gücü isə flügerlə ölçülür.
Küləyin istiqaməti dedikdə, onun üfüqün hansı istiqamətindən əsdiyi nəzərdə tutulur. Küləyin istiqamətini üfüqün əsas və aralıq cəhətləri və ya azimutla təyin edirlər.

Davamı →
Top