Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir (360°: 24 = 15°). Nəticədə hər biri 15°-dən ibarət olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırıncı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.
Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə, Günəş enerjisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, bioloji və s.) mənbəyi Günəş enerjisidir. Günəşdən Yer atmosferinə qədər gəlib çatan Günəş şüalarının bir hissəsi (34%-i) əks olunaraq kosmosa qayıdır, qalanları isə atmosferə daxil olur. Onların bir hissəsi (təqribən 19%) udulur və səpələnir, qalan hissəsi Yer səthinə çatır. Səthə düşən enerjinin müəyyən qədəri onun qızmasına və buxarlanmaya sərf olunur. Günəşin şüalandırdığı enerji Günәş radiasiyası adlanır (lat.“radiatio” – şüalanma, işıq).
Yer kürəsində Günəş istiliyi və işığının miqdarı Günəş şüalarının düşmə bucağından asılıdır. Günəş şüalarının düşmə bucağına isə aşağıdakı amillər təsir edir:
Yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü meteoroloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsiri ilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar.
İşıq: göy qurşağının əmələ gəlməsi üçün lazımi ilkin şərt işıqdır. Ona görə, əvvəlcə, Günəşdən gələn şüalar rəng əmələ gətirmək üçün müəyyən dalğa uzunluğunda olmalıdırlar. Günəşin yaydığı bütün şüaların içindən ancaq “görünən işıq” adlandırılan bu işığın yer üzünə gəlmə ehtimalı 1025-də 1-dir. Bu inanılmaz ehtimal reallaşır və göy qurşağının rənglərinin əmələ gəlməsi üçün lazımi şüalar Günəşdən Yerə çatır.