Biologiya kateqoriyası üzrə məqalələr

Anatomiyanın tarixi

Insanın anatomiyası insan orqanizminin zahiri şəklindən, daxili quruluşundan, inkişaf və mənşəyindən bəhs edən elmdir. «Anatomiya» sözü yunanca «anatemno» — yarıram, şərh edirəm sözündən alınmışdır. Yarma üsulu orqanizmin quruluşunu öyrənmək məqsədi ilə istifadə edilən əsas üsullardan biridir. Beləliklə, anatomiya elmi tədqiq metodlarından birinin adını daşıyır.
Anatomiya elminin inkişaf tarixi çox qədim zamanlardan başlayır. Hələ tarixdən əvvəl, yazı olmayan dövrlərdə ehtimal ki, insanın quruluşu haqqında səthi məlumata rast gəlinir. Bizim eradan bir neçə min il qabaq çinlilərdə və hindlilərdə heyvan orqanizminin quruluşu haqqında bəzi məlumat olmuşdur. Hindlilərin kitablarında insanın bədənində 7 qişa, 90 vətər, 900 bağ, 300 sümük, 3 maye olması haqda məlumata təsadüf edilir.

Davamı →

Ekologiya

Ekologiya (yunanca «ekos», «okos» yaşayış yeri, vətən, mənzil, «loqos» elm deməkdir) təbiət elmlərinin ən öncül, xüsusi əhəmiyyətə malik sahəsi olub orqanizmlərin bir-biri və xarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, onların yaşayış tərzində, inkişafında, çoxalmasında həmin amillərin rolunu, təbiətin (hava, su, torpaq, heyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə olunmasının qanunauyğunluqlarını, ekosistemləri, onların əlaqəsini, təbiətin dialektikasını öyrədir.
«Ekologiya» sözünü ilk dəfə D.Q. Toro (1858) işlətmişdir. Lakin ekologiyanın tərifini 1866-cı ildə alman bioloqu professor Ernest Hekkel vermişdir.

Davamı →

Zoologiyanın bölmələri

Hazırda zoologiya vahid bir elm deyildir. Bu sistemə daxil olan elm sahələri heyvanat aləmini ayrı-ayrı   nöqteyi-nəzərdən   öyrənir.    Nisbi  olaraq  və öyrənmək məqsədilə həmin elm sahələrini iki qrupa bölmək olar: heyvanat aləminin ümumi məsələlərindən bəhs edən elmlər və ayrı-ayrı qrup heyvanlardan bəhs edən elmlər. Ümumi məsələlərdən bəhs edən aşağıdakı elm sahələrini göstərmək olar:
Morfologiya. Morfologiya yunan sözü olub, morfe — forma, loqos — elm deməkdir. Morfologiya şərait və mənşəyi ilə əlaqədar olaraq heyvanların quruluşunu öyrənən elmdir.

Davamı →

Zoologiya

Zoologiya heyvanat aləmini öyrənən elmdir. Zoologiya yunan sözü olub, zoon — heyvan, loqos — elm deməkdir. Geniş mənada isə zoologiya heyvanat aləminin müxtəlifliyini, heyvanların quruluşunu və həyat proseslərini, onların inkişafını, həyat tərzini, yayılmasını, xarici mühitin müxtəlif amillərdən asılılığını, heyvanat aləminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.
Heyvanat aləmi təbiətin maraqlı, insanları özünə aludə edən cazibədar bir hissəsidir. İnsanlar onlardan maddi nemətlər istehsal etməklə yanaşı, həm də onlardan mənəvi zövq alırlar. Məhz buna görədir ki, insanlar yarandıqları ilk dövrlərdən heyvanlarla maraqlanmış və onlara sıx bağlanmışlar.

Davamı →

Botanikanın tarixi

Botanika biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. öyrənir, tədqiq edir.
Botanika elmi öz inkişafına qədim dövrlərdən başlamışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. Təxminən bizim eradan 20 min il əvvəl mağaralarda yaşayan insanlar bitkilərdən qida və dərman kimi istifadə etməyi, faydalılarla zərərliləri fərqləndirməyi bacarmışlar.

Davamı →

Biologiya = bios+loqos

Biologiya (yunanca «bios» — həyat, «loqos» — elm) həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir. Bu termini elmə ilk dəfə 1802-ci ildə fransız alimi J.B. Lamark və alman təbiətşünası Q.R. Treviranus bir-birindən xəbərsiz daxil etmişlər. Biologiya elmi canlılara məxsus bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.
Biologiya canlı təbiət, nəsli kəsilmiş və hazırda yaşayan canlı varlıqların quruluşunu, funksiyasını, əmələ gəlməsi, yayılması, çoxalması və inkişafını, orqanizmlərlə cansız təbiət arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənir. Bütün canlı orqanizmlər bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənir. Lakin onları birləşdirən yeganə xassə həyatdır.

Davamı →

Çarlz Darvini təkamül nəzəriyyəsi haqqında

Çarlz Darvinin (Charles Darwin) 1859-cu ildə işıq üzü görmüş “Növlərin mənşəyi” adlı kitabı ilə gündəmə gələn təbii seçməyə əsaslanan Təkamül nəzəriyyəsi elə o vaxtdan bu günə qədər müzakirə predmetinə çevrilmişdir. Bu nəzəriyyə dünyadakı həyatın təsadüf nəticəsində meydana gəldiyini və bütün canlıların ortaq bir canlıdan törədiyini irəli sürür. Nəzəriyyəyə görə insan nəslinə ən yaxın canlılar meymunlardır.

Təkamülü müdafiə edən nisbətən insaflı alimlər bunun bir nəzəriyyə olduğunu etiraf etsələr də, nəzəriyyə insanlara elmi həqiqət kimi təqdim edilmişdir. Halbuki bunun yanlış olduğunu göstərən və gündən-günə çoxalan elmi dəlillər var. Bu yaxınlarda isə insanlarla meymunların genetik oxşarlığı iddiasının da yanlış olduğu isbat edildi. Məşhur “Nature” jurnalının son sayında çap olunan "Şimpanze xromosomu qarışıqlığa səbəb oldu" adlı məqalə insan və şimpanze genlərinin daha çox fərqləndiyini ortaya qoyuldu. ABŞ-da biokimya sahəsində şöhrət qazanmış prof. Mişel J. Behedən (Michael J. Behe) bu haqda müsahibə aldıq. Kitab və məqalələrində Təkamül nəzəriyyəsini tənqid edən prof. Behe müsahibəsində həyatın yaranması haqqında maraqlı açıqlamalar verdi:

Davamı →

Heyvanlar aləmi

Yer üzərində 2 milyondan çox heyvan növü mövcuddur. Onları tanımaq və öyrənmək üçün 2 böyük qrupa — İbtidailər və Ali heyvanlar qruplarına bölmüşlər. Bu şöbələr isə tiplərə ayrılır. Hazırda onurğasız heyvanların 23, onurğalıların isə bir tipi mövcuddur.
Heyvanlar Yer kürəsinin hər yerində — quruda, torpaqda, şirin sularda, dənizlərdə yayılmışlar. Onlara dəniz səviyyəsindən 8000 metr hündürlükdə və Dünya okeanının 11000 metrə çatan dərinliklərində rast gəlinir. Bir çox heyvanlar gizli həyat keçirdiklərindən onları insanlar görə bilmir. Bəzi heyvanlar çox kiçik olduğundan görünmürlər. Bir çox heyvanlara isə tez-tez rast gəlinir.
Heyvanların da bitkilər kimi, təbiətdə, insan həyatında böyük əhəmiyyəti vardır. Onların bəziləri bitkilərin tozlanmasında, toxumların yayılmasında, torpağın münbitləşməsində, gübrələnməsində iştirak edirlər. Bitkilərlə heyvanlar təbiətdə qarşılıqlı əlaqədə yaşayırlar.

Davamı →

Azərbaycanda fiziologiyanın tarixi

Dünyada qədimdən başlayaraq tarixin ayrı-ayrı inkişaf dövrlərində, tələbat və şəraitdən asılı olaraq, fizioloji fikirlər öz həqiqi inkişaf yolunu tapa bilmişdir. Azərbaycanda da fizioloji fikirlərin meydana gəlməsi və inkişafı müəyyən mərhələ keçmişdir.
Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da fiziologiya elmi ancaq XX əsrin birinci yarısından inkişafa başlamışdır.
Bakıda universitet təsis olmamışdan qabaq, azərbaycanlılardan fiziologiya sahəsi ilə maraqlananlar və bu elmə dair tədqiqat işi aparanlar olmuşdur. Belələrinə Mirzə Məhəmməd Təbrizini (1805 — 1885), İ. İbrahimovu, H.Zərdabini (1837 — 1907) və Ə.Hüseynzadəni misal göstərmək olar.

Davamı →

Bitkilər aləmi

Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.
Planetin bitki örtüyü zəngin və müxtəlifdir. Dün­yada 560 min bitki növü mövcuddur ki, onların 300 350 mini mədəni bitkilərdir.Bitkilərin əmələ gəlməsi görkəmli alim K.A. Timiryazevin kəşf etdiyi fotosintez prosesinin nəticəsidir. Fotosintez prosesində günəş enerjisinin köməyi ilə atmosfer havasındakı karbon qazı, torpaqdakı su və mineral maddələr yaşıl kütləyə çevrilir. Fotosintez zamanı ilk maddə kimi qlükoza və oksigen qazı alınır.
Yayın isti günlərində yer səthi çoxlu günəş enerjisi alır.

Davamı →
Top