Maraqlı faktlar kateqoriyası üzrə məqalələr

Sürətli oxuyan dahilər

Stalin1. Maksim Qorki bir dəqiqədə dörd min söz oxumağı bacarırdı.
 
2. Napoleon bir dəqiqəyə 2 min söz oxuya bilirmiş.
 
3. Tom Edison bir dəfəyə 203 sətir oxuya bilir. Oxuduqlarının 90 faizə qədərini yadında saxlayır.
 
4. Balzak yarım saata 200 səhifə oxuya bilib.
 
5. Rubakin 250 min kitab oxuyub.
 
6. Stalin istə bir günə ən azı 400 səhifə oxuyub.
 
7. Qaon 2500 kitab oxuyub və hər sözü səhifəsinə qədər yadında saxlaya bilib.

P.S: İnsanların əksəriyyəti bir dəqiqəyə 180-200 söz oxuyur. Sürətli oxu zamanı anlama səviyyəsi 80% olur.
Davamı →

Mersedes – Benz simvolunun sirli tərəfləri

Rəsmi məlumatlara əsasən, Mersedes –Benz simvolu üç təbii ünsürə işarədir – Su, torpaq, hava. Amma bu simvolun arxasında başqa mənalar da gizlənir.
Gəlin bu istiqamətdə axtarışlar aparaq və bu simvolun nə demək olduğunu, nə məna daşıdığını araşdıraq.

Simvolu əhatə edən dairə — hərəkət simvolu, yəni-təkər deməkdir. Dairə — həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə, dairə — mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının, — “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı”- demək olduğunu deyənlər də çoxdur.
Davamı →

Dünyanın ən istedadlı uşaqları

Farrel Vu
Business Insider jurnalı Farrel Vunu dünyanın ən ağıllı və istedadlı uşaqlarından biri adlandırır. 2012-ci ildə AustralianMathematicCompetition (AMC) nüfuzlu riyaziyyat yarışmasında iştirak edir və təcrübəli riyaziyyatçıları qabaqlayaraq birinci yeri tutur. Vunun bir yaşı olanda o, riyazi məsələləri həll edirdi, üç yaşında isə artıq birjada ticarətdə iştirak edirdi, 10 yaşında olanda onu Miçiqan Universitetinə qəbul edirlər. Orada o, bank işini və investisiyanı öyrənirdi.
Farrell Wu
Davamı →

İmelda Marcos Sindromu-Ayaqqabı asılılığı

Ayaqqabı asılılığı sindromu olan “İmelda Marcos Sindromu”  adini Fillippini köhnə diktatoru Ferdinand Marcosun həyat yoldaşı İmelda Marcosdan alıb.

Ferdinand Marcosun başçılığı zamanında xalq  çox ağır yoxsulluq keçirərkən Marcos  cütlükləri lüks həyatlarından heç əl çəkmirlər.

İmelda Marcos Avropa və Amerikda 5 milyon dollarlıq alş-veriş səyahətlərinə çıxır. Bu vəziyyətə dözə bilməyən xalq üsyan edir və Marcos hakimiyyəti ilə lüks həyatı sona çatır. Hökümət dağılıb, Marcosun malikanəsinə basqın edildikdə Filippin televiziyası qarşılaşdıqları ayaqqabıları bütün dünya  xəbər agentliklərinə flaş xəbər olaraq keçir.

Filippin, Marikinada açılan ayaqqabı muzeyində İmelda Marcosun 2700 cüt ayaqqabısı sərgilənir. Buna bağlı olaraq da Marikina, Filippinin ayaqqabı paytaxtı olaraq bilinir.

Davamı →

Mən daha gözələm


İnsanların çoxu özünü daha gözəl hesab edir. Çikaqo universitetindən olan Nikolay Epli və Virciniya universitetindən olan Erin Uitçerç insanların özlərini həddən artıq qiymətləndirməsinin nə dərəcədə olduğunu öyrənməyi qərara aldılar.

Alimlər könüllülərin şəkillərini çəkib, kompüter vasitəsi ilə bu şəkillərdəki insanların sifət cizgilərindəki qüsurları siliblər. Nəticədə hər iştirakçının iki şəkli hazır idi: birində insan real görsənirdi, o birisində isə —  qırışlarsız, xalsız və digər kiçik qüsurlarsız. Bundan sonra alimlər həmin könüllülərə fotoların ikisini də göstərib, onlardan original fotonu seçmək xahiş ediblər. İştirakçıların çoxu daha gözəl görsəndikləri şəkli səçib.

Davamı →

Pul sistemi bağlı maraqlı məlumatlar

* Dünyada ən qəribə ad qazanmış qəpik XVI əsrdə Macarıstanda buraxılıb — «qazetta».
 
* XIX əsrin əvvəllərində Alyaskada dəri pullardan istifadə olunub.

* Dünyada ilk kredit kartı 1951-ci ildə «Amerikan-ekspress» şirkəti tərəfindən buraxılıb.

* 100 dollardan ibarət 1 milyon dollar pulun çəkisi 10 kiloqram, 1 sentlərdən ibarət bu həcmdə pulun çəkisi isə 246 tondur .

* Kaliforniya ştatı müstəqil dövlət olsaydı, dünyanın iqtisadi inkişafına görə ilk beşliyində yer alardı.

* Dünyada qədim Afina kəsinə ödənilən məbləğ rekord sayılır — 314 min dollar.

* 10 milyon dollara görə hər 14 adamdan biri istənilən şəxsi öldürməyə hazırdır.

Davamı →

Hindistan küçələrinin zir-zibili təmizləyən Rolls Royce avtomobili

Bir gün Hind kralı Jai Singh London küçələrində adi paltarda gəzərkən Rolls Royce avtomobilinin satışına rast gəlir. Yaxınlaşıb qiyməti və haqqındakı digər məlumatlarla maraqlanmaq istəsə də, satıcı onun kasıb bir hindli olduğu zənn edir və dükandan qovur.
Bir neçə saatdan sonra öz təntənəli libasında geri qayıdan kral salondakı 6 avtomobilin hamısını alır. Ona edilən hörmətsizliyə cavab olaraq maşınları Hindistana aparıb orada kommunal şöbənin ixtiyarına verir. Nəticədə bu maşınlar gördüyünüz şəkildə Hindistan küçələrindəki zir-zibili təmizləməkdə istifadə edilir.
Bu hadisə firmanın bütün uğurlarını alt-üst edir. Daha sonra üzrxahlıq edərək yenidən nüfuzlarını bərpa edirlər.

Bir gün Hind kralı Jai Singh London küçələrində adi paltarda gəzərkən Rolls Royce avtomobilinin satışına rast gəlir. Yaxınlaşıb qiyməti və haqqındakı digər məlumatlarla maraqlanmaq istəsə də, satıcı onun kasıb bir hindli olduğu zənn edir və dükandan qovur.

Bir neçə saatdan sonra öz təntənəli libasında geri qayıdan kral salondakı 6 avtomobilin hamısını alır. Ona edilən hörmətsizliyə cavab olaraq maşınları Hindistana aparıb orada kommunal şöbənin ixtiyarına verir. Nəticədə bu maşınlar gördüyünüz şəkildə Hindistan küçələrindəki zir-zibili təmizləməkdə istifadə edilir.

Bu hadisə firmanın bütün uğurlarını alt-üst edir. Daha sonra üzrxahlıq edərək yenidən nüfuzlarını bərpa edirlər.
Davamı →

Sərkərdənin qəbri açılarsa

Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yeni müharibələr ola bilər. 1941-ci ildə Əlişir Nəvainin 500 illik yubileyi ərəfəsində təşkilat komitəsinə Teymurun məqbərəsini açıb materialları tədqiq eləməyə icazə verildi. Qazıntılar 16 iyunda başlayır. Əvvəl nəvəsi Uluqbəyin oğullarını, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxarırlar. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, kamfora, qızılgül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Alimlər iyunun 21-dən 22-nə keçən gecə Teymurun sərdabəsinə düşürlər. Bundan bir saat keçmiş Almaniya SSRİ-yə hücum haqqında elan verir. Buna baxmayaraq, Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilir. Stalin taleyini bir az da sınamaqdan çəkinib sümüklərini yerinə qaytarmaq əmri verir.

Davamı →

Dünyanın ən sağlam mətbəxi

Forbes-in açıqlamasına görə dünyanın ən faydalı və sağlam mətbəxi-yapon mətbəxidir. Yaponiya həmçinin uzun ömürlü insanların vətəni kimidə seçilir. Yapon mətbəxində istifadə olunan ərzaqların böyük əksəriyyətini kələmin bütün növləri və balıq məhsulları tutur.

Yaponlar eləcə də qarabaşaq unundan olan ərişdən bəyənirlər, hansı ki, mikroelementlərin mənbəyi hesab olunur. Və ən vacib nüans: Yaponlar heç vaxt tam doyana kimi yemirlər, buna görədə onlar həmişə fiziki cəhətdən formada olurlar.

Çin mətbəxi isə bu kateqoriya üzrə 3-cü yer tutur. Orta uzunömürlülük bu ölkədə 73 yaşdı və sadəcə əhalinin 1,8%-i artıq çəkidən əziyyət çəkir. İqlimlə əlaqədar bu ölkədə çox tərəvəz və meyvə yoxdur. Lakin qidalanmanın əsasını balıq yeməkləri, keyfiyyətli süd məhsulları, qara çörək təşkil edir.

Yaxşı mətbəx kimi Aralıq dəniz ölkələrinidə-İspaniya və İtaliya mətbəxini hesab edirlər. Bu ölkələrin mətbəxlərinin əsasını zeytun yağında hazırlanmış qidalar və dəniz məhsulları təşkil edir.
Davamı →

Sirli Misir ehramları

Misir ehramları bəşəriyyət tarixinin ən sirli tikilisi desək yəqin yanılmarıq. Tikilməsindən min illər keçməsinə baxmayaraq, ehramlar haqqında çoxsaylı əfsanə və fərziyyələr irəli sürülüb. Onlardan biri də ehramların tikilişində yadplanetlilərin misirlilərə kömək etmək fərziyyəsi olub. Həqiqətən də, bir sıra maraqlı faktlar bu nəzəriyyəni sübuta yetirə bilər. Məsələn, yay vaxtı doğulan günəş iki Xeops ehramı arasında olur. Bu planı qurmaq üçün misirlilər ilin 365,25 gündən ibarət olduğunu və təqvimi mükəmməl bilməli idilər. Bundan əlavə, digər ehramlar dağıldığı halda, Xeops ehramının heç bir zərər görməməsi naməlum olaraq qalır. Çoxsaylı nəzəriyyələrə baxmayaraq hələ də ehramların tikilişində istifadə olunan daşların necə qaldırılmasının sirri açılmayıb. Çünki bu daşların qaldırılması üçün təkər icad olunmalı idi və o zaman icad olunmamışdı.

Davamı →
Top