Qədim natur-fəlsəfədə təbiət haqqında fikirlərə rast gəlinir. Onlar təbiət elmlərinin bünövrəsi olmuşdur. Təbiət elmləri əvvəllər təbiəti seyr etməklə, yəni müşahidə metodu ilə öyrənilirdi. Təbiəti öyrənməyin müasir metodları yarandıqdan sonra təbiət elmləri, o cümlədən biologiya elmi sürətlə inkişafa başladı.
N.Kopernikin dünyanın heliosentrik sistemi haqqında ilk təlimi təbiət elmlərinin inkişafında inqilab yaratdı. XVI — XVIII əsrlərdə təbiətin sirlərinin öyrənilməsi ilə bağlı çoxlu faktik materiallar toplandı. XIX əsrdə enerjinin saxlanması və itməməsi qanunu, canlı orqanizmlərin hüceyrə quruluşu nəzəriyyəsi,
Ç.Darvinin təkamül təlimi təbiət elmlərinin inkişafında əsaslı dönüş yaratdı.
Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. О da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir.
Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar. Böyüdücü cihazların ixtirasından sonra onları öyrənmək mümkün olmuşdur. Hollandiyada optik cihaz ustaları ata və oğul Hans və Zaxariya Yansenlər tərəfindən 1590-cı ildə ilk mikroskop tipli cihaz quraşdırılmışdır.
1. Sfaqnum hansi bitki qrupuna aiddir?
A) yosunlar B) mamırlar
C) qıjıkimilər D) çılpaqtoxumlular
E) örtülü toxumlular
9. Plaun hansı bitki qrupuna aiddir?
A) örtülütoxumlular B) yosunlar
C) qıjıkimilər D) çılpaqtoxumlular
E) mamırlar
Çiçəkli bitkilərin bütün orqanları hüceyrədən təşkil olunmuşdur. Hüceyrə orqanizmin ən kiçik bioloji vahididir. Onlar ölçülərinə, formalarına görə müxtəlifdir. Pambıq və kətan lifi hüceyrələri uzunsovdur, onların uzunluğu 4 sm-dən artıqdır. Bu hüceyrələri adi gözlə görmək mümkündür.
Bitki hüceyrələri, adətən, çox kİçİkdir. Onları adi gözlə deyil, ancaq böyüdücü cihazlarla görmək olar.
Hüceyrələr kürəvarı, oval, uzunsov, dördkünclü, çoxkünclü, ulduzşəkilli, şaxələnmiş və i.a. formada olur. Biz hüceyrənin quruluşunu soğan dəriciyindən hazırlanmış preparata mikroskopla baxdıqda görə bilərik. Bu hüceyrələr uzunsov olub bir-birinə yaxın və sıx yerləşir. Onlar içərisi selikli maddə ilə dolu xırda qovuqcuğu və ya kisəciyi xatırladır.