III Reyx hələ tam taxtdan enməmiş, artıq bütün dünya nasist rəhbərlərinin gizli, sirli tədqiqatlarından danışırdı. Bu gizli tədqiqatlardan biri də alman millətinin qədim arilərlə hər hansı bir bağlılığın olması ilə əlaqədar axtarış işləri idi.
Bu qədim sivilizasiyanın adı ilə də Hitler alman xalqını adlandırmaq qərarına gəlmişdir. Bu haqda tədqiqatçılar lazımınca sübutlar əldə etmişlər.
Müasir etnoqraflar ümumilikdə qərbi avropalıların qədim arilərlə hər hansı bir bağlılığın olması haqda real sübutların olmadığını bildirirlər. Amma III Reyxin dövründə toplanmış çox dəyərli tapıntılar guya almanların bu qədim sivilizasiya ilə bir bağlılığının olmasını sübut edirmiş. Nasist rəhbərlər bunu tam sübuta yetirmək məqsədi ilə böyük bir alimlər qrupunu Himalaya göndərmişlər.
NTV nəşrlərindən çıxan 'cahillikləri kitabı' doğru bildiyimiz səhvləri ortaya qoyur.
Dünyanın ətrafını gəzən ilk insan kimdir?
Zənci Henry. Ferdinand Magellan dünyanın ətrafındakı dövrünü əsla tamamlaya bilmədi. 1521-ci ildə Filippində hələ turun yarısındaykən öldürüldü.
Magellan 1511-ci ildə Portuqaliyadan çıxıb Hind okeanını keçərək əvvəl Uzakdoğu'yu ziyarət etdi. Zənci Henryin 1511-ci ildə Malayziyadakı bir qul bazarında tapdı və onu gəldiyi yoldan Lissabona apardı. 1519'da çıxılan dünya dövrü cəhdi də daxil olmaq üzrə bundan sonrakı bütün səfərlərində Zənci Henry Magellanın yanında getdi. Bu səfər digər istiqamətdən yəni Atlas Okeanını və Böyük Okeanın keçərək reallaşdı buna görə 1521-ci ildə Uzaq şərqə çatdıqlarında Zənci Henry dünyanın ətrafını tam olaraq gəzmiş olan ilk insan oldu.
1. İlk növbədə təbii ki, «Vostok-1» kosmik gəmisi ilə kosmik fəzanı fəth etmiş Yuri Qaqarin qeyd edilməlidir. Onun uçuş müddəti 108 dəqiqə çəkmişdi. Bundan sonra Qaqarin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qəhrəmana mükafat olaraq 12-04-YAQ (Yuri Alekseyeviç Qaqarin) nömrəli «Volqa» maşını da hədiyyə edilmişdi.
2. İlk qadın kosmonavt Valentina Tereşkovanın uçuşu 16 iyun 1963-cü ildə «Vostok-6» kosmik gəmisinin göyərtəsində gerçəkləşmişdi. Qeyd edək ki, Tereşkova hələlik kosmosa tək-tənha uçan yeganə qadın kosmonavtdır. Zərif cinsin digər nümayəndələri bunu hansısa ekipajın tərkibində ediblər.
3. Aleksey Leonov — açıq kosmosa çıxan ilk insandır. Bu hadisə 18 mart 1965-ci ildə baş verib. Həmin vaxt açıq kosmosa çıxış 23 dəqiqə çəkmişdi ki, Leonov 12 dəqiqəni kosmik gəmidən kənarda keçirmişdi. Gəmiyə qayıdarkən isə onun skafandrı şişdiyindən içəri daxil ola bilməmişdi. Yalnız skafandrın içərisindəki artıq təzyiqi buraxdıqdan sonra Leonov istəyinə çatmışdı. Özü də kosmik gəmiyə təlimatda nəzərdə tutulduğu kimi deyil, öncə ayağını yox, başını içəri salaraq daxil olmuşdu.
Planetimizdə hələ də ara-sıra gündəmə gələn və insanı heyrətdə qoyan müəmmalı və sirli məkanlar var. Bu baxımdan Yer kürəsində sirli və anormal hadisələrin baş verdiyi və insanlara ölüm və fəlakət gətirən yüzlərlə göllər var. Bu göllərin adları da insanlara gətirdiyi fəlakət və ölümlərlə bağlı, “Ölüm”, “Dəhşət”, “Qorxu”, “ Təhlükə” və digər adlarla tanınır.
İnsanlar üçün təhlükəli və qorxulu hesab edilən və bu günə kimi sirrini açmaq mümkün olmayan göllərdən biri də Pereslavl-Zalessk (Rusiya) yaxınlığındakı göldür. Bu göldə yerli sakinlər çimməyə ehtiyat edirlər. Çünki göldə çimmək insana ölüm gətirir. Ona görə də yerli hakimiyyət orqanları göldə çimməyi qadağan edib. Buna baxmayaraq, balıq həvəskarları burada balıq tutmaqda davam edirlər. Onların tutduqları balıqlar da qeyri-adi olur. Belə ki, göldə müntəzəm olaraq dünyanın digər yerlərində çox nadir hallarda rast gəlinən və ya heç təsadüf edilməyən birgözlü, üçgözlü, üzgüçü qəlsəmələri əvəzinə pəncələri olan, tüklü, alimlərə bu günə kimi nəsli məlum olmayan balıqlara rast gəlinir.
Fərqli dizaynlar həyatımızı daha maraqlı edir. Lakin dizaynerlərin təklif etdiyi məhsulların heç də hamısı uğurlu alınmır.
Kreativ dizayn təkcə qeyri-adi olmaqdan ibarət deyil, onlar həm də işlətmək üçün də əlverişli olmalıdır. Hazırlanan hər məhsul insan həyatının ayrılmaz hissəsinə çevrilməlidir.
Dünyada ilk qadın stüardessa tibb bacısı olan Ellen Çerç hesab edilir. 1930-cu il 15 may tarixində o, ilk uçuşunu etmişdir.
24 yaşlı Ellen 8 qızla bərabər “Boinq” kompaniyasında bort baxıcısı vəzifəsinə təyin olundu, onlar müasir stüardessaların vəzifələrini yerinə yetirirdilər. Ellen Çerç ilk qadın stüardessadır, ondan əvvəl bu vəzifəni yalnız kişilər (stüart) icra edirdilər.
Onlar ayrı-ayrılıqda sərnişinləri və onların əşyalarını tərəzidə çəkirdilər. Təyyarəyə yanacaq doldururdular və hətta təyyarələri uçuşdan sonra dayanacağa çəkirdilər. O zamanlar stüardessa işləmək istəyənlərin xüsusi miniatür parametrlərdə olması tələb olunurdu. Belə ki, onların boyu 160 sm-dək, çəkisi isə maksimum 50 kq olmalı idi. Hal-hazırda isə müxtəlif aviakompaniyalarda stüardessa üçün müxtəlif parametrlər tələb olunur.
Pilotlardan fərqli olaraq, stüardessa sərnişinlərlə birbaşa ünsiyyətdə olan bir ekipaj üzvüdür. Buna görə də, stüardessalar xarici görkəmləri ilə bərabər, xoşxasiyyət, xoşsifət, gülərüz, şirindil, yaxşı danışıq qabiliyyətinə malik, təmkinli, sərnişinlərlə ünsiyyət yaratmağı bacaran olmalıdır. Bütün bunlardan əlavə, əsas olan odur ki, stüardessalar tam sağlam olmalıdırlar.
Pakistanda dünyada ilk dəfə olaraq gəmi formasında bir məscid inşa edilib. Bir çox ölkə məscid inşasında pakistanlı memarlara müraciət edir.
Pakistan arxitekturası ilə məscidlərə fərqli imic vermək istəyən memarlar məscidi gəmi formasında inşa ediblər. Məscidinin adı “Kutchi məscidi”, digər adı isə “Kashtı Walı məscidi”dir.
Namazın qurtuluş olduğunu insanlara xatırlatmaq üçün məscidi gəmi formasında inşa etdiklərini bildirən memarlar, bölgə əhalisinin və turistlərin diqqətini çəkə bilib.
ABŞ alimlər peyk vasitəsi ilə düyanın ən soyuq nöqtəsi müəyyənləşdirilib. Antarktida qitəsində 4 min metr yüksəklikdə yerləşən nöqtədə temperaturun mənfi 93.2C dərəcəyə endiyini bildiriblər.
2010-cu ildə peyk vasitəsilə qeydə alınan göstərici dağ ətəklərindəki soyuq hava yarğanlarında müşahidə olunub.
“Bu çox aşağı temperaturları təsəvvür etmək çətindir”, Kolorado ştatında mənzillənən qar və buz məlumatlar bazası üzrə ABŞ Milli Mərkəzindən Ted Scambos bildirib.
Onun sözlərinə görə, şaxtalar Alyaska və Sibirin ən soyuq yerlərindəki temperaturdan 50C dərəcə aşağıdır.
Heyvanlar üzərində aparılmış tədqiqatlar göstərib ki, həyatın travmatik anları və hadisələrinin izi nəsildən nəslə genetik yaddaşın mexanizmi əsasında keçə bilir.
Tədqiqatların nəticəsinə görə, travma effekti sperma hüceyrələrinin DNT-də iz buraxa bilər və nəticədə növbəti nəsillərdə özünü biruzə verə bilər.
Nature Neuroscience jurnalında dərc olunmuş tədqiqatın nəticələri göstərib ki, müəyyən iydən, qoxudan qorxmağa vərdiş etmiş siçanların balalarında və növbəti törəmələrində də həmin reaksiya özünü biruzə verməkdədir.
Ekspertlərin qənaətincə, tədqiqatın nəticələri xof, əndişə və təşviş kimi hisslərin araşdırılması üçün mühümdür.