Əgər siz bir insanın qayğısını çəkirsinizsə, ona bu və ya digər şərtlər altında əlinizdən gələnin ən yaxşısını etmək istəyirsinizsə, siz artıq çox yaxşı bir dostsunuz. Yaxşı dost olmaq üçün bəzi müddəalar vardır:
Dinləmək. Dostluq münasibətlərində dinləmək etməli olduğunuz çox vacib bir hərəkətdir. Dinləməyin ən yaxşı yolu, mövcud vəziyyəti, dostunuzun pəncərəsindən görməyə və anlamağa çalışmaqdır. Əgər siz bunu məqsəd kimi müəyyənləşdirsəniz, siz özünüzü ona düzgün suallar verən biri kimi görəcəksiniz. Yalnız bu yolla siz dostunuzun qayğılarını öyrənə bilərsiniz. Sizin verə biləcəyiniz bir cavabınız yoxdur, ancaq dostunuz sizdən məsləhət gözləyir. Belə bir vaxtda məsləhət verməkdənsə, yaxşı bir dinləyici ola bilərsiniz.
Onlardan nəyə ehtiyacları olduğunu soruşun. Əgər siz kim üçünsə narahatsınızsa və həmin insanların yanında olmağa səy göstərirsinizsə, onlardan nəyə ehtiyacları olduğunu soruşun. Yalnız bu yolla siz, qarşınızdakı insana nəyin fayda verə biləcəyini tapa bilərsiniz.
Nəsillər arasında intriqa mövzusundakı dialoqlar dünya var olduğu müddətcə davam edəcək. Hər dəfə də ana-ata olan nəsil uşaqlar olan nəsli anlamaq üçün fərqli üsullara baş vuracaqlar. Həmin vaxt uşaqlar “valideynlərim məni anlamır” deyə öz aralarında danışacaqlar. Ana-ata olan nəsil öz valideynlərinin onları anlamadığını, ancaq onların uşaqlarını anladığını iddia edəcək. Həllini tapmayan bu vəziyyətə “nəsillərin toqquşması” deyiləcək.
2000-ci illərin əvvəlində doğulan və indi məktəbdə oxuyan dövrə “Z nəsli” adı verilir. Bu nəsil xəyalpərəst və pessimist X nəsli ana-atalarından, optimist X nəsli olan bacı-qardaşlarından fərqlənir.
“Nəsillərarası toqquşma”nın yaşanmaması, yeni nəsli anlamaq üçün 10 asan yol:
1. Realist olduqlarını unutmayın!
Z nəslinin ən əsas xüsusiyyəti realist olmağıdır. Ətrafda baş verənləri çox yaxşı müşahidə edirlər. Yeri gələndə realist olduqlarını göstərirlər.
Analar eyni sözləri deməkdən bezmirlər. Biz bu sözlərə o qədər öyrəşirik ki, deyiləni etmirik. Sadəcə deyilməli olan sözlər kimi qəbul edir qulağımız.
“Söndür də tay o kompüteri”, “Az otur kompüterin qabağında”
Analar üçün bütün dərdlərin mənbəyi kompüterdir. Ana, qrip olmuşam, söyləsən, deyəcək ki, hamısı o kompüterin işləridir.
“Yemək yemisən?”
Bir insan ac olsa, bunu deməzmi? Deyər. O zaman dəfələrlə “yemək yemisənmi?” soruşmaq ancaq anaların işi ola bilər.
“Betonun üstündə oturma”
Bir bildikləri vardır hər halda.
“Tikəni saxlama, bunu da ye”
O qədər belə dedilər ki, indi hamımız artıq çəkidən əziyyət çəkirik. Əslində isə son tikəni saxlamaq lazım imiş.
“Qaçma, tərləyərsən”
Qaç, tərlə, arıqla. Müasir analar belə deməlidir əslində.
Nə yazıq ki, biz bu həqiqəti çox tez unuduruq. Bəzi adların arxasındakı ünvanların bizi aldatması da bununla bağlıdır və bizi inkar etməyə məcbur edən də budur. Halbuki, inkar adından da göründüyü kimi “tanımamaq”, “bilməmək”… deməkdir. Bunlar isə “yoxluq” ifadə edən məfhumlardır. Əgər söhbət yoxluqdan gedirsə, yoxluq haqqında hər hansı bilikdən danışmaq olmaz. Tanımamaq, bilməmək biliyin yox, biliksizliyin ifadəsidir. Dolayısı ilə insan başqa sahələrdə nə qədər dərin bilik sahibi olursa-olsun, bu bilik ona tanımadığı şey haqqında hökm verməyə imkan verə bilməz. Bu bir az da riyaziyyatçının biologiya haqqında hökm verməsi deməkdir.
İnkar etmək asandır. İnsan gözünü yumub asanlıqla “yoxdur” deyə bilər. Bu mənada bir avstraliyalı aborigenlə bir alimin və ya Əbu-Cəhillə Darvinin arasında heç bir fərq yoxdur. Onların inkar etdikləri şey haqqında biliklərini müqayisə etmək, sıfırları müqayisə edərək hansının daha böyük olduğunu öyrənməyə çalışmaqdır.
Ümumiyyətlə, inkarla bağlı hər hansı bir müqayisə mümkünsüzdür. Çünki olmayan şeyi olmayan bir şeylə müqayisə edərək heç bir nəticə əldə etmək olmaz. İnkar edənlərin bu qədər dəlil-sübuta baxmayaraq, öz inkarlarında təkid etmələrinin əsas səbəbi də elə budur. Qərb mütəfəkkiri Uilyam G. Makadunun dediyi kimi: “Cahil bir adamı mübahisədə məğlub etmək qeyri-mümkündür”. İnanmaq isə səviyyəsindən asılı olmayaraq hər hansı bir biliyin nəticəsidir. “Nəyə inanıram?”, “Xüsusiyyətləri nədir?”, “Necə yaradır?”, “Məndən nə gözləyir?”, “Mən Ondan nə gözləyirəm?” və s. Bu kimi bir çox suallar insanda inamı formalaşdırır. Quran da “Allahdan ancaq alimlər qorxar”, — buyurur və inanmağın hər hansı bir biliyin nəticəsi olduğunu bildirir.
— Quş cəhcəhi — ilahi bir səsdir. Əsasən də səhər quşların səsini eşitmək hər şeyə dəyər.
— Pişik mırıltısı — insan kefsiz, halsız olduğu vaxt bu səs insana dərman kimi kömək olur.
— Qarın səsi — yeni yağmış qarın üzəri ilə gəzmək hər kəsə xoşdur.
— Yağış səsi — damlara düşən yağış səsi insanlara xoş təsir edir.
— Ləpələrin səsi — dənizi, dalğaları seyr etmək hər kəsi sakitləşdir, ilhamlandırır.