Piri Rəis xəritədə şərqi Avropanı və Şimali Afrikanı tamamilə düzgün bir formada göstərmişdir. Amerika qitəsi hələ kəşf edilmədən əvvəl Piri Rəis xəritəsində cənubi Amerika sahillərini də tanına bilən şəkildə göstərmişdir. Piri-Rəisin çəkdiyi xəritədə yerləşən Amerika qitəsində eramızdan əvvəl yaşamış sivilizasiyanın izləri də mütəxəsislər tərəfindən təsdiqlənmişdir. Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə çəkilmişdir. Digər maraqlı cəhət xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Antarktida dağları demək olar ki, dəqiqliklə göstərilmişdir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında оlan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə sirr olaraq qalır.
Qeyd edək ki, Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-ci ildə Qahirədə Sultan Süleyman tərəfindən edam edilmişdir.
Mənbə: /www.gsaz.az/
Normal insan özü bilmədən ildə orta hesabla 430 həşərat udur.
Bir çovdar toxumu 640 km uzunluğunda kök verə bilər.
Merkuri planetinin səthinin temperaturu gün ərzində 430 dərəcəyə qalxır; gecə isə 180 dərəcəyə düşür.
Palıd və fıstıq ağacından buxarlanan hava bir gün ərzində təxminən 100 litrə çatır.
Kəpənəklər arxa ayaqları ilə qoxu alır və sütunları toxunma ilə aktivləşir.
Sağ əlini istifadə edən insanlar solaxaylardan orta hesabla 9 il daha çox yaşayır.
Əgər ayağınıza soğan sürtsəniz, təxminən bir saat sonra dadını ağzınızda hiss etməyə başlayacaqsınız. Çünki qan damarlarınıza işləyəcək.
İnsan orqanizminin 3 sm-lik hissəsində ən az 20 milyon mikroskopik canlı yaşayır.
1. “Bitlz”dan ayrılan Pol MakKartinin ilk solo albomu yayımlananda 28 yaşının tamam olmasına bir həftə var idi.
2. Aristotelin ağır əşyalar yüngüllərdən daha sürətlə düşür arqumentinin yanlışlığını isbat edəndə Qalileyin 28 yaşı var idi.
ABŞ-ın 16-cı prezidenti olmuş Avraam Linkolnu, demək olar ki, hamı tanıyır.
Amma çox az adam bilir ki, ona saqqal saxlamağı Nyu-York ştatının kiçik bir şəhərciyində yaşayan 11 yaşlı qız məsləhət görub.
15 oktyabr 1860-cı ildə ABŞ prezidenti Avraam Linkoln Qreys Bedel adlı 11 yaşlı qızdan bir məktub alır. Bu qız Nyu-York ştatının Vestfild (Westlfield) şəhərciyində yaşayırdı və seçkilərdə Linkoln tərəfdarlarından idi. Linkolnun sifətinin çox arıq olduğunu düşünərək ona saqqal saxlamağı məsləhət görür və bunu məktubunda qeyd edir.
11 yaşlı qızın Linkolna yazdığı məktubun məzmunu belə olub: “Mənim 4 qardaşım var. Onlardan biri seçkilər keçirilərkən sizə səs verəcək. Amma siz saqqal saxlasanız, mən digər qardaşlarımı da məcbur edərəm ki, sizə səs versinlər. Siz saqqal saxlasanız daha da təmkinli görünəcəksiz. Sifətiniz çox arıq olduğuna gorə saqqal sizi daha yaxşı göstərəcək. Saqqal bütün xanımların xoşuna gəldiyi üçün onlar öz yoldaşlarını və ya istəklilərini məcbur edəcəklər ki, sizə səs versinlər. Və beləliklə də siz prezident seçiləcəksiniz”.
Tarixdə bir çox yollarnan iz qoymaq mümkündü. Kimi saraylar tikir, kimi onları sökür. Paris komunnasının inqilabçılarl olmasaydı, dünyanın ən məşhur muzeyi başqa cür görünərdi.
XVII əsr
XVI əsrə kimi Luvrun yerində əvvəl qala, sonra imarət olmuşdu. 1527ci ildə burda sarayın inşaasına başlanır. 37 ildən sonra isə Ekatirina Mediçanın əmri ilə yeni saray- Tyuiliri tikilir.(Luvrun pəncərələrindən mənzərə bu saraya açılır). Saray öz adını yerli çini material hazırlanan yerin adından götürmüşdü(tuile-çini). 1610cu ildə Sena boyunca Tyuilirinin cənub qanadını və Luvru birləşdirən yalnız bir qalera tikilmişdi. İki binanın bir qapalı kompleksə çevrilməsi haqqda memarlar iki yüz ilə qədər düşünmüşdülər.