Sevdiyimiz, həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız maşınların markalarının nə məna daşıdığını bilirsiniz? Avtomobil markaları ilə bağlı ən maraqlı faktları sizlərə təqdim edirik.
«Mitsubishi»- Yaponiyanın nəhəng şirkətlərindən olan «Mitsubishi» adını qədim yapon savaşçıları olan samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.
«Mercedes-Benz» — avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına «Mercedes» adını qoydular.
«Mazda»- Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb.
«Hyundai»- Koreya dilində «modern, çağdaş» deməkdir.
«Kia» — Koreyanın ikinci böyük avtomobil şirkətinin adı «Asiyada doğulan» deməkdir.
«Cadillac» — 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Cadillacdan götürüb.
«Pontiac» — məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb.
Futbol komandasında oyunçuların sayının 11 nəfərdən ibarət olması fikrini ilk dəfə ingilislər, daha dəqiq desək, ingiltərəli tələbələr irəli sürmüşlər.
Əvvəllər futbol oyunu bir kütləvilik təşkil edirdi hətta, futbol oyunu kütləvi bir döyüş meydanını xatırladırdı. Məsələn: 1570-ci ildə sənətkarların təşkil etdikləri kütləvi futbol oyunu çoxlu yaralı və bir neçə nəfərin ölümü ilə nəticələnmişdir. İdmana yaraşmayan bu cür xoşagəlməz hallar çoxlarının hiddətinə səbəb olurdu. Kral VIII Henrix isə 1542-ci ildə belə bir vəhşi idmanın oynanılmasını yasaq etmişdir və bu qadağaya əməl etməyənləri həbsxana gözləyirdi. Kral VIII Henrix sərəncamında bele yazmışdır: — “ Bu cür vəhşi, qanlı və düşmənçilik yaradan oyunu bir daha heç kəs oynamayacaq!”. Bu qadağa 1842-ci ilədək qüvvədə olmuşdur. 1842-ci ildə isə formal olaraq qadağa ləğv edilmişdir.
Köhnəlmiş kral qadağasının ləğvindən bir müddət sonra Kembric Universitetinin tələbələri 1848-ci ildə futbol oyununun sivil qaydalara uyğun olan nizamnaməsini tərtib etmişlər. Bu qaydalar da, demək olar ki, humanizmə tam cavab vermirdi. Çünki bu qaydalara görə, rəqib oyunçuya badalaq vurmaq, əllə tutub saxlamaq, ayağına təpiklə vurmaq yasaq deyildi.
Futbolun yaranma tarixi 1863-cü il hesab olunur. Çünki həmin ildə ilk Futbol Assosiassiyası yaradılmış və indiki qaydalara uyğun gələn qaydalar tətbiq olunmuşdur. Bu qaydalar içərisində Kembric tələbələrindən qalan bircə qayda var idi, o da — oyunçuların sayının 11 nəfər olması. Bəs, Kembricli tələbələr nədən – “komandada oyunçuların sayı 11 nəfər olsun “- qaydasını qoymuşlar?..
14 Noyabr 1902ci ildə ABŞın 26cı prezidenti Teodor Ruzvelt Missisipi və Luzina ştatlarına onlar arasında yaranan gərginliyi aradan qaldırmaq üçün səfər edir. Bildiyimiz kimi, Ruzvelt böyük ov həvəskarı olub və buna görə də o, buralarda ayı ovuna çıxır. Lakin bu dəfə bəxt üzünü Ruzveltdən döndərmişdi.
O, bir neçə saat ərzində heyvanın izinə düşə bilməmişdi. Onda onunla ovda olanlardan biri balaca bir ayı taparaq onu “təsadüfən” Ruzvelt olan yerə gətirməyə qərar verir.
Balaca ayını tapıb həmin sahəyə gətirirlər, hətta onu bir ağaca da bağlayırlar. Əlbəttə ki, prezident dərhal söhbətin nə yerdə olduğunu anlayır.
O, sevinməməklə yanaşı onu belə qəddar hesab etdikləri üçün hətta qəzəblənir: “Ayını buraxın! Mən ağaca bağlanmış ayını öldürən deyiləm.” Karikaturaçı Klifford Berriman bu hadisə haqqda o zaman prezidentin yanında olan jurnalistlərin dilindən eşidir.
NASA-nın “Curiosity” aparatı Mars atmosferində metanın sıçrayışlarını ölçüb və Kamberlend qayasının qazılması zamanı çıxarılmış nümunələrdə üzvi molekullar aşkar edib. Bu barədə Trend NASA-nın saytına istinadən məlumat verir.
Bu, planetdə keçmişdə və indi həyatın mövcud olduğunu göstərir.
“Curiosity” aparatını idarə edən alimlər hələlik Marsda qazın mənbəyini göstərə bilmirlər; qaz həm bioloji, həm də qeyri-bioloji xarakterdə ola bilər. Lakin Yerdə metan qazının 95 faizi mikroorqanizmlərdən daxil olur. Metanın heyvan mənşəli olduğunu sübut etmək üçün əlavə araşdırmalar tələb olunur.
Qayanın qazılması zamanı tozaoxşar şəkildə aşkar edilmiş və karbon qazını özündə saxlayan molekullar Marsda mikroorqanizmlərin mövcudluğunu sübut etməyə bilər. Lakin onlar Marsda həyatın yaranması üçün əlverişli şərtlərin olduğunu göstərirlər.
Oxaquro
Orta Əsr Yaponiyasında qadınlar və kişilər öz dişlərini qara rəngə boyayırdılar. Meydzi dövrünə qədər (1868-1912) Yaponiyada, Çinin cənub-şərq əyalətlərində oxaquro- dişləri qaralamaq kimi məşhur adət mövcud idi.
Bunun üçün əsası tünd-qəhvəyi rəngdə olan dəmir ərintisini sirkə turşusunda qatışdırdırıb xüsusi məhlul hazırlayırdılar. Sonra məhlula xüsusi otlar əlavə edərək onu tamamilə qaraldırdılar. Alınmış məhlul tamamilə qara rəngdə olurdu və suda həll olmurdu. Adətən bu məhlul gündə bir dəfə dişə çəkilirdi.
Xeyan dövrünün (794-1185) sonunda zadəgan ailələrindən olan yetkinlik yaşına çatmış kişi və qadınlar dişlərini bu rəngə boyayırdılar. İlk növbədə bu gözəllik məqsədi ilə edilirdi. Həmçinin bu məhlul dişlərdə kariyesin əmələ gəlməsinin qarşısını alırdı. Həmçinin ərli qadınlarda qara rəngin tündlüyü ərlərinə olan sadiqlikdən xəbər verirdi.
Məşhur Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart əslində italyan əsilli imiş. Hətta onun italyan olduğuna və uşaqlıqda Fransaya nifrət etdiyinə dair bir çox iddialar vardır. Çünki o, Korsikada doğulmuşdu və məşhur sərkərdə olduğu illərdə bu ada, italyanların əlindən fransızların əlinə yenicə keçmişdi.