Xərçəng xəstəliyindən vəfat etmiş, amerikalı yazıçı Erma Bombeckin ölümündən əvvəl qələmə aldıqları:
«Həyatımı yenidən yaşaya bilsəydim əgər, xəstəykən yatağa girər istirahət edərdim. Mən olmadığım zaman hər şey pisə gedəcək deyə düşünməzdim…
Gül şəklindəki çəhrayı şamı saxlamaz yandırardım. Daha az danışar, amma daha çox dinlərdim…
Yerlər çirklənsə, masa örtüm ləkələnsə belə daha çox dostlarımı axşam yeməyinə dəvət edərdim…
Qonaq otağında televizora baxarkən, popkorn yeyər. Yerlər ləkə olacaq deyə qorxmazdım…
Mənə gəncliyini izah etməyə çalışan atama daha çox vaxt ayırardım…
Ərimin məsuliyyətlərini daha çox paylaşardım…
Saçım pozulmasın deyə, avtomobilin şüşəsinin açılmasına qarşı çıxmazdım…