ginekologiya kateqoriyası üzrə məqalələr

Kontraseptivlər haqda bilmədiyiniz faktlar

Bütün dünyada hamiləlik əleyhinə preparatlar (kontraseptiv həblər) arzuolumaz hamiləliyin qarşısını alan və tez-tez istifadə olunan vasitədir.

Müasir hamiləlik əleyhinə həblər daha effektlidir və onların yanaşı təsirləri, əks-göstərişləri daha azdır. Belə həblər arzuolunmaz hamiləliyin riskini 99% azaldır. Bundan əlavə düzgün seçilmiş belə preparat qadın orqanizminə müsbət təsir edir — hormonal fonunu tənzimləyir, bəzi qadın cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır, güclü qanaxmaların və menstruasiya öncəsi sindromun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır və s. Bu səbəbdən hamiləlik əleyhinə həblər bəzi pozulmalar zamanı cinsi həyatı yaşamayan qızlara da müalicəvi vasitə kimi təyin olunur.
Davamı →

Hamilələrin 5 şikayətinə çarə

Xanımlar hamiləlik zamanı bədəndə yaranan fizioloji, hormonal dəyişikliklər səbəbindən bir sıra problemlər yaşayır.

Ürək bulanması, qusma, bel ağrısı, halsızlıq, mədədə yanma və qəbizliyi buna misal çəkmək olar. Bu problemlər bəzi hamilələrdə yüngül seyr edilərkən, bəzilərində ciddi narahatlığa səbəb olur. Lazımı tədbirlər görməklə, bunlardan yaxa qurtarmaq mümkündür.

Doğum mütəxəssisi Belgin Selam, hamiləlikdə ən sıx rast gəlinən 5 şikayətdən söz açaraq, bu problemlərdən xilas olmağın yolunu açıqlayıb.
Davamı →

Xorinonepitelioma

Xorinonepitelioma qadın cinsiyyət orqanlarının bəd xassəli şişlərindən olub,döl yumurtası elementlərindən yaranır.Xorinonepitelioma uşaqlıq boşluğunda, bəzən isə uşaqlıq əzələlərinə düyünlər şəklində inkişaf edir.

Klinikası
Xəstəliyin əsas simptomu cinsiyyət yolundan qanlı ifrazat və qanaxmanın olmasıdır. Qanaxmalar adətən residivverici xarakter daşıyır. Belə ki,qanaxmaların şiddəti bəzən azalır və kəsilir, bəzən isə yenidən başlayır. Düyünlər submukoz yerləşdikdə qanaxmalar az olur. Uşaqlıq yolunda metastazlar olduqda isə xəstələrdə güclü profus qanaxmalar baş verir. Şişin uşaqlıqdan qarın boşluğuna doğru artması zamanı qanaxmalar daha şiddətli ola bilir. Xəstələrdə əmələ gəlmiş şiş toxuması infeksiyalaşmış olduqda xəstələrdə temperatur yüksəlir. Bu zaman xəstələrin qanında EÇS-in yüksəlməsi qeyd edilir.
Davamı →

Vaginal duş

Vaginal duş — uşaqlıq yolunun təmizlənməsi məqsədi ilə vaginanın su, ya da başqa mayelərlə yuyulmasıdır. Bu məqsədlə xalq arasında ən sıx istifadə edilən maye sudur. Bəs vaginal duş zərərlidirmi? Vaginal duş hamiləlikdən qoruyurmu?

 İlk olaraq onu bildirək ki, qadınlar əsasən, vaginal təmizlik, hamiləliyin əngəllənməsi, axıntının təmizlənməsi, baginanın göbələkdən qorunması, cinsi yolla keçən xəstəliklərə yaxalanmamaq, menstruasiya sonrası vaginada qalan qanın təmizlənməsi üçün vaginal duş edir.
Davamı →

Doğuş ağrılarını azaldan üsul

Mantuya şəhərinin (İtaliya) doğuş evlərindən birində çox orijinal eksperiment aparılıb. Xarici KİV-lərin məlumatına görə, alimlər doğuş zamanı ağrıları azaltmaq üçün yeni üsul axtardıqda belə nəticəyə gəliblər ki, mahnı oxumaq doğuş ağrılarının xeyli azalmasına kömək edir.

Mütəxəssislər qadınlara doğuş sancıları zamanı qışqırmağı deyil, mahnı oxumağı tövsiyə ediblər. Eksperiment müsbət nəticələr verib və qadınlar ağrıların həqiqətən azalmasını qeyd ediblər.

Mahnı oxuyan insanın bədənində endorfin (xoşbəxtlik hormonu) hormonlarının səviyyəsi artır ki, bu da ağrıları azaldır və sakitləşməyə kömək edir. Həmçinin mahnı oxumaq əzələləri boşaltmağa kömək edir ki, bu doğuş prosesini asanlaşdırır.

Bundan əvvəl keçirilmiş eksperimentlər göstərib ki, uşağı daha tez sakitləşdirməyin ən tez üsulu ona mahnı oxumaqdır.
Davamı →

Toksikoz

Amerika Hamiləlik Asossiasiyasının verdiyi məlumata görə 50% qadın hamiləlikdə ürəkbulanmaları, daha dəqiq desək toksikozdan əziyyət çəkirlər. Toksikoz əsasən hamiləliyin ilk trimesterində hormonların bədəndə sürətli artımı nəticəsində baş verir. Bu halın əsas simptomları cüzi və ya şiddətli ürəkbulanma hissinin olması, halsızlıq, iştahasızlıq, qusma halları, bədəndə susuzlaşma, başgicəllənmələri və s. müşahidə oluna bilər.

Hal-hazırda da toksikoz haqqında irimiqyaslı araşdırmalar aparan xanım Fejzo 2009-cu ildə əldə etdiyi məlumata görə ürəkbulanmaları əsas etibarilə hamiləliyin 27-ci həftəsinə qədər keçib qurtarır.
Davamı →

Kegel gimnastikası

Uşaqlığın sallanması orta və yaşlı qadınlarda tez-tez təsadüf olunan problemdir. Onu həmçinin prolaps adlandırırlar, ağır dərəcələrdə isə uterotsele deyirlər. Bu vəziyyətə səbəb bilavasitə çanaq dibi əzələlərin gücünün və tonusun aşağı düşməsi, uşaqlıq bağlarının uzanması ilə uyğunlaşmasıdır. Buna görə də müalicəvi gimnastika uşaqlıq sallanması zamanı konservativ müalicənin və xəstəliyin profilaktikasının əsasıdır. Kegel kompleksinin – xüsusi seçilmiş hərəkətlərin müntəzəm yerinə yetirilməsi çanaq dibi əzələlərini möhkəmləndirir, prolapsın yüngül dərəcələrində isə hətta yerlərini dəyişən orqanların əvvəlki vəziyyətini bərpa edir.

Uşaqlıq sallanması nədir və onun nə təhlükəsi var?
Uşaqlıq sallanması onun cismi normal vəziyyətindən aşağıya doğru yerini dəyişdikdə deyilir. Prolapsın dərəcəsi artdıqca qonşu orqanlarda da dəyişikliklər yaranır. Uretranın, sidik kisəsinin və düz bağırsağın yerdəyişməsi və deformasiyası baş verir, uşaqlıq yolu isə yuxarı üçdə birindən başlayaraq konfiqurasiyasını dəyişir. Həmçinin kiçik çanaqda bütün törəmələrin qan axını pozulur, sidik axarları və yoğun bağırsağın funksiyalarında ikincili pozğunluqlar müşahidə olunur.
Davamı →

Hamiləlik testləri ilə bağlı 10 qeyd

1. Ev şəraitində istifadə olunan bütün hamiləlik testlərinin iş prinsipi eynidir — onlar sidikdə “hamiləlik hormonu” olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən (yapışdıqdan) sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdən keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.

2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.
Davamı →

Vaginal bölgədə qaşınmanın səbəbi

Maya göbələyi vaginanın içində az sayda olan bir göbələk növüdür. Bu göbələyin həmin bölgədə çoxalması infeksiyaya səbəb olur. Bu tez-tez olan və qadını narahat edən vəziyyətdir.

Vaginal göbələk infeksiyasının səbəbləri nələrdir?
Bu tip infeksiyalara kandida adında bir göbələk növü səbəb olur. Sağlam vaginanın içərisində bir çox bakteriya və az sayda göbələk hüceyrəsi olur.

Simptomları nələrdir?
Göbələk infeksiyası vagina bölgəsində qaşıntı və ya göynəməyə səbəb ola bilir. Cinsi əlaqə və ya sidiyə getmə zamanı yanma və ya ağrı hissi yarada bilir. Bu simptomların çoxu, ümumiyyətlə, menstruasiya dövründən bir həftə əvvəl özünü göstərir. Lakin qadınlarda tez-tez görülən genital bölgənin qaşınması hər zaman göbələk xəstəliyinin əlamətləri olmur. Türkiyəli mütəxəssis İlker Günyeli vaginal qaşınmanın hansı hallarda hansı xəstəliyin əlaməti ola biləcəyinə dair məlumatlar verib. Türkiyə mətbuatına istinadən həmin məlumatları təqdim edirik:
Davamı →

Zahılıq dövrü

Doğuşdan dərhal sonra başlayan və 6 həftə davam edən müddət zahılıq dövrüdür. Bu dövrdə hamiləliyin qadında yaratdığı fizioloji və psixoloji dəyişmələr hamiləlikdən əvvəlki hala dönür. Hər orqan və sistemin hamiləlikdən əvvəlki vəziyyətə dönməyi müəyyən müddət çəkir.

Zahılıq dövrü — çox erkən, erkən və gec adlanan üç dövrə ayrılır:
1. Çox erkən zahılıq dövrü: doğuşdan sonrakı ilk 24 saatı;
2. Erkən zahılıq dövrü: doğuşdan sonrakı birinci həftəni;
3. Gec zahılıq dövrü: qalan 5 həftə müddətini əhatə edir.
Davamı →
Top