Sadə insanlardan tutmuş məşhur simalara qədər hər kəs müəyyən aksesuarlardan, zinət əşyalarından istifadə edir. Haqqında danışacağımız aksesuarı böyük ehtimalla əksəriyyətiniz görmüsüz. Söhbət son vaxtlarda trendə çevrilmiş qırmızı sapı xatırladan qəribə biləklikdən gedir. Hansı ki, bu biləklikdən dünya ulduzları Madonna, Coni Depp və başqaları istifadə edir. Ulduzların özlərinə normal aksesuar almağa əlbəətə ki, imkanı var. Bu biləkliyin sirri isə tamam başqadır.
Qısa və sadə dildə desək, bu, qoruyucu simvol daşıyır: nəzərdən, xəstəliklərdən, cadudan, uğursuzluqlardan. Bir sözlə, mənfi enerjini uzaqlaşdırır. Ümumiyyətlə, bu kabbalistlərin simvoludur. Bu rəvayət Praqanın yəhudi xalq əfsanələri içərisində geniş yayılıb. Əfsanə “Qolem” adlı süni şəkildə yaradılmış adam haqqındadır. Qolem Praqa şəhərinin baş ravvini, məşhur talmudçu və kabbalist Yəhuda Löv ben Betsalel tərəfindən yəhudi xalqının müdafiəsi üçün gildən yaradılmış nəhəng idi.