Təbii doğuş zamanı vagina elastikləşib genişlənir, uşağın başı çıxarkən vagina divarlarında cırıqlar yaranır. Çətin, təkrar doğuşlardan sonra vaginanın elastik quruluşu hətta daimi olaraq korlana da bilir. Bu vəziyyətdə cinsi münasibət zamanı tərəflərin qarşılıqlı olaraq zövq alması mümkünsüzləşir.
Bəzi hallarda doğmamış qadınların da vaginası elastikliyini itirə bilir. Vaginanın elastikliyini bərpa etmək istəyən xanımların üz tutduğu bir çox üsullar var ki, onlardan biri də vaginoplastikadır.
Vaginoplastika vaginanın (uşaqlıq yolunun) daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır. Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafında olan yumşaq toxuma və əzələlər bərpa olunur — nəticədə uşaqlıq yolu daraldılır.