Qovaq yarpağı
Dövr: Kaynozoy erası, Miosen dövrü
Yaşı: 15 milyon il
Bölgə: Stuart Sprinqz,Nevada, ABŞ
Salicaceae fəsiləsinə aid olan qovaq ağacları milyon illərdir heç bir dəyişikliyə məruz qalmadan yaşayırlar. Yarandıqları andan üzvi və quruluş xüsusiyyətləri ilə dövrümüzdəki xüsusiyyətləri arasında heç bir fərq yoxdur. 15 milyon il əvvələ aid şəkildəki qovaq yarpağı fosili də bu faktı sübut edir.
Bu gün təbiətdəki məmulatların və ya canlıların quruluşunu tədqiq edib elmi işlərində bunlardan nümunə götürən bir çox elm adamı var. Təbiətdəki məmulatların möhkəmliyi, yüngüllüyü, elastikliyi və kimyəvi xüsusiyyətləri elm adamlarının bu məmulatların quruluşunu təqlid etməsinə səbəb olur. Gündəlik həyatda qarşılaşdığımız bir çox məmulat və canlıların müxtəlif xüsusiyyətləri elm adamlarının diqqətini çəkir və bu məmulatları təqlid etməyə çalışırlar.
Hərəkət edərkən ağrı hiss etməmizin qarşısını alan yağlama sistemi
Daima hərəkətdə olan bəzi sümüklərimizin hərəkətsiz bölgələrdəki sümüklərlə müqayisədə fərqli dəstək sisteminə ehtiyacı var. Buna misal olaraq oynaqlarımızı göstərə bilərik. Onurğa sütunumuzu təşkil edən fəqərələr, ayaqlarımızdakı və əllərimizdəki oynaqlar biz hərəkət etdikdə bir-birlərinin üstündə fırlanırlar. Daima hərəkət etdiklərinə görə dəstək sistemlərə ehtiyac var.
Rober Duano fotoqrafiyada yeni istiqamətin yaradıcılarından hesab olunur. Ona ən böyük məşhurluq gətirən əsəri isə “Bələdiyyə binası qarşısında öpüş” (Le baiser de l’hotel de ville) adlanır.
Rober Duano bu fotonu 1950-ci ildə çəkib. Sifarişi “Life” jurnalından alıbmış. Müəllifinə dünya şöhrəti gətirən foto məhəbbət, gənclik, sevgi dolu Parisin simvolu hesab olunur. Duanonun “Öpüşü” tam təsadüfi, şans əsəri yaranmış bir foto təsiri bağışlayır. Kompazisiya düzümünün yoxluğu və kadrdakı “hərəkət” onu həyatın gerçək bir anı təsirini bağışlayır.
“Life” jurnalı Rober Duanonun bu fotosunu Paris küçələrində çəkilmiş başqa “Öpüş” fotoları ilə birgə dərc edir. Fotonun neqativi isə 30 jurnalın arxivində saxlanılır.
Bu foto 1986-cı ildə poster şəklində çap olunduqdan sonra məşhurluq qazandı. Rover Duanonun “Öpüş”ü 2.5 milyon açıqca, plakat, kalendar, fotoalbom üzərində dərc edilib. Təəccüblü burasıdır Duanonun tək bu fotosu yerdə qalan fotolarından çox gəlir gətirib.
Stounhenc çəmbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən 4.5 m. hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun birləşdirilməsindən əmələ gəlmişdir. İngiltərədə yerləşən bu tikili tədqiqatçıların diqqətini çəkir. Tikilməsi və tikiliş məqsədi haqqında bir çox nəzəriyyə irəli sürülmüşdür. Burada bu nəzəriyyələrdən hansının doğru olduğu üzərində dayanmayacağıq. Əsas odur ki, bu tikili təkamül nəzəriyyəsinin bəşəriyyət tarixini açıqlamaq üçün irəli sürdüyü iddiaları əsassız edən nümunələrdən biridir.
İnsan beyninin yaddaş tutumu 2.5 milyon GB-dır. Bu maraqlı məlumat Türkiyənin Uludağ Universitetinin “NBeyin” adlı konfransında səsləndirilib. Sözügedən bu rəqəm, 300 il davam edən HD film yazısının həcmi ilə ekvivalent tutulur.
Bu məlumatların müəllifi Dos. Dr. Sinan Canan, konfrans iştirakçılarına beyin fiziologiyası haqqında məlumatlar verib. Yaddaşın xüsusiyyətlərindən hesab olunan dəqiqlik, yaddaşın həcmli olması, yadda saxlamanın sürəti, yaddaş təzələnməsi, yaddan çıxarmanın sürəti və s. məsələlər kompüterdəki bəzi parametrlərə uyğun gəldiyindən həmin məsələlərə də toxunulub.
ABŞ-da 6 ağacın üzərində Ginnesin rekordlar kitabına düşmüş taxtadan 10 mərtəbəli ev tikildi.
Bu ev ABŞ-ın Krossvil şəhərciyində (Tennse ştatı) yerləşir. 9 ilə tikilən bu ev dünyanın ən yüksək ağac evidir.
Kahin Hores Bergesə adlı şəxs məxsus olan ev 80 otaqdan ibarətdir, sahəsi 3 min kvadrat metr, hündürlüyü təxminən 30 metrdir. Otaqların tikilməsində 258 min mismardan istifadə olunmuşdur.
Evin sahibi hazırda da bu evdə yaşayır. Evdə bir kilsə hətta bir basket sahəsi belə var. Bu evin hazırlanması üçün sahibi 120 min dollar xərcləmişdir.
“Columbia Pictures” loqotipində çəkilmiş əlində məşəl tutan xanım sadə amerikalı evdar qadın Cenni Cozef olmuşdur.
Tibb elmi çox qədim və həssas elmdir. Axı insan bədəni özündə bir sıra sirləri gizlədir. Bu səbəbdən tibb öz mülahizələrində orta statistikanı götürür.
İnsan orqanizmi dəyişkən, plastik olduğundan qəbul olunmuş standartdan tam fərqli faktlara da rast gəlmək mümkündür.
1. 1980-ci ildə Corciya xəstəxanasına müraciət edən Uill Consda insan bədəni üçün ən yüksək temperatur 46,5 S qeydə alınıb. 24 gündən sonra o, xəstəxanadan evə buraxılır.
2. İnsan üçün ən aşağı temperatur isə 1994-cü ilin fevralın 23-də Kanadada Recayn şəhərində qeydə alınıb. İki yaşlı Karli Kozolofski qapının çırpılması nəticəsində 6 saat mənfi 22 dərəcə soyuqda qalıb. O, tapılanda bədənin temperaturu 14,2-yə düşmüşdü və bu, tibbit faktdır.
3. Kompulsiv davranışları ilə diqqəti çəkən qadının qarnından 2533 əşya tapılıb. Bunların arasında 947 ingilis sancağı da var imiş. Qadın isə sadəcə qarnında yüngül sancıdan şikayət edib.