İki min il bundan əvvəllərə qədər Nil çayı sahilində, İsgəndəriyyənin 25 kilometrliyində yerləşən Heraklion şəhəri “Misirin qapısı” hesab edilirmiş.
Bu liman şəhərindən keçərək hər gün Misirə neçə-neçə gəmi daxil olar və ya Misiri tərk edərmiş. Artıq bu şəhər mövcud deyil. Bu qədim şəhər artıq 2000 ildən çoxdur ki, dənizin dibindədir.
Qədim Heraklion şəhəri dəniz səviyyəsindən cəmi 1 metr hündürlüyündə olan bir sahədə salınmışdır. Təbii kataklizmlər, dəniz dalğaları bu şəhəri çox asanlıqla suya qərq etmişdir. İndi bu şəhər Abukir körfəzində, 6 metr dərinliyində dəniz dibindədir.
Parisdə yerləşən Avropa Sualtı Arxeologiya İnstitunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu dənizin dibində həmin şəhərin qalıqlarını tapmışlar. Suyun altında qalmış qədim şəhərin qalıqları içərisində məbəd və məbəddə qoyulmuş Yunan allahlarının qədim heykəllərinin qalıqları da aşkar edilmişdir.
Özünün romantik arzu və niyyətlərini həyata keçirmək üçün Daniel Svarovskinin ən yaxın adamları bilirdi ki, o, necə çətinliklərlə üzləşmiş, hansı risklərə getmişdir.
Yeniyetmə yaşlarından onun bir romantik arzusu vardı: maddiyyat baxımından, varlı və kasıblar arasındakı böyük bir “uçurumu” aradan qaldırmaq məqsədilə hamının ala biləcəyi brilyant yaratmaq.
Digər həmkəndliləri kimi Danielin atası da Şimali Bohemiyanın kiçik bir Georgiental kəndində zərgərlik firması üçün şüşəsdən bəzək əşyaları cilalamaqla məşğul idi və qəpik-quruş qazanırdı. Belə zənn edirdilər ki, 24 oktyabr 1862-ci ildə dünyaya gəlmiş oğlu da atasının yolu ilə gedəcək. Amma bu heç də elə olmadı. Bu yeniyetməni atasının bu cür yorucu işi əsəbləşdirir və qıcıqlandırırdı. Yeniyetmə Daniel heç də pis skripka çalmırdı. O, özünün skripkaçı peşəsini artırmaq və məşhur skripkaçı olmaq arzusunda idi. Öz həmkəndlisi olan gözəl bir qıza aşıq olmuşdu, qız isə bu kasıb skripkaçının üzünə belə baxmırdı. Belə olan halda Daniel bütün gücünü oxuyub təhsil almağa sərf edir.
Daniel təhsil almaq məqsədilə Parisə yollanır. O, kamil bir mühəndis ixtisasına yiyələnməkdən ötrü, kimyanı, fizikanı, mexanikanı və s. mükəmməl öyrənir. Qoca atası həmişə Danieli danlayardı ki, nahaqdan o təhsilə o qədər vaxt və pul sərf edir. Bu zaman Daniel gülümsəyərdi; onu hansısa bir gözəgörünməz qüvvə naməlun bir mərama tərəf aparırdı.
Toyda gül çələngini atmaq artıq ənənə halını alıb. Adətən, gül buketini ərə getmək istəyən gənc qızlar tutur.
Yuta ştatının sakini 37 yaşlı Cemi Cekson isə bu vaxta kimi nə az nə çox, düz 46 dəfə gül buketini tutsa da, hələ də subaydır. “Buket qatili” adı verilmiş qadın 1996-cı ildən bəri gül çələnglərini tutub. Hələ də, subay həyat tərzi sürən qadın gül buketini tutmağı idmanla müqayisə edir və ərdə olmadığına görə narahatlıq keçirmir.
Hər şey 1996-cı ildə Ceminin əmisi qızının toyundan başlayıb. O deyib: “Mən təbiətən rəqabət aparan insanam. Ona görə də təzə gəlin gülü atanda onu tutmağı özümə borc bildim. Bəzi subay qızlar gülü tutmaqdan utanır, lakin mən utanmadım. Toydan sonra belə qərara gəldim ki, gül buketini hər zaman tuta bilərəm”.
Minakşi məbədi Hindistanın Tamilnad ştatında yerləşir. 1310-cu ildə tikilmiş məbəd dəfələrlə işğalçıların hücumuna məruz qalsa da, dövrümüzə qədər gəlib çata bilib. Məbədin xarici görünüşü turistlərin diqqətini xüsusilə cəlb edir. Bu da əbəs deyil. Belə ki, məbəd xaricdən biri digərindən tamamilə fərqlənən minə yaxın kiçik heykəllərlə bəzədilib.
Orqanizmdə baş verən kiçik problemlərin öhdəsindən gəlməyə tez bir vaxtda kömək edəcək insan bədənindəki «fənd»ləri bilmək işinizə yaraya bilər.
Dişiniz ağrıyırsa, buz parçasını baş və şəhadət barmağınız arasındakı v-şəkilli hissəyə sürtün. Əldəki keyimə diş ağrısının intensivliyini azaldacaq.
Yer kürəsinin əhalisi yüksək sürətlə artmaqdadır. Hazırda planetimizdə 7 milyard insan yaşayır. Lakin yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalan xalqların da sayı az deyil.
Xalqların yer üzündən silinmək təhlükəsi daha çox qloballaşma və assimilyasiya ilə bağlıdır.
Samburu. Keniya ərazisində yaşayır. Sayları 160 mindir.