İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir.
Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY. 44 xromosom hər insanın bütün xüsusiyyətlərindən (gözlərin, saçların, dərinin rəngi, maddələr mübadiləsi və s.) məlumat daşıyır, qalan 2 xromosom isə – cinsi xromosomlardır.
Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).
Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti (genotipi) formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.
Hamiləlik zamanı düzgün qidalanma dölün normal böyüməsi və inkişafı üçün əsas şərtdir. Gələcək ana qida vasitəsi iə yeni orqanizmin yaranması üçün lazım olan enerci və madələr qəbul edir. Dölün genetik proqramının düzgün getməsi üçün olan kimyəvi proseslərin dəqiq və sürətli baş verməsini təmin edən mikroelementlər və vitaminlər də orqanizmə qida vasitəsi ilə daxil olur.
Ultrasəs müayinəsi (USM) – hamiləliyin gedişinə nəzarət edilməsi üçün ən çox məlumat verə biləcək müayinə üsuludur. Məhz USM-in köməyilə hamiləliyin gedişi, dölün vəziyyəti barədə məlumat almaq olur.
Bu isə bir çox pozulmaları vaxtında aşkar edərək müvafiq tədbirlər görməyə imkan verir. Qadınlar hamiləlik dövründə USM-dən keçməkdən qorxmamalıdırlar. Bu barədə çox danışılsa da, ultrasəs müayinəsinin dölə mənfi təsir etməsi barədə ciddi sübutlar aşkar edilməmişdir.
Menstruasiyanın 1 gün və daha artıq gecikməsi zamanı hamiləliyin erkən diaqnostikası üçün olan testlərindən istifadə etmək olar.Belə testlərin əsasında sidikdə spesifik hormonun (xorionik honadotropinin) aşkar olunması ilə bağlı olan kimyəvi reaksiya durur. XH-hormonu «hamiləlik hormonu» adlandırırlar. Hamilə olmayan qadınlarda bu hormon qanda, demək olar, aşkar olunmur. Hamiləlik baş tutduğu andan isə bu hormonun səviyyəsi böyük sürətlə qalxmağa başlayır (hamiləliyin 1-ci 3-aylığında hər 2-3 gündən bir 2 dəfə artır) və tez bir zamanda yüksək rəqəmlərə çatır.
1978-ci ildə ilk qadın süni surətdə mayalandırılmışdır. Bunun nəticəsində qız uşağı doğulmuşdur. Bu yaxınlarda isə bu qız heç bir əlavə tibbi kömək olmadan, ana olmuşdur. 1978-ci ildən başlayaraq bütün dünyada EKM üsulu ilə 2 milyona yaxın uşaq doğulmuşdur.Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35% hallarda hamiləlik baş verir.
Ağrılı menstruasiya alqomenoreya adlanır, onun requlyarlığının pozulması isə dismenoreya kimi terminləşdirilmişdir.Bu hallar tibbi təcrübədə daha çox gənc yaşlarda rast gəlinir.Menstruasiya zamanı əzələvi orqan olan uşaqlıq yığılır.Bütün bu orqanik prosesə prostoqlandinlər nəzarət edir.
Süni mayalanma sonsuzluğun xüsusi formalarının müalicə metodlarından biridir.Bu prosedur zamanı spermatozoidlər xüsusi üsullarla birbaşa qadın bədəninə yeridilir ki, bu da özlüyündə onun qət edəcəyi məsafəni azaltmaqla bərabər yumurtahüceyrə ilə “görüş” şansını və dolayısıyla mayalanma prosesini sürətləndirir.Bu üsuldan istifadə edən qadınlar kifayət qədər az olsalar belə süni mayalandırmanın bir forması kimi bu prosedur daha əziyyətsiz, əksgöstərişsiz bir tibbi hadisədir.Geniş istifadə olunmamasına baxmayaraq tibb mütəxəssisləri tərəfindən sonsuzluğun bir çox formalarının ilkin müalicəsi kimi rahatlıqla təyin olunur.
Adət ağrıları psixoloji bir haldırmı?
Xeyr,bu sırf fizioloji bir haldır.Uşaqlıq əzələlərinin hərəkətliliyi səbəbindən yaranan ağrılara qadınlar individual olaraq reaksiya edirlər.Bu ağrıların qarşısı adi ağrıkəsici preparatların köməkliyi ilə alına bilər.Əgər ağrılar daimi,intensiv və şiddətli xarakter daşıyırsa həkimə müraciət etməyiniz məsləhətdir.Çünki,bu endometriozun xəbərdarı ola bilər.