Hamiləlik zamanı qadın müxtəlif ağrılarla — baş ağrısı, diş ağrısı, əzələ ağrısı və s. üzləşə bilər.
Bütün qadınlar bilir ki, bir çox dərman preparatları hamiləlik zamanı qəbul etmək olmaz. Bu qayda əksər ağrısızlaşıran dərman preparatlarına da aiddir.
İlk növbədə ağrı ilə mübarizədə təbii vasitələrdən istifadə etmək lazımdır. Belə ki, diş ağrısı zamanı ağrıyan dişin üzərinə və ya xarab dişin oyuğuna qoyulan mixək, 1 tikə sarımsaq, 1 tikə propolis, diş pastası kömək edə bilər. Bundan əlavə hər 2 saatdan bir duzlu su ilə qarqara iltihabı və ağrını xeyli azaldır (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).
Baş ağrıların səbəbi gərginlik olduqda, qadın bir qədər uzanmalı və rahatlanmalıdır. Bir çox hallarda baş ağrıların səbəbi damarların sıxılması (spazm) olur. Bu halda no-şpa kimi preparatın qəbulu yaxşı kömək edir. No-şpa tam ziyansız və hamiləlik zamanı geniş istifadə olunan spazmolitik preparatdır.
Hamiləlik zamanı qadının bütün orqanizmi müxtəlif dəyişikliklərə uğrayır. Dəri də burada istisna deyil.
Hamiləliyin, demək olar, ilkin müddətlərində qadının dərisində piqmentasiya artır. Bunun da nəticəsində qadının üzündə və boyun hissəsində müxtəlif ölçülü və formalı piqment ləkələri əmələ gəlir. Əsasən belə ləkələr qadının alnında, burnunda, dodağın altında olur. Həkimlərin müşahidələrinə əsasən, belə piqment ləkələri hamilə qadınların 90%-ndə əmələ gəlir.
Qarabuğdayı qadınlarda belə piqmentasiya daha tez-tez hallarda olur. Bu ləkələrdən qorxmaq, utanmaq və xüsusilə də onlarla mübarizə aparmaq lazım deyil. Uşaq dünyaya gəldikdən sonra piqment ləkələri tez bir zamanda yox olacaq.
İlk dəfə valideyin olanlar hamiləlik dövründə 8 vacib məsələyə diqqət yetirməlidirlər.Bu sual və məsələlərə ultrasəs müayinəsi uşaq üçün zərərlidirmi, avtomobildə olarkən (avtomobildə uzaq səfərdə olarkən) nələrə diqqət yetirmək lazımdır, hansı qidaları qəbul etmək olar, hamiləlik dövründə hansı narahatlıqlar gözlənilir, çoxlu miqdarda qida qəbul etmək lazımdırmı, çatlar mütləq olmalıdırmı, doğulacaq körpə nə vaxt hərəkət edəcək, doğumun başladığını haradan və necə anlamaq olar və s. suallar aiddir.
Bunları bilməklə hamilə olan xanımlar yalnız bədəninə deyil eyni zamanda gündəlik həyatda baş verən hadisələrə olan münasibətini dəyişəcəklər. Başqa sözlə ifadə etsək bununla birlikdə hamiləlik və doğum ilə əlaqədar onları düşündürən suallara cavab tapacaqlar.
1. Ultrasəs müayinəsi uşaq üçün zərərlidirmi? Mütəxəssislər ultrasəsin uşaqlar üçün zərərsiz olduğunu iddia etmirlər. Buna görə də bu üsul körpəni seyr etmək üçün bir adətə çevrilməməlidir, yalnız körpənin inkişafını müşahidə etmək üçün istifadə olunmalıdır. Problemsiz keçən bir hamiləlikdə üç dəfə əhatəli olaraq ultrasəs müayinəsi olur. Bu müayinələr hamiləliyin 9,12, 19-22 və 29- 32 həftəsində aparılır.
Hamilə qadınlara çox kofe içmək məsləhət görülmür.
Amerikan alimləri sübüt etmişdilər ki, gundə 200 mg kofe hamilə qadınlarda erkən doğum və ya heç bir digər qüsur yaratmır. Lakin bu miqdardan artığı yarana biləcək riskləri artırır.
Doktor Uliyam Bartın dediyinə görə: «Gün ərzində az bir miqdarda kofein erkən doğuma və ya düşük ehtimalına hər hansı bir təsiri müşahidə olunmur» və bu faktları nəzərə alaraq, gün ərzində bir fincan kofenin heç bir zərəri olmayacağını xanimlarımıza anlatmalıyıq.
Kofe dünyada ən çox içilən içkilərdən biridir və eyni zamanda kofein psixoaktiv maddələr içində ən çox istifadə olunanlar sırasındadır. Kofeinin yaratdığı bəzi effektlər, məsələn həyacanlılıq, digər kokain və amfitomin kimi psixotrop maddələrin effektindən fərqlənmir. Gündəlik kofe norması 300 mg-dır. Bu təxminən 3-4 fincan kofe deməkdir.
Normal hamiləlik 9 ay çəkir, lakin siz sağlam övlad sahibi olmaq istəyirsinizsə bu müddətin 12 ay olduğunu hesab edin, bu zamana hamiləlikdən əvvəlki 3 ayda daxildir.
Bu o deməkdir ki, siz hamilə qalmaq istəyirsinizsə gərək:
1. Hamiləlik yoxlanışı üçün həkiminizə müraciət edin. Doğum riskləri, genetik xəstəliklər, irsi xəstəliklər və xroniki xəstəliklər haqqında soruşmağı unutmayın. Qəbul etdiyiniz butun dərmanlar haqqında məlumat verin və onların hamiləliyə ziyanının olub olmadığını öyrənin.
2. Yeməyinizə fikir verin, vitaminli və sağlam dietaya riayət edin və həmçinin hamiləlik periodunda istifadə üçün nəzərdə tutulmuş vitaminlərdən istifadə edin. Bu cür vitaminlərə prenatal vitaminlər deyilir. Bu fol turşusunun miqdarını nizamda saxlamaq üçün çox vacibdir. Bu cür qidalanma spina bufida kimi doğum qüsurlarının qarşısını almağa kömək edir ki, bu xəstəliklər hamiləliyin ilkin etapında özünü göstərir, siz fol turşusunun buraxıla bilən səviyyədə olduğuna diqqət yetirməlisiniz.
Dölün ürək döyünməsi onun normal inkişafının əsas göstəricilərindən biridir. Dölün vəziyyətində hər hansı mənfi dəyişiklik baş verdikdə onun ürək döyünməsində də dərhal dəyişikliklər baş verir.
Məhz bu səbəbdən həkimlər bütün hamiləlik zamanı və xüsusilə də doğuşda dölün ürək döyünməsinə xüsusi nəzarət edir.
Hamiləliyin əvvəlində dölün ürək döyünməsi USM vasitəsilə qiymətləndirilir. Hamiləliyin təxminən 18-ci-20-ci həftələrində ginekoloq xüsusi stetoskop (ağacdan, plastikdən və ya alümindən olan enli qıflı borucuq) vasitəsilə dölün ürək döyünməsini eşidir və qiymətləndirir.