Maraqlı faktlar kateqoriyası üzrə məqalələr

Texnologiyadan öncəki peşələr

Hazırda sürətlə inkişaf edən texnologiya insan həyatını tamamilə dəyişib. Bunun ən gözəl nümunəsini tamamilə dəyişən və ya yox olan peşələrdə görmək olur. Texnologiyanın yox etdiyi, ancaq vaxtilə insanların  qazan üçün gördükləri peşələr vardır ki, indi onları xatırlayan hətta bilən yoxdur.

1. Boulinq şarlarını düzənlər
Bir zamanlar xüsusən azyaşlı uşaqların çörək pulu qazanmaq üçün sevdikləri bu peşə artıq texnologiya ilə əvəzlənib.

  

Davamı →

Piton masajı

piton masajı
Bütün qəribə və ağlagəlməz hadisələr Uzaq Şərqdə baş verir. Gözəl incə-mincə çinli xanımların masajından sıxılan qıyıq-gözlü kişilər maraqlı masaj növü tapıb. Belə ki, pitonla masaj icad ediblər.

Davamı →

Bəs qadınlar nələri icad edib?

Lyda Newman: Saç fırçası


Tabitha Babbitt: Mişarı icad edib

Davamı →

“Zəmzəm” suyunun sirləri açıqlanıb

Yaponiyalı alim Masura Emoto “Zəmzəm” suyu üzərində təcrübə apararaq ilk dəfə suyun sirlərini sənədlə açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübə zamanı məlum olub ki, “Zəmzəm” suyu son dərəcə səslərə həssasdır. Su zəng səsi ilə qaralır, azan və “Qurani Kərim” oxunduğundan isə aydınlaşır.

Masura Emoto bildirib ki, “Zəmzəm” suyun həm fiziki, həm də kimyəvi xüsusiyyətlərinə görə, yer üzündəki bütün sulardan fərqlidir: “Zəmzəm” su ətrafında baş verən bütün dəyişikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır”.

Qeyd edək ki, “Zəmzəm”suyu mübarək bir sudur. Kəbə evinin yaxınlığındakı yerdən başqa bir yerdə çıxmır. Muhəmməd peyğəmbər özü (s. a. v.) bu sudan içib və içilməyini məsləhət görüb. Həcc və Ömrə ziyarətlərinə gedib gələnlərin oralardan gətirdikləri ən qiymətli hədiyyələrin arasında birinci yeri Zəmzəm suyu tutur. Hər il Həccə gedən milyonlarla müsəlman bu sudan içir. İnsanlar bu sudan içdikdən 35 dəqiqə sonra özlərində rahatlıq tapırlar.

Davamı →

Öz kəşflərinin qurbanı olan ixtiraçılar

Yeni bir şey ixtira edib tarixdə qalmaq… Bir çox alimlər, ixtiraçılar yeni bir şey kəşf etmək istərkən öz kəşflərinin qurbanı olublar. Və tarixdə də kəşfləri ilə deyil, bu xüsusiyyətlərilə qaldılar.

Uilyam Ballok fasiləsiz çap edən çap makinalarını icad etmişdi. 1867-ci ildə makinaya kağızın ilişdiyini görən Uilyam hirslə onu təpikləyir. Diqqətsizlikdən ayağı makinaya keçir. Nəticədə yaralı ayağına infeksiya keçir. Ballok qanqrendən ölür. 

Davamı →

Dünyanın 7 möcüzəsi

1-ci möcüzə: Misir ehramları və Sfinks


Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər — Misir fironlarının sərdabələri təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz-hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi.Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir.
Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir ve tunc o dövrde məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazim gəlirdi. Adları tarixdə qalmiş ehram inshaatçıları aclıqdan ve dözülməz zəhmətden məhv olurdular.
Davamı →

Sirr dolu simvol - svastika

SvastikaSvastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. II Dünya Müharibəsinə qədər svastika simvolundan, demək olar ki, dünyanın hər yerində istifadə olunurdu.

1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikadan bir simvol kimi istifadə qadağan olunmuşdur. Keçmiş SSRİ-də müharibədən sonrakı illərdə uşaqlara və yeniyetmələrə belə başa salırdılar ki, guya svastika simvolu kiril əlifbasının 4 ədəd  “Г” hərfindən təşkil olunmuşdur. Bu da, 4 əsas qəddar faşizm ideoloqlarının soyadlarının baş hərfləridir. Yəni – Hitler(Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Нerinq (Геринг)…

 Əvvəllər svastika simvolu geniş yayılmış simvollardan biri olmuşdur. Bu simvol mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq… Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının “L” hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – “light” – işıq, günəş, “love” – sevgi, məhəbbət, “life” – həyat, “luck” – tale, uğur, xoşbəxtlik…

Davamı →

Tamer Koruganın “Lazımsız məlumatlar ensiklopediyası” kitabından

Tamer Koruganın “Lazımsız məlumatlar ensiklopediyası” kitabından “İngilis dilində hinduşkaya niyə Turkey deyilir?”

Amerika Birləşmiş Ştatlarında, xüsusilə xristianların bayram günlərinin əsas simvolu olan hinduşkanın vətəni Amerika qitəsi hesab olunur. Vəhşi hinduşka cinsləri Xristofor Kolumb qitəni kəşf etməzdən əvvəl Şimali Amerikada yaşayıb. Hətta Avropadan Cənubi Amerikaya ilk ayaq basanlar asteklərin hinduşka əhliləşdirmələrinin şahidi olublar.

Hinduşkalar Amerikadan Avropaya 1519-cu ildə ispaniyalılar tərəfindən gətirilib. 1541-ci ildə İngiltərəyə gətirilən hinduşka yerli əhalinin təəccübünə səbəb olur.

Davamı →

Əlillik arzusu

Amerikada 57 yaşlı Kloe Cenninq Uaytın ən böyük arzusu şikəst qalaraq əlil arabasından istifadə etməkdir. Məlumata görə, Cenninq 9 yaşında ikən xalası ilə birlikdə qəzaya düşüb və iflic olan xalasının əlil arabası sürməsi ona maraqlı gəlib. Kiçik qız velosipedini ağaca çırparaq özünü şikləst etmək istəyib, xəsarət alsa da ona heç nə olmayıb. Bu fikri heç cür özündən uzaqlaşdıra bilməyən Uayt vaxtaşırı gizlicə əlil arabası sürməyə başlayıb.

Kloe Cenninq Uayt böyüyüb universitet təhsili alsa da, yaxasından əl çəkməyən bu fikir onu bəzən özünə qarşı qəzalar törətməyə sövq edib. 2006-cı ildə kieçirdiyi xizək qəzasında isə qadın sol baldırında hissetməni itirib. 2008-ci ildə həkim heyəti onun tam sağlam olması barədə arayış versə də, Uayt özünü ömürlük əlil arabasına məhkum etdi. Beləliklə, onurğa sütununa ziyan vurmağı ümid edən Cenninq Uayt 4 ildir günün 12 saatını əili arabasında keçirir.
Davamı →

Eroinin tibbi tarixi

Bu gün dünyada ağ ölüm olaraq qəbul edilən eroin sən demə xərçəngə qarşı bir dərman vasitəsi niyyəti ilə istehsal olunduğunu bilirdinizmi?
1987-ci ildə Almaniyadakı Bayer laboratoriyasında xərçəng xəstəliyi ağrılarına qarşı ağrıkəsici kimi istehsal olunan eroin hidroxlorun istifadə edənlərin sonradan dəli kimi apteklərə xəstəxanalara hücüm edərək yenə eroin istəmələri nəticəsində dəhşətli əlavə təsirləri ortaya çıxmağa başladı. Bunu görən həkimlər eroinin reseptini yazmağı dərhal dayandırdılar. Lakin artıq gec idi.
Eroinin ilk adını alması da maraqlıdır. Eroinin ilk yaradıcılarından biri bu dərmanın keyfiyyətini öz üzərində yoxlayan zaman onun dediyi: (I feel like a hero) Özümü qəhrəman kimi hiss edirəm kəlməsindəki hero-qəhrəman sözü eroinin adı üçün zəmin yaradıb. Nəticədə o vaxtdan günümüzə qədər bir müddətdə eroin din, dil, irq fərqi qoymadan öz qəhrəmanlarını yaratmağa davam edir.
Eroinin ixtiraçısı Dr.Felix Hoffman həm də Aspirinin ixtiraçısı sayılır. Eroini axırıncı dəfə I dünya müharibəsi zamanı qanunu olaraq yaralı əsgərlərin ağrılarını kəsmək üçün istifadə etmiş ondan sonrada tibb dünyasından bir dərman kimi çıxartmışlar

Davamı →
Top