Statistikaya inansaq dünya əhalisinin 20%-ə yaxını bu və ya digər səbəblərə görə sonsuzluqdan əziyyət çəkirlər. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əssasız boşanmalara və qalmaqallara rəvac verir. Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?
Uşaqlığın mioması — 30 yaşından yuxarı qadınların 20-50%-də rast gəlinən və uşaqlığın əzələ qişasından inkişaf edən xoşxassəli şişdir. Mioma çox vaxt uzunmüddətli və çoxlu qanaxmalarla (aybaşı qanaxmaları kimi) müşayiət olunur və nəticədə də ikincili qanaxma əmələ gətirir. Uşaqlıq miomasının proqressiv inkişafı, anemiyanın inkişafı və menapauza zamanı qanaxmanın olması bədxassəli şişin yaranma riskini artırır.
Miomanın inkişafı çox vaxt hormonal pozğunluqlar nəticəsində meydana çıxır və uşaqlığın əzələ divarında bir ya bir neçə düyünün əmələ gəlməsinə səbəb olur. Düyünlərin ölçüsünü ginekoloqlar həftə ilə ölçürlər. Əksərən, miomaların orta ölçüsü 3 sm-dir, lakin çox böyük ölçülü miomalara da rast gəlinir, məsələn 6-7 aylıq hamiləlik vaxtındakı ölçü qədər. Miomalar tək və çoxsaylı olur, amma hər zaman ölçülərinə görə, bir düyün dominantlıq təşkil edir.