1. Adolf Hitler (1889 – 1945)
Əvvəlcə intihar etdiyini dedilər, səhəri gün alman radioları döyüşlərdə öldüyünü dedilər. Sonra Stalin Hitlerin Argentinaya qaçdığını iddia etdi. Ruslar Hitler və arvadının meyitindən parçalar götürüb ekspertiza nəticəsində onlara aid olduğunu sübut etmişdilər. Buna baxmayaraq sonrakı illər ərzində Hitlerin dünyanın müxtəlif yerlərində görüldüyü iddia olundu. İkinci Dünya müharibəsinin bitməsindən bu günə qədər Hitlerlə bağlı xəbərlər çıxmaqda davam edir.
Qrafina Batori: 17-ci əsrdə Macarıstanda 650-dək adamı qətlə yetirmişdir.
Erjebet Batori Şərqi Avropanın ən hörmətli sülaləsinin nümayəndəsi olmaqla yanaşı tarixdə, qatillərin şahzadəsi də sayılıb. Ərini itirdikdən sonra, gənc qrafina gənc qızlara əzab verməklə əylənirdi. O əzab verir, öldürür və hətta qızların qanından vanna qəbul edirdi. Deyilənə görə, ailənin kişilərindən biri qrafiniyanı cinayət üstündə yaxalamış və aydın olmuşdur ki o 650-dək gənc qızı belə qətlə yetirmişdir. Cinayətin üstü açıldıqdan sonra Qrafiniyanı şəxsi sarayının zirzəmisində divara hörmüşlər.
Saltçixa: 18-ci əsrdə Rusiyada 140-a qədər insanı qətlə yetirmişdir.
Dariya Nikolayevna Saltıkova rus mülkədarı. Ərini itirdikdən sonra o da öz qulluqçularını qətlə yetirirmiş. Dariya qızlara kəsici alətlərlə əzab verdikdən sonra nökərlərinə verərək qızı ölənəcən qırmanclatdırırdı. Bundan xəbər tutan Rusiya hökümdarı Yekatirina özü şəxsən onu cəzalandırmışdır. Dariyadan bütün mülk, titullarını almış və ömürlük monastırın yeraltı zindanına salınmışdır. O məhkumluqdan sonra 33 il yaşamış, ölənəcən əməllərindən peşman olmamışdır.
Bəşər tarixi ərzində insanlar ömürlərini uzatmaq üçün minlərlə üsuldan istifadə etmişlər və son dövrlərdə səhiyyə sahəsində əldə edilən naliyyətlər də bu arzunu reallaşdırmaqda insanlara kömək etməkdədir. Lakin elə insanlar da vardır ki, uzun ömürlülük sanki Allahın neməti kimi onlara bəxş edilib. Hazırda yer üzündə yaşayan 19-cu əsrin son 5 sakini qalıb. Belə ki, məlumata görə, onların yaşı 100-dən yuxarıdır. 115 yaşlı ABŞ vətəndaşı Suzanna Muşat Counz 1899-cu ildə anadan olub. 11 uşaqlı ailədə böyüyüb. Özünün isə övladı olmayıb. 2000-ci ildən bəri o, görmə və eşitmə qabiliyyətini itirib.
Keçəm həftə ərzində dünyanın müxtəlif yerlərində çəkilmiş ən yaxşı xəbər fotoşəkillərini kayzen.az saytı olaraq təqdim edirik.
Meksikada yerləşən Teacher Training Collage'nin 43 şagirdinin sentyabr ayında yoxa çıxmasına etiraz edən valideynilər və fəallarla polis əməkdaşları arasında qarşıdurma. Yerli prokurorlar polisi cinayət dəstələri ilə əməkdaşlıqda günahlandırırlar.
Bərbərlik (dəlləklik) – qədim və hörmətli peşələrdəndir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan bu peşəyə də həmişə hörmətlə yanaşılmışdır.
Bu peşəyə hörmət tək xarici görünüşə qulluqla bağlı olmamışdır. Belə ki, Yaponiyada Edo (1603-1867) dövründə (Edo o zamanlar Yaponiyanın baş şəhəri olub) kişilər alınlarını, başlarını qırxdırırdılar və saçların qalan hissəsini də müəyyən edilmiş ciddi formada yığırdılar. Bu səbəbdən bərbərlərin işləri həmişə çox olurdu və bərbərlərə həmişə ehtiyac olurdu. Həm də dəlləklər bütün günü müştərilərlə söhbətlər edib, çənə vururdular. Belə ki, dəlləklərin hər şeydən, hər yerdən, bir sözlə, bütün olanlardan məlumatları olurdu. Bu səbəbdən də Edo şəhər hakimiyyəti dəlləklərin boynuna bir “vəzifə” də qoymuşdur ki, hər gün bütün eşitdikləri, bildikləri, gördükləri haqqında hakimiyyət nümayəndələrinə məlumatlar versin. Bu da ondan irəli gəlmişdir ki, o zamanlar Edo şəhərindəki evlərin əksəriyyəti bir-birinə çox yaxın və taxtadan idi. Demək olar ki, hər gün dəhşətli yanğınlar baş verirdi və yanğınlar ölümlərlə nəticələnirdi.
Bəlkə də, bəzilərinin adını belə indiyənə kimi eşitməmisiniz. Amma hamısı hiss etməsək də həyatımızda ciddi bir rol oynayır. Kayzen.az saytı olaraq dünyanın ən bahalı 11 maddəsi sizlərə təqdim edirik. Siyahıda elə maddələr var ki, qiyməti ilə qızılı belə geridə qoyur ...
Zəfəran: Zəfəran yeməklərə qatılan olduqca bahalı bir ədviyyatdır. Bu məhsulun qramı 11 dollardan satılır. Zəfəranın vətəni Cənub-qərb Asiyadır. Becərilməsinə ilk olaraq Yunanıstan ətrafında başlanılmışdır. Yarım kiloqram zəfəran üçün 80.000 çiçək emal etmək lazımdır. Öz ağırlığının 100.000 qatı olan suyu sarı rəngə boymaq iqtidarındadır.
Okeanın sahilində yerləşən “Teylor Kamp” adlanan yer siyasətdən, qayda-qanunlardan, etik normalardan kənar bir yaşayış yeridir. Asosial mühiti özündə əks etdirən bu cəmiyyətdə pul, geyim, texnologiyalar heç bir rol oynamır.
“Teylor Lageri”nin əsası 1969-cu ildə qoyulub. Həmin dövrdə ABŞ polisi və siyasətinin əlindən təngə gələn şəxslər məhz bu lagerdə özlərinə sığınacaq tapıblar. Evlərini və ailələrini tərk edən insanlar Havayda bərqərar olublar. Sözügedən məkanı real dünya ilə birləşdirən yeganə ortaq cəhət okeanda yerləşdirilən mayak idi.
“Biz anti-hərbi hərəkatının üzvləri idik. Berklidə elə zorakı ab-hava var idi ki, Berkli hər an məhv ola bilərdi. Bizim iki seçimimiz var idi: ya əllərimizə silah alıb müharibəyə qoşulmalı idik, ya da şəhəri tərk etməli idik”. – bunu məlum hadisələr zamanı Berklini öz həyat yoldaşı Viktorla tərk edən Sandra Şaub deyir. “Bu səbəbdən biz şəhəri tərk edib Avropaya üz tutmaq qərarına gəldik. Daha sonra isə ağlımıza bir fikir gəldi: Biz ki heç vaxt Havayda olmamışıq. Biz Avropaya da, Asiyaya da, Havay adasına da üz tuta bilərdik. Lənət şeytana, o an yaşadıqlarımız bizə düşünməyə imkan vermirdi”.