Bu zaman xoruzlar günün bütün vaxtı banlasa da, çoxu Günəş doğarkən banlayıb. Günəş işığı görmədən 2 həftə qaranlıq otaqda saxlanılan xoruzların bioloji ritmləri getdikcə pozulub və onlar daha az banlamağa başlayıblar.
Daha 2 həftə qaranlıq otaqda qalan xoruzlar 24 saatlıq bioloji ritmlərini tamamilə itirib və nəticədə Günəşin çıxmasını ayırd edə bilməyiblər. Ümumilikdə, 1 aya yaxın qaranlıq otaqda saxlanılan xoruzların işıq görmədikləri üçün bioloji ritmlərinin tam pozulduğu məlum olub. Bu ritmin yenidən işə düşməsi üçün xoruzların işığa ehtiyac duyduqları öyrənilib.
Çox az adam tapılar ki, məşhur xəfiyyə Şerlok Holmsı tanımasın və ya onun haqqında eşitməsin. O, sirli və çox dolaşıq cinayət hadisələrinin üstünün açılmasında mahir usta olub.
Onun haqqında neçə-neçə povestlər yazılıb, seriallar çəkilib.
İngiltərənin paytaxtı Londonda Beyker-stritdəki evlərin birinin divarında memorial lövhədə belə yazı vardır: “ Məşhur xəfiyyə Şerlok Holms 1881-1903- illərdə bu evdə yaşamış və işləmişdir.” Lövhədəki bu yazını oxuyan hər bir kəsdə belə bir fikir formalaşır ki, Şerlok Holms əsər qəhrəmanı yox, həqiqətən yaşamış məşhur xəfiyyə olub. Amma Londonda, Beyker –stritdə belə bir memorial lövhə asılsa da, əslində belə bir adam olmamışdır. Şerlok Holms adlı məşhur xəfiyyə, yazıçı Artur Konan Doylun əsər qəhrəmanıdır.
Artur Konan Doylun muasirlərinin yazdıqlarına görə, xəfiyyə Şerlok Holms, elə Artur Konan Doylun özü olmuşdur. Artur həqiqətən, çox ağır, açılması çox müşkül olan, dolaşıq neçə-neçə cinayət işlərinin açılmasında iştirak etmış və bu cinayətlərin üstünü çox məharətlə açmışdir.
Xeyirxahlıq yaxşı keyfiyyətdir. Bu, yalnız ümumbəşəri deyil, həm də sağlamlıq nöqteyi-nəzərindən də faydalıdır.
ABŞ-ın Buffalo Universitetinin alimi Maykl Poulinin apardığı beş illik tədqiqat alicənab insanların digərlərindən daha çox yaşadıqlarını sübut edib.
Məlum olub ki, stress vəziyyətində olan insanlara kömək etmiş şəxslər üzünömürlü olurlar. Qeyd edək ki, tədqiqat zamanı stress vəziyyətinə ağır xəstəlik, soyğunçuluq, işdən çıxarılma, maliyyə çətinlikləri və ya ailə üzvünün ölümü aid edilib.
Tədqiqatda iştirak edən könüllülər son 12 ay ərzində dostlara, qonşulara və ya qohumlara necə tez-tez kömək etdikləri barədə danışıblar.
Poulinin sözlərinə görə o, beş illik müşahidələr zamanı xeyirxah insanların stressin öhdəsindən daha asan gəlmələrini müşahidə edib ki, bu da həyəcanın doğurduğu ölüm riskini və xəstələnmə göstəricilərini azaldır.
Tam adı: Mark Elliot Sukerberq
Doğum tarixi:1984-cü il, 14 may
Doğum yeri: ABŞ, Nyu-York,
Uayt-Pleyns Vəzifəsi: “Facebook”un prezidenti, baş icraçı direktoru
Həyatı
Dünyada məşhur “Facebook” sosial şəbəkəsinin yaradıcısı kimi tanınan Mark Sukerberq 1984-cü il may ayının 14-də Nyu-Yorkun Uayt-Pleyns şəhərində doğulub. Atası Eduard diş həkimi, anası Karen psixiatr olub. Mark Sukerberq məktəbdə oxuyarkən kompyuter proqramları ilə maraqlanıb. 9-cu sinifdə oxuyarkən “Risk” stolüstü oyununun kompyuter versiyasını hazırlayır. Sonra isə “winamp player üçün mp3” proqramını tərtib edir. Mark, həmçinin qədim dilləri (latın, yunan və s.) öyrənib, qılıncoynatma idman növü ilə məşğul olub. “Time” jurnalı 2010-cu ildə Sukerberqi “ilin adamı” elan edib. Bu il Mark Sukerberq “The Guardian” qəzetinin versiyasına görə, Böyük Britaniyanın media sənayesinin yüz ən nüfuzlu şəxslərinin reytinqində birinci yeri tutub. Xatırladaq ki, hələ, ötən il M. Sukerberq sözügedən siyahıda yalnız 7-ci yerdə idi.
Bu rekordu tibb tarixində hələ keçən olmayıb. Rəsmən perulu olan bu xanım dünyada ən gənc ana hesab edilir. O, beş yaşında ana olub.
Söhbət 5 yaşlı Lina Mədinədən gedir. Lina Mədinə 1933-cü ildə Peruda anadan olmuşdur. Bu inanılmaz hadisə 1939-cı ildə Pisko (Peru) xəstəxanasında baş verib. Ana böyük qarınla Linanı xəstəxanaya gətirərkən həkim onun hamiləliyinin artıq səkkizinci ayı olduğunu bildirib. Bir ay sonra 14 may 1939-cu ildə Linanın oğlu dünyaya gəlir.
Uşağın çəkisi 2,7 kq idi, adı Xerardo qoyuldu. O, Linanın bacısı olduğu sanırdı, həqiqətləri yalnız on ildən sonra öyrəndi. Xerardo sağlam həyat sürsə də, 40 yaşında (1979-cu ildə) beyin xəstəliyindən vəfat edir.
Lina Mədinə uşağın atasının kim olduğundan heç vaxt danışmırdı. Linanın atası zorlamada (təcavüz) şübhəli bilinən məhbus idi, amma sonra sübutların yoxluğuna görə azad edildi.
İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun qiyməti 2 min 800 dollardır.
Dünyanın ən bahalı sabunu istehsal edilib. Ən bahalı sabun Livanda hazırlanıb. İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun adı «Katar»dır. Qiyməti isə 2 min 800 dollardır. Sabunun istehsalı üçün şirkətə 1,5 ay vaxt lazım olub.
«Katar» sabunu üzə canlılıq və təravət vermək üçün hazırlanıb. Sabunun tərkibində qiymətli metal və daş tozundna əlavə, müxtəlif ətirlər, yağlar da var.
Dünyanın ilk ən bahalı sabunu Qatər əmirinin həyat yoldaşına hədiyyə ediləcək.
Sabunu istehsal edən və bu sahədə uzun illər təcrübəyə malik olan şirkət rəsmisi Ginnesin rekordlar kitabına düşməyi də hədəflədiklərini deyib.
20-ci əsrin əvvəllərinə kimi Avropanın bir neçə ölkəsində və Rusiyada qəribə adət var idi. Belə ki, sakinlər ölən qohumlarının, əsasən də uşaqların şəklini yadigar çəkirmişlər. Özü də onları canlı kimi lentin yaddaşına köçürürmüşlər. Onların göz qapaqları kəsilir, yaxud da, ustalıqla göz çəkilirdi. Bütün bu tədbirlərdə məqsəd ölünün canlı kimi görünməsini təmin etmək idi. Bu azmış kimi canlılar da ölülərlə birlikdə elə dururdular ki, bu gün də onların hansının ölü, hansının diri olduğunu ayırmaq çətindi.
Belə şəkillər «post mortem» («Ölümdən sonra») adlanırdı.
Yunanıstan tam mərkzində, Meteors yerləşir. Sütunların zirvəsində altı dini mərkəzlər tikilmişdir. Ən məşhur mərkəzlərindən biri — Roussanou monastırdır. Bu monastır 1545-ci ildə iki qardaş- Maksim və Joasaf ( Yusif ) terefindən tikilmişdir və müqəddəs Barbaraya həsr olunmusdur.
«Forbes» in budəfəki yeni reytinq cədvəlində bu il ən çox gəliri olan məşhurlar yer alıb.
1. Madonna. 54 yaş. Gəliri 154 milyon dollar.
Madonna 2 illik fasilədən sonra yenidən “Forbes”in onluğunda ən çox gəliri olan məşhurlar sırasında yer alıb. Müğənninin sözlərinə görə, onun gəlirinin bu qədər artması geyim və parfümeriya mağazalarında olan yüksək satışın nəticəsidir.
2. Stiven Spilberq. Rejissor. 67 yaş. Gəliri 100 milyon dollar
Bir çox məşhur Hollivud filmlərinin rejissoru Stiven Spilberq ötən ilə nisbətdə gəlirini stabil saxlayan məşhurlardandır. Spilberqin sərvəti “Forbes”in reytinq cədvəlində 3,2 milyard dollardır.
3. Ledi Qaqa-27 yaş. İllik gəlir 80 milyon dollar
Dünyaca məşhur müğənni Ledi Qaqa ötən ilə nisbətdə gəliri azalan məşhurlardandır. Müğənninin səhhətində yaranan problemlə əlaqədar olaraq, verəcəyi konsertləri təxirə salması onun gəlirini ötən ilə nisbətdə 50 milyon dollara qədər azaldıb.