* 1840-cı ildə ABŞ başçılığına seçilən William Henry Harrison, çox soyuq bir gündə Vaşinqtonda açıq havada təşkil edilən vəzifəyə başlama mərasimində şapka və palto geyməyi rədd edərək etdiyi uzun danışma nəticəsi sətəlcəm oldu. Yeni başçı yalnız bir ay vəzifə yerinə yetirdikdən sonra öldü
* 1932-ci ildə Los Angeles olimpiadalarında Fransız atlet Jules Miladın disk atmada qırdığı olimpiada rekordu sayılmadı. Çünki atışı izləməsi lazım olan bütün hakimlər, sırıkla yüksək atlama yarışmasını izləmək üçün arxalarını dönmüşdülər.
Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belcikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı «Ginnesin rekordlar kitabı»na düşmüş ilk azərbaycanlıdır. Həmvətənimiz 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) cəkməklə bu şərəfə nail olub. F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib. Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. Həmyerlimiz 2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur «Belqium» muzeyində Belcika kralicası Fabiolanın rəsmini cəkib. Əsər kralicanın cox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib. Vətənimizin Belcikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.
Edilən bir araşdırmaya görə qorxu filmi izləyərkən bədəndə baş verən reaksiyalar sayəsində, oturduğunuz yerdə kalori itirmək mümkündür.
Westminster Universitetində hüceyrə və psixologiya sahəsində mütəxəssis olan həkim Richard McKenzie vəziyyəti belə aydınlıq gətirir: «Qorxu filmi izlədiyimiz zamanı bədəndəki qan axışı sürətlənir, ürəyə daha çox qan vurulur, beləcə bədəndə adrenalin artır. Qısa davamlı stress anlarında, yəni qorxu filmi izlərkən qorxduğumuz anlarda artan bu ani adrenalin səviyyəsi iştahı kəsir, əsas metabolik prosesləri artırır. Qısacası bədənimizdə inkişaf edən bu bütün hadisələr əsnasında ciddi kalori itirilməsi reallaşır.»
Araşdırmanın tətbiq qisimində görüldüyü üzrə, ən məşhur qorxu filmlərindən biri olan «The Shining» izləyərkən yandıracağamız kalori sayı tam 184-dür. İşin maraqlı yanı bu qədər kalori yandırmaq üçün edilməsi lazım olan vaxt normalda 30 dəqiqəlik bir müddətdir. Bu araşdırmayla da, doxsan dəqiqə boyunca oturduğunuz yerdə film izləyərək kalori yandırmağımızın mümkün olduğu sübut edildi.
Özünüzü stressli hiss etdiyiniz zamanlarda lavanta, limon, mango ya da digər xoş ətirli bitkilərin köməyiylə stressdən uzaqlaşa bilərsiniz .
Yapon elm adamları, bəzi ətirlərin gen hərəkətliliyini və qanın kimyasına təsir edərək stress səviyyəsini azaltdığını qarşıya qoyan ilk elmi dəlilləri ortaya çıxardılar. Bu tədqiqat Journal of Agricultural and Food Chemistry adlı jurnalda nəşr olundu.
Yeni araşdırmaya görə, Akiio Nakamura və qrupu, insanların qədim zamanlardan üzü bəri stressi azaltmaq, depressiya ilə başa çıxmaq və yuxu keyfiyyətini artırmaq məqsədiylə bəzi bitkilərin ətirlərini istifadə etdiklərini ifadə etdi.
1984-cü ildə fotoqraf Steve McCurry çəkdiyi " Əfqan Qızı " başlıqlı portreti indiyə qədər nəşr olunan ən məşhur National Geographic üz qapağı olmuşdur. 2002-ci ildə McCurry məşhur portretin sahibini yəni Peştun mənşəli Əfqan qızı Şərbət Gulanı tapdı və onun hekayəsini öyrənməyi bacardı. Daha sonra National Geographic McCurry-nin çəkdiyi şəkli, Gulanın axtarış müddətini və həyat hekayəsini izah edən ovsunlayıcı bir yazı nəşr etdi.
«Yaşıl gözlü qadın və fotoqraf arasındakı birləşmə səssizdir. Evli qadınlarla bağlı mədəni ənənələr sərtdir. Qadın ərindən başqa bir adama baxmamalı və gülümsəməməli idi. Qadın McCurry-ə gülümsəmədi və ifadəsi sabit oldu. O, şəklinin nə qədər adama təsir edəcəyini anlaya bilməzdi. O, gözlərinin gücünü bilmirdi. „
Gulanın həyatında ilk dəfə şəklini çəkən McCurry tam 17 il sonra Əfqan Qızının fərqli şəkillərini çəkdi.
1.Portuqaliyada yağış işə getməmək üçün üzrlü səbəb hesab olunur.
2.Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.
3.Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.
4.Əslində yağışın iyi yoxdur. Yağışın ətri dediyimiz iyi əslində aktino və sianobakteriyalar ifraz edir. Yağışa iy verən maddə geosmin adlanır.
5.Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki ölkədə ildə 250 gün yağış yağır.
Görəsən insanlar ölüm ayağında olarkən ən çox nə haqda düşünürlər? Nəyə görə peşmanlıq keçirirlər?
Bu yaxınlarda Avstraliyada çıxan bir kitab məhz bu mövzudan bəhs edir. Kitabın müəllifi ölüm ayağında olan xəstələrlə işləyən tibb bacısı Bronni Varedir. O, təqaüdə çıxdıqdan sonra öz təcrübəsindən yararlanaraq insanların ölüm ayağında olarkən, son günlərini yaşayarkən ən çox nəyə peşman olduğunu yazıb.
Eyfel qülləsi — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir.
«Eyfel» adı qülləyə onu inşa edən memarın — Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni «300 metrlik qüllə» adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayı nın yaxınlığında yerləşir.
Eyfel qülləsi 1887 –1889 cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atmışlar. Bu mərasim 1789 – cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi.
Göz rəngləri hər şeyə təsir edər. Çünki göz çox əhəmiyyətlidir. Ruhani təsirlərin xaricə vurmasıdır. Təbii ki, içəridə olana da göz necə təsir edirsə rəng də təsir edir. Butun bunların hamısının Metafizikada yeri var. Bir insanı tanımaq üçün ən az 10 il lazımdır. Amma bəzi ipucları var, gözün şəkli kimi rəngi də əhəmiyyətlidir. Bir sənətçinin əl forması fərqli olduğu kimi gözün forması də adamın xarakteri haqqında ipucu verir. Eyni şey rənglərə də aiddir.
Qara gözlü insanlar: çox həyəcanlı tiplərdir. Lakin nizamlıdır, verdiyi sözü tutur, emosionaldır, keçmişdə olanları tez unutmaz, intiqamçıdır, güclü xarakterlidir.
Mavi gözlü insanlar: macəraçı, çox enerjili insan tipidir, çox mehriban, qarşılıq gözləməz, həqiqətləri asanlıqla görməz. Diqqətli olmaq lazımdır. Şüşəyə baxar şüşə qırar, insana baxar insan yıxılar.
Yaşıl gözlü insanlar: qəlb qırmaz, təbiətə düşkün, bəzən əsəbi ola bilərlər, yaxşı yoldaş olarlar.
Qəhvəyi gözlü insanlar: dediqodunu sevirlər, biraz xəbərçidirlər, ortalığı qarışdırarlar, qürurludurlar, bir birə üçün yorğan yandırarlar, sabit fikirlidirlər, inadçıdırlar.