Moda dünyası kateqoriyası üzrə məqalələr

Qışın xəz dünyası

Baxmayaraq ki, şaxtalı qış günləri hələ gəlməyib, qış geyimlərini almağa tələsirik. Bu ilin qış dəbi qadınlar üçün maraqlı sürprizlər hazırlayıb. Qarlı-şaxtalı günlərdə lazım olan Braschi, Tods, Cédric Charlier, 3.1 Phillip Lim, Simonetta Ravizza, Alexander Wang, Fendi, Stella, McCartney, Jil Sander, Joseph, Valentino, Marc Jacobs, See by Chloé, Givenchy kimi markaların ən dəbli xəz geyimləri burda.

Bu geyimləri mağazalardan, yaxud internetden sifariş verə bilərsiniz. Bu il təbii heyvan xəzlərindən əlavə, rəngli və boyanmış xəzlər çox dəbdədir. Bu xəzlərlə saray şahzadələrinin gözəlləyini kölgədə qoyacaqsınız. 

Davamı →

Kreativ papaqlar

Bakıda qış mövsümündə papaqsız keçinmək mümkün deyil. 

Oktyabr ayı günəşli keçsə də, noyabr ayının soyuğu canımıza üşütmə salır. Soyuqda xəstələnmək istmirsinizsə, papaqlarınızı indidən hazır edin. Bu il qəribə formada və kreativ papaqlar taxmaq çox dəbdədir.

Papaq taxanda saç korlanır. Bu əziyyətdən xilas olmaq üçün parik papaqlar taxmağı təklif edirik. Yaradıcı insanların diqqətini bu papaqlar daha çox çəkir.

Davamı →

Burberry Prorsum 2014 Resort kolleksiyası

Burberry Prorsum, Londonda 2014 Resort kolleksiyasını nümayiş etdirib. Burberry Prorsum, klassik cizgisini unutmadan ancaq daha yaxşı inkişaf etdirərək yeni kolleksiya hazırlayıb. Klassik incə və qısa pencəkləri hər zamankı kimi çox bacarıqla hazırlanıb. Trasnparan detallara sahib qələm ətəklərin ön plana çıxdığı kolleksiyada metalik rənglər, pastel tonlu jaketlər və rəngli çantalar diqqət çəkir.

Yeni kolleksiya təkcə qadınları deyil, kişilərin də ürəyincə oalcaq. Kişilər, Burberry resort 2014 kolleksiyasından bəhrələnən qadınları görəndə heyranlıqlarını saxlaya bilməyəcək. Eyni zamanda ziyafət libasları mükəmməl kürək dekoltesinə və düz kəsimlərə sahibdir. 

Davamı →

Cazibədar qadın ayaqları üzərində incəsənət

24 oktyabrda ABŞ-ın Vilminqton Şatatının univermaqlarından birində ilk dəfə olaraq nazik qadın corabları satışa çıxır. Bu corabların satışı rekord qırır, bütün qadınlar nazik corabdan ötrü növbəyə düzülməli olur.

Bu gün isə onlar qadın qarderobunun ayrılmaz hissəsinə çevrilib. Dizaynerlərin maraqlı ideayaları bununla bitmir. Orijinallıq etmək istəyən dizaynerlər corablar üzərində maraqlı şəkillər təsvir ediblər.

Qadın ayaqlarına baxanda onların döymə, yaxud şəkil olduğunu müəyyən etmək çətindir. 

Davamı →

Payız-Qış mövşümünün dırnaq boyaları

Bu mövsüm dırnaqlar tünd rənglərə bürünəcək. Tanınmış markalar bir-birinin ardınca payız üçün hazırladığı kosmetika kolleksiyalarını təqdim edir.

Dırnaq boyalarının yeni kolleksiyaları çıxan kimi qadınlar öz seçimi edib. Belə ki, qadınlar tünd bənövşəyi, xardal, zoğalı və tünd mavi rənglərə daha çox üstünlük verib.

Tünd rənglər çox dəbdə olsa da, qısa dırnaqlara çox da yaraşmaya bilər. Tünd tonlar barmaq ucunu bir az keçən dırnaqlarda daha zərif görünür. 
 

Davamı →

Ayaqqabıda Payız-Qış dəbi


Ayaqqabı markaları payız kolleksiyalarında kişi stilinə də yer veriblər. Kişi stilini xatırladan çəkmələr bu payız və qış mövsümündə çox dəbdədir. 

Bu payız ayaqqabıların rahatlığı da çox vacibdir.  Havaların tez-tez dəyişməsi kişi stilini xatırladan çəkmələrdən almağa vadar edir. Onlar həm günəşli, həm də yağışlı havada geyinmək üçün çox idealdır.

Davamı →

Bu ilin ən dəbli paltoları

Payız və qış mövsümündə sözsüz ki, paltolar ən lazımlı geyimdir. 

Bu mövsüm dizaynerlərin çoxu açıq rənglərə müraciət ediblər. Klassik rənglərdən açıq rənglərə keçid ediblər. Tünd yaşıl, tünd qırmızı və qara rənglər, açıq çəhrayı, ağ və açıq mavi rənglərlə əvəz olunub.

Aşağıda Simone Rocha, Rochas, Phillip Lim, Zara, Missoni, Stella McCartney, Antonio Berardi, Marc Jacobs, Miu Miu, Valentino, Stella McCartney, Bouchra Jarrar, Jil Sander, DKNY, Rag & Bone, Burberry Prorsum, Giambattista Valli, Cedric Charlier, Gucci kimi markaların payız-qış kolleksiyaları arasından ən dəbli və bahalı paltoları seçilib. Baxıb bəyəndiyinizi seçmək isə sizə qalır. 

Davamı →

Mangonun qış siması | Miranda Kerr

Miranda Kerr Mangonun yeni qış kolleksiyasının siması olub.
Davamı →

«Tommy Hilfiger»in kişilər üçün payız kolleksiyası

Bütün dünyada gənclərin ən sevimli gündəlik geyim brendlərindən biri olan «Tommy Hilfiger» kişilər üçün yeni payız kolleksiyasını təqdim edir. Kolleksiyaya daxil olan geyimlərdə brendin ənənəvi rənglərinə üstünlük verilsə də, bu ilin trendlərinə uyğun biçimlərdən istifadə edilmişdir.
Davamı →
Top