Hamiləlik zamanı böyüyən uşağa çoxlu miqdarda kalsium mikroelementi tələb olunur. Bu kalsium uşağın skeletinin formalaşması üçün lazımdır.
Qadın daim qida ilə kifayət qədər kalsium almalıdır, həkimin məsləhəti ilə tərkibində kalsium olan vitamin-mineral kompleksləri qəbul etməlidir.
Lakin bir çox hallarda hamilə qadının orqanizmində müxtəlif səbəblərə görə (natamam qidalanma, kalsiumun mədə-bağırsaq sistemi tərəfindən kifayyət qədər mənimsənilməməsi və s.) kalsiumun çatışmazlığı yaranır. Bunun nəticəsində uşağın orqanizminin formalaşmasına lazım olan kalsium qadının sümüklərindən və dişlərindən «yuyulmağa» başlayır. Məhz bu səbəbdən bir çox qadınlarda hamiləlik zamanı karies yaranır.