Bir çox qadınlar yumurtalıqlar nahiyəsində olan ağrılarla üzləşir. Belə ağrıların səbəbləri müxtəlif ola bilər:
1. Səbəblərdən biri yumurtalığın iltihabıdır (adneksit). İltihabın səbəbi müxtəlif infeksiyalardır (mikoplazma, ureaplazma, xlamidiya, kandida və s.). Adneksit mütləq müalicə olunmalıdır. Əks halda kəskin proses xroniki formaya keçir. Bu isə sonsuzluğa gətirib çıxarda bilər.
Adneksitin əsas simptomu qarının aşağı hissəsində və yumurtalıqlar nahiyəsində ağrıların olmasıdır. Ağrılar bel nahiyəsinə də yayıla bilər.
2. Yumurtalıqların artımlarının iltihabı (ooforit) da bu nahiyədə ağrılara səbəb ola bilər. Ağrılar tutmaşəkilli ola bilər, bəzən isə ağrılar daimi xarakter daşıyır. Gərginliklər, soyuqlama, immunitetin pozulmaları zamanı ağrılar kəskinləşir.
3. Bəzən ağrılar qadında kistanın əlaməti kimi meydana çıxa bilər. Kista kiçik olduqda ağrılar olmaya bilər. Lakin kista böyüdükcə ətrafdakı sinirləri və yaxında yerləşən orqanları sıxa bilər ki, bunun nəticəsində ağrılar əmələ gələ bilər.
Sonsuzluğa görə müayinələrdən keçən qadın digər müayinələrlə yanaşı histerosalpinqoqrafiyadan keçməlidir.
Bu müayinə zamanı uşaqlıq boruların keçiriciliyi yoxlanılır.
Müayinə zamanı qadının uşaqlıq boşluğuna kontrast maye daxil edilir və bu zaman uşaqlığın rentgen şəkilləri çəkilir. Əgər rentgen şəkillərində borulara daxil olunmuş maye aydın görünürsə, bu o deməkdir ki, borular keçiricidir. Maye görünmədikdə, borular keçirici deyil.
Müxtəlif ginekoloji xəstəliklərin, sonsuzluğun müayinəsi və müalicəsi və hamiləlik zamanı qadın «bakterioloji yaxma» adlandırılan analiz verir. Bu sadə və eyni zamanda çox məlumatlı analizdir.
Analiz üçün qadının uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yaxma götürülür. Bu analizin məqsədi qadının uşaqlığında və uşaqlıq boynunda «yaşayan» mikroorqanizmləri nə onların miqdarını təyin etməkdən ibarətdir.
İnsanın dərisinin üzərində, burnun və ağzın içində müxtəlif mikroorqanizmlər «yaşayır». Bu normal haldır.
Sağlam qadının uşaqlığı da steril deyil, orada da müxtəlif mikroorqanizmlər «yaşayır». Bu fizioloji haldır və bu mikroorqanizmlər uşaqlığın normal mikroflorasını təşkil edir.
Normal mikrofloranın əsas hissəsini laktobasillər (Dederleyn çöpləri) təşkil edir. Bu basillər hidrogen peroksidi hazırlayır ki, bu kimyəvi maddə uşaqlıqda turş mühit yaradır. Turş mühit qadının ginekoloji sağlamlığı üçün çox vacibdir — xəstəliklər törədən barkerilərin çoxalmasına mane olur. Beləliklə, uşaqlığın xeyirli mikroflorası uşaqlığı ziyanlı bakterilərdən qoruyur.
Uşaqlığın uşaqlıq yoluna açılan hissəsi «uşaqlıq boynu» adlandırılır. Uşaqlıq boynu qısa və ensiz borucuğa bənzəyir.
Uşaqlıq boynu qoruyucu funksiyanı yerinə yetirir. Onun içərisində olan hüceyrələr xüsusi selik ifraz edir ki, bu selik qatılaşaraq tıxac əmələ gətirir. Bu tıxac isə infeksiyaların, mikrobların, bakteriyaların və s. zərərli agentlərin uşaqlıq boşluğuna daxil olmasına mane olur.
Uşaqlıq boynu iç tərəfdən yastı epiteli ilə (toxuma) örtülüb. Yastı epitelidən bizim dərimiz də ibarətdir. Uşaqlıq boynunun iç tərəfi (servikal kanal) digər toxuma ilə örtülüb — ona «silindkir epiteli» deyilir. Silindrik epiteli yastı epitelilə müqayisədə daha zərifdir, boşdur və parlaq qırmızı rəngdədir. Yastı epiteli daha hamardır, parlaqdır və açıq çəhrayı rəngdədir.
Silindrik epiteli yalnız uşaqlıq boynunun iç tərəfində olmalı və buradan xaricə çıxmamalıdır. Lakin bu hər zaman belə olmur.
Bəzən silindrik epiteli servikal kanaldan çıxaraq uşaqlıq boynunun xarici tərəfinə bitişir. Bu zaman həkim-ginekoloq ginekoloji güzgü vasitəsilə uşaqlıq boynunu müayinə etdikdə uşaqlıq boynunun üzərində olan silindrik epitelini görə bilir. Tibbdə bu pozulma «ektopiya» adlandırılır.
Menstruasiya zamanı qadının orqanizmində ciddi dəyişikliklər baş verir.
Qadının cinsiyyət orqanlarında, hormonal fonunda, bəzi qan göstəricilərində (qanın laxtalanması və s.), sinir sisteminin vəziyyətində (qadın daha həssas və əsəbi olur), immun sistemində və s. dəyişikliklər baş verir.
Bu səbəbdən qadın menstruasiya zamanı bunlardan çəkinməlidir:
1. Menstruasiya zamanı ağır fiziki yükləmələrdən (peşəkar idman və s.) imtina etmək lazımdır. Bu qanaxmanın artmasına səbəb ola bilər. Əgər bu mümkün deyilsə, qadın mütləq fiziki yükləmələri azaltmalıdır.
Ümumillikdə isə ağır fiziki yükləmələr qadında menstrual funksiyanın pozulmasına səbəb ola bilər, hətta menstruasiyalar tam kəsilə bilər.
Bu halın səbəbləri arasında:
— Ananın yaşı (çox cavan və ya yaşlı qadınlar).
— Abortlar.
— Doğuşların arasında 2 ildən az müddət keçdikdə, bu da risk faktoru sayılır.
— Valideynlərdə olan müxtəlif xəstəliklər.
— Hamiləliyin patoloji gedişatı.
— Qadın cinsiyyət sistemi anomaliyaları və xəstəlikləri.
— Çoxdöllülük.
Uşağın vaxtından qabaq doğulması adətən böyük narahatçılıqla qarşılanır. Lakin əksər hallarda narahatçılıq üçün səbəb olmur. Hal hazırda çəkisi hətta 1 kq-dan az olan uşaqları saxlamaq mümkündür. Bunun üçün müasir avadanlıqlar, dərmanlar, peşəkar həkimlər var.
Bildiyimiz kimi, cift dölün normal inkişafında böyük rol oynayır.
Cift vasitəsilə dölə lazım olan qidalı maddələr və oksigen çatdırılır, istifadə olunmuş maddələr və karbon qazı cift vasitəsilə dölün orqanizmindən xaric olunur. Cift çox mühüm maneə rolunu oynayır — ana orqanizmindən dölün orqanizminə zərərli maddələrin, dərmanların, virusların, mikrobların daxil olmasına mane olur. Beləliklə, cift həm ürək, həm böyrəklərlər, həm ağciyər, həm endokrin vəzi funksiyalarını yerinə yetirir.
Cift fəaliyyətində olan istənilən pozulma dölün inkişafına çox mənfi təsir edir — hipoksiya (döldə oksigenin çatışmazlığı) və hipotrofiyaya (dölün çəkisinin normadan az olması) səbəb olur, dölün bətndaxili inkişafını ləngidir, vaxtdan tez doğuşa və hətta dölün həlak olmasına gətirib çıxardır.
Bətndaxili hipoksiya döl üçün çox ziyanlıdır. Bu dölün bir çox orqan və sistemlərin (xüsusilə baş beyinin) inkişafına mənfi təsir edir.
ABŞ-ın Childbirth Connection adlı Təşkilatı qeysəriyyə kəsimi əməliyyatının ana və körpənin sağlamlığında yarana biləcək otuzdan artıq fəsadları qeyd etmişdir.
Bu fəsadlar həm qısa, həm də uzun müddətli ola bilər və təbii doğuşla müqayisədə daha çox potensial problemlərin riskini artırır. Müqayisə üçün qeyd etmək lazımdır ki, təbii doğuşun səbəb ola biləcəyi potensial problemlərin sayı əməliyyatdan təxminən 6 dəfə daha azdır.
Doğuş təbii bir prosesdir və qadın təbiətinin bir hissəsidir. Gələcək analar unutmamalıdırlar ki, qeysəriyyə yalnız zəruriyyət halında olan seçimdir və təbii doğuşun heç vaxt əvəzləyicisi və ya ondan daha üstün ola bilməz.
Bizi yaradan Uca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”. (Bəqara, 286)
“Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.” (Taləq, 7)
Dölün ilk tərpənməsi hamiləlik zamanı ən həyacanlı, ən unudulmaz hisslərdən biridir.
Dölün ilk tərpənməsi adətən qadın tərəfindən bağırsaqlarda yelin yerdəyişməsi kimi hiss olunur.
Döl hamiləliyin 8-ci həftəsindən başlayaraq hərəkət edir. Lakin o, hələ ki çox kiçikdir və dölyanı sularda üzdükdə uşaqlığın divarlarına toxunmur. İnkişaf etdikcə dölün çəkisi artır, döl daha güclü hərəkətlər etməyə və uşaqlığın divarlarına toxunmağa başlayır. İlk hamiləlikdə bu təxminən hamiləliyin 20-ci həftəsində baş verir, təkrar hamiləliklərdə — 2 həftə tez. Arıq qadınlar dölün tərpənməsini daha tez, kök qadınlar isə dəri altı piyin çox olmasına görə daha gec hiss edə bilər.
Ciftin yerləşməsi də burada müəyyən rol oynayır. Cift uşaqlığın ön divarında yerləşdikdə dölün tərpənməsi daha gec hiss olunur.