1)1924-cü ilddə «Philip Morris» kompaniyası bütün dünyaya yenilik elan elədi.İstehsala nazik qadın X-ləri buraxılmışdı. Reklamda «May kimi yumşaq»deyildiyindən X qadınları özünə gözlənildiyindən də çox cəlb etmişdi.Zino isə X-i yuxuya getmiş gözələ bənzədirdi.X-in nə olduğunu tapın.
2)Enşteyn onu Əlahəzrət Uşaq adlandırırdı.Öz qəhrəmanı haqqında belə deyirdi: «O, həm avara, həm centlmen, həm şair, həm də macəra axtarandır. Arzulayır ki, ona inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın əlindən konfetini ala bilər»Onu tanımaq üçün sizə bu üç söz sizə kifəyət edər.Şlyapa, iri çəkmə və əl ağacı...onun kim olduğunu tapın.
3)Yəhudilərin nə qədər ağııllı olduğunu göstərən bir əhvalata qulaq asın:Amerika İsrailə həm iqtisadi həm də siyasi məqsədlə kömək etmək üçün onlara 2 general verə biləcəklərini bildirdilər.Yəhudilər çox düşündülər və amerikalılardan bu iki generalı almaq qərarına gəldilər.Kömək üçün deyək ki, bu generallardan birinin xidmətində duranların sayı 250 minə yaxındır, digərinin adını çəkiləndə isə Tomas Edisonu yada salmamaq mümkün deyil.Söhbətin hansı generallardan getdiyini tapın.
1)Roma legionerlərinin məvacibini çox vaxt pulla deyil, onun vasitəsilə ödəyirdilər.Maraqlıdır ki, ingiliscə məvacib sözü də bu sözdən törəyib.Dəvə ilə bağlıbir Azərbaycan məsəlində onun adı çəkilir.Söhbət nədən gedir?
2)Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir:
— Bunun harası pisdir.İsgəndərin cavabını tamamlayın.
3)Qədim Şərqdə geniş yayılımış əhvalata qulaq asın:
Hansısa padşah qərb və çin rəssamılarını toplayıb böyük ənam vəd edərək möhtəşəm rəsm yarışması düzəldir. Arasına süni divar qoyulmuş iki otaqda işləyən rəssamların qərbdən olanları fırçalarını ürəklərinin qanına batıraraq qeyri-adi tablo yaradırlar. Çinlilər isə, indi bahalı qərb mallarının ucuz kopisi ilə dünya ticarətində lotuluq etdikləri kimi, sadəcə bir X hazırlayırlar. Aradakı divar götürülüncə hamı heyrətlənir! İnsanlar qərblilərin hazırladığı orijinal əsərdən daha çox çinlilərin hazırladığı X-ə baxırlar.Diqqət sual:çinlilər nə hazırlamışdı?
4)23 oktyabr 1963-cü ildə Dünya yığması ilə bu yığma arasında keçirilən futbol matçı tarixə “əsrin matçı” kimi düşüb.Dünya yığmasının rəqibini tapın.
5)Forbs jurnalının Halloven bayramı ərəfəsində tərtib etdiyi siyahıda birinci yerdə Maykl Ceksonu görmək olar.Həmçinin bu siyahıda Elvis Presli, Con Tolkien, Doktor Syuz, Albert Eynşteyn, Con Lenon kimi şəxslərin də adına rast gəlmək olar.Bu siyahının nəyə əsasən tərtib olunduğunu tapın.
Sualların müəllifi: Hikmət Əliyev