Siluet
Hüdudları aydın nəzərə çarpan insanın, obyektin və ya səhnənin təkrəngli, adətən, qara, şəklinə siluet deyilir. Bu sözün bu mənada işlədilməsi 1759-cu ildə Fransanın maliyyə naziri olmuş Etyen Siluetin soyadı ilə bağlıdır. Belə ki, həmin ərəfədə Avropanı qana bulamış yeddiillik müharibə zamanı Fransa maliyyə böhranı yaşayırdı və nazir Siluet vəziyyətdən çıxış yolunu müxtəlif islahatların həyata keçirilməsində gördü. Bu islahatlara kral ailəsinin və sarayın xərclərinin və təqaüdlərin azaldılması daxil idi. İslahatlar hakim və zəngin təbəqə tərəfindən xoş qarşılanmamışdı və nazirin nüfuzuna mənfi təsir göstərmişdi. Həmin dövrdə qara kağızdan kəsilmiş şəkillərin bəyaz kağız üzərinə yapışdırılmasından ibarət olan yeni incəsənət növü meydana gəldi. Bu qayda ilə yaradılmış əsərlər bahalı və bəzəkli rəsmlərlə müqayisədə ucuz və sadə idilər. Maliyyə naziri Etyen Siluetin islahatları da Fransada “ucuz” və bəsit hesab edildiyindən yeni yaranmış incəsənət əsərlərinə də onun soyadı – “Siluet” verildi.
Azərbaycanda xalçaçılıq nümunələrinin yarandığı ilk şəhərlərdən biri Təbrizdir. Təbriz xalçaçılarının toxuduqları ən məşhur xalçaçılıq nümunəsi “Ərdəbil xalçası«dır. Bu xalça uzun müddət dünyanın ən böyük xalçası olmuşdur. Uzunluğu 11,5 m, eni 5,34 m, ümumi sahəsi 61 m2 olan xalça dünyanın nadir xalçalarından biridir.
1539-cu ildə Səfəvi hökümdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. Xalçanın digər adı „Şeyx səfi” xalçasıdır. “Şeyx Səfi” xalçası 1893-cü ildə auksionda satılarkən İngiltərəyə gətirilib. Bəzi məlumatlara görə, xalçanı “Ziegler & Co.” adlı xalçaçılıqla məşğul olan bir şirkətə satıblar. Xalçanın satılması ilə əlaqədar danışıqların 1888-ci ildən başlanması barədə söhbətlər də var. 1892-ci ildə Londonda “Vincent Robinson & Co.” şirkəti tərəfindən ticarət evində böyük bir xalça satışa çıxarılıb. Həmin xalça məhz Şeyx Səfi (Ərdəbil) xalçası olub. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulub. Xalçanın şöhrəti tezliklə Viktoriya və Albert muzeyinin rəhbərliyinə də çatıb. Muzeyin William Morris adlı dizayneri bu xalçanın möhtəşəm olmasını muzeyin rəhbərliyinə çatdırıb və onun mütləq muzeydə olmasının vacibliyini qeyd edib.
Dünya ədəbiyyatında ən “məşhur” vampir Brem Stokerin təxəyyülünün məhsulu olan “Drakula”dır. “Klassik” Drakulanın müasir obrazı bu vampir hesab olunur.
Əslində isə bu vampir obrazının törətdiyi müdhiş vəhşiliklər, əsl Drakulanın – yəni, həqiqətdə Valaxiyanın (indiki Rumınya ərazısı) knyazı olmuş, “Drakula” ləqəbli III Vladın törətdiyi qorxunc vəhşiliklərlə müqayisədə, uşaq nağıllarına bənzəyir. Müqayisə üçün azens.az saytının təqdim etdiyi aşağıdakı 10 tarixi fakta nəzər salaq:
1. Drakula çörəyi bir vedrə qana batırıb yeyərdi.
Drakula haqqındakı yazılardan belə məlum olur ki, əslində, Drakula, öz şikarının boğazını dişləyərək qanını içmirmiş. Amma o qanı qida məhsulu kimi gündə bir neçə dəfə qəbul edirmiş. O, işgəncə ilə öldürdüyü adamların qanını vedrəyə doldurtdurub, yediyi çörəyi vedrədəki qana batırıb qanla isladaraq, yeyərmiş.
Qafqaz
“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotun mətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi 77-ci ildə Plininin “Təbii tarix” əsərində verilir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.
Azərbaycan əfsanələrində Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və dar məqamda insanların imdadına çatan Simurq quşu da burada yaşayır.
Test
Latın dilində “testum” adətən gildən hazırlanan odadavamlı qaba deyilirdi. Qədim zamanlarda qızıl və gümüş indiki kimi qiymətli daşlar hesab olunurdular və onların xalisliyini yoxlamaq insanlar üçün çox vacib idi. Ticarət zamanı sikkələrin xalis daşlardan düzəldildiyini yoxlamaq üçün onlardan bir nümunəni “testum” adlanan qablarda əridir və ayrılan məhlulları ölçürdülər. Sonradan bu kəlmə “test” şəklini aldı və bütün növ qiymətləndirmələrə şamil olundu.
Braziliya
Portuqaliyalı səyyah Pedru Kabral XVI əsrdə Braziliyanı kəşf edərkən oranı Həqiqi Xaç Torpağı (portuqalca Terra da Vera Cruz) adlandırmışdı. Sonradan bu ərazilər Müqəddəs Xaç Torpağı (port. Terra da Santa Cruz) kimi tanındı.